Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə194/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   190   191   192   193   194   195   196   197   ...   206

398 

 

Ketik məbədinin adı ilə də əlaqələndirirlər. Qazaxıstan ərazisində Ketik adlı yer 



qeydə alınmıĢdır. 

KətiĢen  oyk,  mür.  DaĢkəsən  r-nunun  Çovdar  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir.  Yerli  əhalinin  məlumatına  görə,  yaĢayıĢ  məntəqəsini  vaxtilə 

Qarabağdan  və  Gürcüstandan  köçmə  erməni  ailələri  salmıĢlar.  Oykonim  qet 

(erm.  "çay")  və  şen  (kənd)  sözlərinin  birləĢməsindən  əmələ  gəlib,  "çay 

sahilindəki  kənd"  mənasındadır.  1992-ci  ildən  kəndin  adı  Çaykənd  kimi 

rəsmiləĢdirilmiĢdir. 



Kətük  oyk.,  sadə.  Xocalı  r-nunun  Xanabad  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. Əsli Kətikdir. KeçmiĢ adı Ağdar olmuĢdur. Bəzi tədqiqatçılar kəndin 

adını  Qafqaz  Albaniyasındakı  məĢhur  Kətik  məbədinin  (XII  əsr)  adı  ilə 

bağlayırlar. 



Kınçvo  oyk.,  mür.  Lerik  r-nunun  Vizəzəmin  i.ə.v.-də  kənd.  Gəncəvü 

çayının  sahilində,  PeĢtəsər  silsiləsinin  yamacındadır.  Tədqiqatçılara  görə, 

oykonim Kıncəvo sözündən olub, "küncdən, böyürdən əsən külək yeri" (burada 

Xəzri küləyi nəzərdə tutulur) mənasındadır. 



Kiçan bax: Ballıqaya. 

Kiçik  Alagöl  hidr.,  mür.  Kəlbəcər  r-nunda  2780  m.  yüksəklikdə  göl. 

Alagöllər qrupuna daxildir. ġirin sulu, axarsız göldür. Suyunun bir hissəsi boğaz 

vasitəsilə  Böyük  Alagölə  axıdılır.  Hidronim  Böyük  Alagöl  coğrafi  adının 

qarĢılığıdır. 



Kiçik  Alatəmir  oyk.,  mür.  Qax  r-nunun  Qax  Ġngiloy  i.ə.v.-də  kənd. 

Dağətəyi ərazidədir. Oykonim Böyük Alatəmir kənd adının qarĢılığıdır. 



Kiçik Arzanax or., mür. Qax r-nu ərazisində dağ. QaĢqaçay kəndindən 

Ģm.-Ģ.-də yerləĢir. Hün. 2094 m. Oronim Böyük Arzanax dağ adının qarĢılığıdır. 



Kiçik  Balakən  hidr.,  mür.  Balakən  r-nu  ərazisində  çay.  Balakən 

çayından  ayrılan  və  sərbəst  olaraq  sağ  tərəfdən  Katex  çayına  tökülən  qoldur. 

Hidronim böyük, əsas çayın qolu olduğu üçün belə adlandırılmıĢdır. 

Kiçik  Baraxum  oyk,  mür.  Xaçmaz  r-nunun  Dədəli  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. Vaxtilə Baraxum kəndindən ayrılmıĢ ailələr tərəfindən salındığı 

üçün belə adlandırılmıĢdır. 

Kiçik  Bozdağ  or.,  mür.  Qax  r-nu  ərazisində  dağ.  Əyriçayın  aĢağı 

axarından  sol  tərəfdə  yerləĢir.  Hün.  337  m.  Oronim  Bozdağ  dağ  adının 

qarĢılığıdır. 

Kiçik Dəhnə oyk, mür. ġəki r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur 

ön  dağlığındadır.  YaĢayıĢ  məntəqəsi  keçən  əsrdə  Dəhnə  (indiki  Böyük  Dəhnə) 

kəndindən  çıxmıĢ  ailələr  tərəfindən  salınmıĢdır.  Oykonim  Böyük  Dəhnə  kənd 

adının qarĢılığıdır. 



Kiçik  Düzyurd  oyk,  mür.  Gədəbəy  r-nunun  Qumlu  i.ə.v.-də  kənd. 

Dağlıq  ərazidədir.  Kəndin  ərazisi  əvvəllər  ġəmkir  r-nunun  Dəllər  kəndinə 

məxsus yurd yeri olmuĢdur. YaĢayıĢ məntəqəsi 1922-ci ildə Düzyurd adlanan bu 



399 

 

sahədə  salınmıĢdır.  R-ndakı  eyniadlı  digər  kənddən  fərqləndirmək  üçün 



oykonimin əvvəlinə kiçik sözü əlavə edilmiĢdir. Oykonim Düzyurd kənd adının 

qarĢılığıdır. 



Kiçik  Əmili  oyk,  mür.  Qəbələ  r-nunun  Zalam  i.ə.v.-də  kənd.  DaĢüz 

silsiləsinin  ətəyində,  ƏrəĢ  düzündədir.  Oykonim  özündə  qədim  türkdilli 

qıpçaqların  imi  tayfasının  adını  əks  etdirir  və  r-nun  ərazisindəki  Böyük  Əmili 

kənd adının qarĢılığıdır. 



Kiçik  Həkəri  hidr.,  mür.  Xocavənd  və  Qubadlı  r-nları  ərazisində  çay. 

Həkəri çayının sol qoludur. Mənbəyini Qarabağ silsiləsinin c.-q. yamaclarından 

(1810  m.  yüksəklikdən)  alır.  Böyük  çayın  qolu  olduğu  üçün  belə 

adlandırılmıĢdır. 



Kiçik  Hərami  or.,  mür.  Əli  Bayramlı  r-nu  ərazisində  dağ  silsiləsi. 

Böyük  Hərami  silsiləsinin  c.  davamıdır.  MiĢovdağın  Ģ.-indən  baĢlayaraq 

getdikcə  alçalan  dağlardır.  Pirsaat  düzünü  ġirvan  düzündən  ayırır.  Kiçik  sözü 

fərqləndirici xüsusiyyət daĢıyır. 



Kiçik  ĠĢıqlı  or.,  mür.  Laçın  r-nu  ərazisində,  Qarabağ  yaylasında  dağ. 

Ermənistanla sərhədin yaxınlığında, Böyük ĠĢıqlı dağından Ģm.-dadır. Hün. 3455 

m.  Böyük  ĠĢıqlı  dağından  (3552  m.)  nisbətən  alçaq  olduğu  üçün  belə 

adlandırılmıĢdır. 



Kiçik Kirs or., mür. ġuĢa r-nu ərazisində dağ. R-nun c.-Ģ.-ində yerləĢir. 

Hün. 1800 m. Ərazidəki Böyük Kirs dağından (2725 m.) nisbətən alçaq olduğu 

üçün belə adlandırılmıĢdır. 

Kiçik  Kuda  or.,  mür.  Qusar  r-nu  ərazisində  dağ.  Hün.  2430  m.  Kiçik 

Kuza variantında da qeydə alınmıĢdır. Dağıstan ərazisindəki eyniadlı dağ adının 

qarĢılığıdır. 

Kiçik  Kulagin  or.,  mür.  Xəzərdə  ada.  Bakı  arxipelaqındadır.  Akad. 

V.K.Abixin  ekspedisiyalarında  iĢtirak  etmiĢ  gəmi  kapitanı  Kulaginin  adı  ilə 

adlandırılmıĢ Kulagin adasının adının qarĢılığıdır. 

Kiçik  Qafqaz  or.,  mür.  Cənubi  Qafqazda  dağ  sistemi.  Qara  dənizlə 

Araz  çayı  arasındadır.  Kiçik  Qafqaz  bir  sıra  dağ  silsilələri  və  yaylalardan 

ibarətdir.  Azərb.-da  Kiçik  Qafqazın  baĢlıca  oroqrafik  obyektləri  bunlardır: 

ġahdağ,  Murovdağ,  Qarabağ,  Zəngəzur,  Mıxtökən,  Dərələyəz  sıra  dağları  və 

Qarabağ yaylası. Ən hündür nöqtəsi Qapıcıq dağıdır. Kiçik Qafqazın səthi Kür 

çayının  sağ  qolları:  Ağstafa,  Gəncə,  Tovuz,  Zəyəm,  ġəmkir,  QoĢqar,  Kürək 

çaylarının, habelə Tərtər və Qarqar çayının, Arazın sol qolu olan Həkəri (Əkərə) 

çayının  dərələri  ilə  xeyli  parçalanmıĢdır.  Kiçik  Qafqaz  oronimi  Böyük  Qafqaz 

cağrafi adının qarĢılığıdır. 

Kiçik  Qarabəy  oyk,  mür.  Tərtər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Dağətəyi  ərazidədir.  XIX  əsrdə  CavanĢir  qəzasında  Böyük  Qarabəy  və  Kiçik 

Qarabəy adlı iki  kənd qeydə  alınmıĢdır.  Çar Rusiyası  Azərb.-nın  Ģimalını iĢğal 

etdikdən  sonra  XIX  əsrdə  Ġrandan  köçüb  gəlmiĢ  erməni  ailələri  Kiçik  Qarabəy 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə