Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə197/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   193   194   195   196   197   198   199   200   ...   206

404 

 

qurĢaqdadır.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin  ikinci  yarısında  Rusiyanın  köçürmə 



siyasəti  ilə  əlaqədar  rus  kəndlilərinin  Azərb.-da  yerləĢdirilməsi  nəticəsində 

Nağaraxana  adlı  yerdə  salınmıĢ  və  Madiyevka  adlandırılmıĢdı.  Sovet 

hakimiyyəti  illərində  kəndə  S.M.Kirovun  Ģərəfinə  Kirovka  adı  verilmiĢdir. 

Memorial toponimdir. 



Kirovkənd  oyk,  mür.  1.  Qax  r-nunun  Ġlisu  i.ə.v.-də  kənd.  Kürmük 

çayının  sahilində,  BaĢ  Qafqaz  silsiləsinin  c.  yamacındadır;  2.  Saatlı  r-nunun 

eyniadlı  i.ə.v.-də  kənd.  Muğan  düzündədir;  3.  Ucar  r-nunun  eyniadlı  i.ə.v.-də 

kənd.  ġirvan  düzündədir.  Sovet  hakimiyyəti  illərində  bu  yaĢayıĢ  məntəqələri 

sovet  partiya  və  dövlət  xadimi  S.M.Kirovun  Ģərəfinə  belə  adlandırılmıĢdır. 

Memorial toponimdir. 



Kirs  hidr.,  sadə.  Xocavənd  r-nu  ərazisində  min.  bulaq.  ĠĢxan  çayının 

dərəsində yerləĢir. Soyuq sulu, azdebitli turĢ bulaqdır. Bulaq yaxınlığındakı Kirs 

dağının adı ilə adlanmıĢdır. Kirs "yumru, ĢiĢ" deməkdir. 

Kiryaqanıt  or.,  sadə.  Quba  r-nu  ərazisində  dağ.  Qaraçayla  Qudyal 

çayının  suayrıcıdır.  Hün.  3380  m.  Güman  etmək  olar  ki,  oronim  Kirnaqamıt 

adının təhrif formasıdır və "yana əyilmiĢ, kənara çıxmıĢ" mənasındadır. 

Kirzan oyk., düz. Tovuz r-nunun  Əlimərdanlı i.ə.v.-də  kənd. Kür çayı 

sahilində,  Gəncə-Qazax  düzənliyindədir.  Tarixi  mənbələrdə  kəndin  adı  Krzan 

variantında da qeydə alınmıĢdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə 

əlaqələndirərək "Kür sahili,  Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların 

araĢdırmalarına  görə,  kəndin  əsl  adı  Kürsandır.  Kəndin  sakinləri  udinlər 

olmuĢdur.  XIX  əsrə  aid  arxiv  sənədlərində  Kürsanda  cəmi  32  udin  ailəsinin 

yaĢadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında 

iĢlənmiĢdir.  Deməli,  oykonim  "yadlar,  qohum  olmayanlar"  mənasındadır. 

Ruslarda  Kirsanov  soyadı  və  Tambov  vilayətində  bu  soyadla  bağlı  Ģəhər  də 

qeydə alınmıĢdır. 



KiĢ  oyk,  sadə.  1.  Xocavənd  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Qarabağ 

silsiləsinin ətəyindədir. QiĢ (QiĢi) variantında da qeydə alınmıĢdır. 1992-ci ildən 

kəndin adı Kis kimi rəsmiləĢdirilmiĢdir; 2. ġəki r-nunun eyniadlı i.ə.v.-də kənd. 

KiĢ  çayının  sahilində,  dağətəyi  ərazidədir.  Qədim  yaĢayıĢ  məntəqələrindəndir. 

Alban  tarixçisi  Movses  Kalankatlının  "Alban  tarixi"  əsərində  adı  Kis  kimi 

çəkilir.  Onun  yazdığına  görə,  ilk  xristian  missionerlərindən  biri  olan  Yenisey 

təqr.  74-cü  ildə  Uti  vilayətinin  Kis  kəndinə  gəlib  kilsə  tikmiĢdir.  Bu,  bütün 

Cənubi  Qafqaz  ərazisində  ilk  xristianlıq  məbədi  idi.  Kilsə  əvvəllər  burada 

mövcud  olmuĢ  qədim  sitayiĢ  yerində  tikilmiĢdir.  Kiş  fars  dilində  "kult,  sitayiĢ 

yeri"  mənasındadır.  Erkən  orta  əsrlərdə  Albaniyada  (indiki  Ġsmayıllı  və 

Xocavənd r-nları ərazisində) KiĢ adlı baĢqa obyektlər də qeydə alınmıĢdır. 

KiĢ  hidr.,  sadə.  ġəki  r-nu  ərazisində  çay.  Əyriçayın  (Qanıx  hövzəsi) 

sağ  qoludur.  Mənbəyini  BaĢ  Qafqaz  silsiləsindəki  Seyidyurd  dağının  c. 

yamacından  (2900  m.  yüksəklikdən)  ahr.  Cənubi  Qafqazın  on  selli 



405 

 

çaylarndandır. Yuxarı axınında Damarçın (Damarcıq) adlanır. KiĢ kəndinin adı 



ilə adlanmıĢdır. 

KiĢt  or.,  sadə.  Quba  r-nu  ərazisində  dağ.  Əsli  KeĢtdir.  Bəzi 

tədqiqatçılara  görə,  oronim  Ġran  mənĢəli  keş/kaşt  sözündən  olub,  "əkin  sahəsi, 

Ģum  yeri"  deməkdir.  Dağın  maili  yamaclarında  əkin  sahəsi  olduğuna  görə  ona 

belə ad verilmiĢdir. Türkmənistandakı KiĢtan  və Ġrandakı  KeĢtan toponimlərini 

də keĢt sözü ilə bağlayırlar. 

Klınbi  oyk.,  sadə.  Astara  r-nunun  HamoĢam  i.ə.v.-də  kənd.  PeĢtəsər 

silsiləsinin ətəyindədir. Belə güman edilir ki, oykonimin əsli Qılınbi olmuĢdur. 

Oykonim talıĢ dilindəki qılın (sıx) və bi (heyva) sözlərindən düzəlib, "heyvalıq, 

heyva  ağaclarının  sıx  olduğu  yer"  mənasındadır.  YaĢayıĢ  məntəqəsi  heyva 

ağaclarının  çox  olduğu  ərazidə  salındığı  üçün  belə  adlandırılmıĢdır.  Oykonimi 

"kol dibi", "kol-kosdan kənar yer" mənalarında da izah edirlər. 



Koxanəbi  oyk,  sadə.  Tovuz  r-nunun  Əsrik  Cırdaxan  i.ə.v.-də  kənd. 

Əsrik  və  Zəyəm  çayları  arasında,  dağlıq  ərazidədir.  YaĢayıĢ  məntəqəsi  keçmiĢ 

Ocaqlı  kəndindən  çıxmıĢ  ailələrin  məskunlaĢması  nəticəsində  yaranmıĢdır. 

Kəndin  adı  koxa  (kovxa)  və  Nəbi  (Ģ.a.)  sözlərindən  ibarət  olub,  "kəndxuda 

Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünün sinonimi olan kovxa XVI-

XIX  əsrlərdə  Azərb.-da  və  qonĢu  ölkələrdə  inzibati  vəzifə  olmuĢdur.  Kovxalar 

mahal  bəyinə  tabe  idilər.  Hər  kəndin  ayrıca  kovxası  olurdu.  Bu  kənd  də 

tabeliyində olduğu kovxanın adını daĢıyır. 



Koxoir  or.,  mür.  Quba  r-nu  ərazisində  dağ.  Cimi  çayı  ilə  Babaçayın 

suayrıcıdır.  Hün.  1776  m.  Dağın  adının  əslinin  Kuyəxir  olduğu  göstərilir. 

Tədqiqatçılara  görə,  oronim  tat  dilindəki  ku  (dağ)  və  xür  (dumarı)  sözlərindən 

düzəlib, "dumanlı dağ" deməkdir. 



Kokolos  oyk,  sadə.  Astara  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Lənkəran 

ovalığındadır.  Kokalos  variantında  da  qeydə  alınmıĢdır.  Kəndi  XIX  əsrdə 

Lənkəran  qəzasının  Butasar  kənd  icmasına  məxsus  bir  neçə  ailə  daimi  yaĢayıĢ 

məntəqəsinə  çevirmiĢdir.  Oykonimin  koko/koka  (qədim  türk  dillərində  "vəhĢi", 

"qəzəbli,  quduz")  və  los/lüs  (talıĢ.  "çölpiĢiyi")  sözlərindən  ibarət  olub,  "vəhĢi 

çölpiĢiyi"  mənasını bildirdiyi  güman edilir. Yəqin  ki,  kəndin ərazisində  vaxtilə 

bu heyvanlar göründüyü üçün ərazi belə adlandırılmıĢdır. 

Kolabağ  hidr.,  mür.  Xocalı  r-nu  ərazisində  çay.  Hidronim  türk 

dillərindəki  kola  ("səs-küylü";  "üzüaĢağı  axan")  və  bağ  (qol,  hissə) 

komponentlərindən  düzəlib,  "üzüaĢağı  axan  çay  qolu"  mənasındadır.  Qarqar 

çayını əmələ gətirən kiçik dağ çaylarından olduğu üçün belə adlandırılmıĢdır. 



Kolanı  oyk,  sadə.  1,  Hacıqabul  r-nunun  Abdulyan  i.ə.v.-də  kənd.  Kür 

çayının  sahilində,  ġirvan  düzündədir.  Kənd  vaxtilə  Cavad  qəzasında  yaĢamıĢ 



kolani  tayfasına  mənsub  71  ailənin  Toyuqplov  adlı  qıĢlaq  yerində 

məskunlaĢması  nəticəsində  yaranmıĢdır;  2.  Salyan  r-nunun  Qarabağlı  i.ə.v.-də 

kənd. Düzənlikdədir. XIX əsrdə Dağ Kolanı adı ilə QuĢçu-ġamaxı yolu üstündə 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə