Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə195/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   191   192   193   194   195   196   197   198   ...   206

400 

 

kəndində  məskunlaĢaraq  kəndi  Möhrətağ  (palçıqdan  tikilmiĢ  barılı  məhəllə) 



adlandırmıĢdılar. 1992-ci ildə kəndin keçmiĢ adı bərpa edildi. 

Kiçik Qaramurad oyk, mür. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. 

Orta  dağlıq  qurĢaqdadır.  Mənbələrin  məlumatına  görə,  Qaramurad  adlı  kənd 

1828-ci  ildə  yaranmıĢdır.  1826-28-ci  illər  Rus-Ġran  müharibəsi  dövründə 

Gürcüstandan Ġrəvana qaçmıĢ 400 azərb. ailəsini Ġrəvanlı Hüseynqulu xan Zəngi 

çayının  sağ  sahilində  sərhəddə  məskunlaĢdıraraq  bir  neçə  kəndlə  (Mürsəlli, 

Baratlı,  ArdıĢlı,  QarakeĢiĢ)  birlikdə  Qaramurad  kəndini  də  yaratmıĢdı.  YaĢayıĢ 

məntəqəsini  XIX  əsrin  axırlarında  Qaramurad  (indiki  Böyük  Qaramurad) 

kəndindən  çıxmıĢ  ailələr  salmıĢlar.  Oykonim  Böyük  Qaramurad  kənd  adının 

qarĢılığıdır. 

Kiçik  Qaramurad  hidr.,  sadə.  1.  Gədəbəy  r-nu  ərazisində  min. 

bulaqlar. Kiçik Qaramurad kəndindən c.-Ģ.-də yerləĢir. Suyu soyuq və turĢməzə 

olub,  bir  neçə  bulaqdan  ibarətdir;  2.  Gədəbəy  r-nu  ərazisində  çay.  Zəyəm 

çayının sol qoludur. Hidronimlər Kiçik Qaramurad kəndinin adı ilə bağlıdır. 



Kiçik  Qızılqaya  or.,  mür.  Kəlbəcər  r-nu  ərazisində  dağ.  Çalbayır 

silsiləsində  zirvədir.  Oronim  ərazidəki  Qızılqaya  (Laçın  r-nu)  dağ  adının 

qarĢılığıdır. 

Kiçik Qubalı or., mür. Balakən r-nu ərazisində, BaĢ Qafqaz silsiləsinin 

qolu üstündə zirvədir. Hün. 1855 m. Oronim r-nun ərazisindəki Qubalı dağının 

adının qarĢılığıdır. 

Kiçik MiĢov or., mür. Əli Bayramlı r-nu ərazisində dağ. Hün. 250  m. 

YanaĢı duran iki eyniadlı dağın kiçiyinin adıdır. 



Kiçik  Pirəli  oyk,  mür.  Qəbələ  r-nunun  Böyük  Pirəli  i.ə.v.-də  kənd. 

Alazan-Əyriçay  çökəkliyindədir.  XIX  əsrdə  keçmiĢ  Qədim  Pirelili  kəndindən 

ayrılmıĢ  ailələr  yeni  yaĢayıĢ  məntəqəsi  yaratmıĢ  və  onu  Cocuq  Pirəlili 

adlandırmıĢdılar.  Sonralar  cocuq  sözü  kiçik  sözü  ilə  əvəz  olunmuĢdur.  Qədim 

Pireli isə Böyük Pirəli adlanmıĢdır. 

Kiçik Samur hidr., mür. Xaçmaz r-nunda çay. Samur çayından ayrılıb 

bilavasitə Xəzərə tökülür. Samurun qolu olduğu üçün belə adlandırılmıĢdır. 



Kiçik  Siyəki  or.,  mür.  ġamaxı  r-nu  ərazisində  dağ.  Siyəki  Cəngi 

çayının  dərəsindən  Ģm.-da  iki  zirvənin  adıdır:  Böyük  Siyəki  (792  m.),  Kiçik 

Siyəki  (787  m.).  Oronim  tat  dilindəki  siyə  (qara)  və  kü  (dağ)  sözlərindən 

düzəlib, "qara dağ" mənasındadır. 



Kiçik  Tava  or.,  mür.  AbĢeron  arxipelaqı  adalarından  biridir.  Böyük 

Tava  adasından  4  km  Ģ.-dədir.  Ərazisi  kiçik  qaya  parçalarından  (tavalardan) 

ibarət olduğu üçün belə adlandırılmıĢdır. Kiçik Plita (tava) variantında da qeydə 

alınmıĢdır. 



Kiçik  Udabno  or.,  mür.  Qazax  r-nunda  dağ.  Gürcüstanla  sərhəddə 

yerləĢir.  Hün.  764  m.  Ərazidəki  Udabno  (hün.  871  m.)  adlı  dağdan  nisbətən 

alçıq olduğu üçün belə adlandırılmıĢdır. 



401 

 

Kiçik  Zirə  or.,  mür.  Xəzərdə  ada.  Bakı  körfəzini  dənizdən  ayıran 

adalardan  biridir.  Ərazisində  daĢ  karxanası  olduğundan  DaĢ  Zirə  də  adlanır. 

Vaxtilə  rus  dənizçiləri  adaya  Vulf  adı  vermiĢdilər.  Böyük  Zirə  adasının  adının 

qarĢılığıdır. 

Kiçikdağ  or.,  mür.  1.  Xanlar  r-nu  ərazisində  dağ.  R-nun  c.-Ģ.-ində 

yerləĢir. Hün. 1158 m.; 2. Qobustanda dağ. Duvannı d.y. stansiyasından c.-q.-də 

yerləĢir.  Hün.  176  m.  Oronimlər  "balaca  dağ"  mənasındadır.  Bu  dağlar 

ətrafındakı  oroqrafik  obyektlərə  nisbətən  alçaq  olduqları  üçün  belə 

adlandırılmıĢlar. 

KiçikdaĢ  or.,  mür.  Qaradağ  r-nu  ərazisində  dağ.  Qobustan 

qəsəbəsindən  3  km.  c.-q.dədir.  Qobustan  qaya  təsvirləri  kompleksinə  daxildir. 

Burada üzərində qədim rəsmlər aĢkar olunmuĢ 200-ə qədər qaya qeydə alınmıĢ 

üç  qədim  yaĢayıĢ  məskəni  və  Tunc  dövrünə  aid  10-dan  çox  kurqan  tipli  qəbir 

abidəsi  öyrənilmiĢdir.  Dağdakı  tapıntılar  göstərir  ki,  qədim  qobustanlılar  hələ 

e.ə.  VIII  minillikdən  baĢlayaraq  burada  məskunlaĢmıĢlar.  Dağ  yaxınlığındakı 

BöyükdaĢdan kiçik olduğu üçün belə adlandırılmıĢdır. 

Kiçikli  oyk,  sadə.  Ağdam  r-nunun  Üçoğlan  i.ə.v.-də  kənd.  Qarabağ 

düzündədir.  Kənd  həmin  ərazidə  məskunlaĢmıĢ  kiçikli  nəslinin  adı  ilə 

adlanmıĢdır. 

Kijəba  oyk,  mür.  Astara  r-nunun  eyniadlı  i.ə.v.-də  Ģtq.  Lənkəran 

ovalığının  TalıĢ  dağlarına  qovuĢduğu  yerdədir.  Əvvəllər  burada  eyniadlı  kənd 

olmuĢ, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən 

sonra  kənd  qəsəbəyə  çevrilmiĢdir.  Oykonimi  talıĢ  dilindəki  kijə  (cücə)  və  oba 

komponentlərindən  düzəlmiĢ,  "cücə  obası"  və  ya  kijə  (quĢ)  və  hə  (qapı) 

sözlərindən  düzəlmiĢ  "quĢ  damı"  mənası  ilə  bağlayırlar.  Bu  oykonimi  Kijə 

ləqəbli tarixi Ģəxsiyyətin adı ilə də əlaqələndirirlər. 

Kilisasur hidr., mür. Tovuz r-nu ərazisində çay. Hidronim kilisa (kilsə; 

xristian məbədi) və sur (Ģeypur, kərənay; məcazi mənada "uzun, uzanıb gedən") 

komponentlərindən düzəlib, "kilsə olan ərazidən axan çay" mənasındadır. 

Kilit or., sadə. Quba r-nu ərazisində dağ. Afurca kəndindən c.-Ģ.-dədir. 

Dağın baĢında qədim qala xarabalıqları var. Dağın adı da buradan yaranmıĢdır. 

Oronim Ġran dillərindəki kəlat (qala) sözündəndir. 

Kilit  oyk,  sadə.  Ordubad  r-nunun  Ordubad  Ģəhər  i.ə.v.-də  kənd.  Kilit 

çayının sahilində, Arazboyu düzənlikdədir. Hər tərəfdən sıldırım yamaclı dağ və 

dərələrlə  əhatə  olunan  kəndin  c.-Ģ.-ində  iki  karst  mağarası,  yaxınlığındakı 

Ġldərəsi  adlanan  yerdə  orta  əsrlərə  aid  yaĢayıĢ  yerlərinin  qalıqları  və  qəbir 

abidələri var. Oykonim kəlat (qala) sözündəndir. 

Kilit  hidr.,  sadə.  1.  Ordubad  r-nu  ərazisində  çay.  Arazın  qoludur;  2. 

Ordubad  r-nunun  Kilit  kəndi  ərazisində  min.  bulaqlar.  Azdebitli  iki  bulaqdır. 

Suyu  soyuq,  tərkibində  karbon  qazı  vardır.  Hidronimlər  Kilit  kəndinin  adından 

yaranmıĢdır. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə