Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə196/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   192   193   194   195   196   197   198   199   ...   206

402 

 

Kilsə  oyk,  sadə.  Kəlbəcər  r-nunun  Çaykənd  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir.  Yerli  əhalinin  məlumatına  görə,  yaĢayıĢ  məntəqəsini  XIX  əsrdə 

indiki  Laçın  r-nunun  Alxaslı  kəndindən  gəlmiĢ  Qasım  Məhərrəmoğlu  saldığına 

görə  ona  Qasımlı  da  deyilir.  Kənd  meĢənin  ortasında,  köhnə  kənd  yerində, 

qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmıĢdır. 



Kilsəbuqov oyk, mür. Balakən r-nunun ġambul i.ə.v.-də kənd. Alazan-

Əyriçay çökəkliyindədir. YaĢayıĢ məntəqəsi alban kilsəsi olan ərazi yaxınlığında 

salındığı üçün belə adlandırılmıĢdır. Oykonim kilsə (xristian  məbədi) və buqov 

(avar.  "künc",  "bucaq")  sözlərindən  düzəlib,  "kilsə  olan  künc,  bucaq" 

mənasındadır. 

Kilsəçay  hidr.,  mür.  Oğuz  r-nu  ərazisində  çay.  Hidronim  kilsə 

(ərazidəki xristian məbədinə iĢarədir) və çay komponentlərindən düzəlib, "kilsə 

olan ərazidən axan çay" mənasındadır. 

Kilsədağ  or.,  mür.  Qəbələ  r-nu  ərazisində  dağ.  Böyük  Əmili  kəndi 

yaxınlığındadır.  Dağ  burada  erkən  orta  əsrlərə  aid  alban  (Qafqaz)  məbədinin 

qalıqlarının  olmasına  görə  belə  adlandırılmıĢdır.  Tədqiqatçıların  1971-ci  ildə 

qeydə  aldığı  bu  məbədin  əsl  adı  unudulduğuna  görə,  onun  qalıqları  yerli  əhali 

arasında  sadəcə  olaraq  Kilsə,  elmi  ədəbiyyatda  isə  dağın  adı  Kilsədağ  məbədi 

adlandırılmıĢdır. 



Kilsəli oyk, düz. 1. Gədəbəy r-nunun Çayrəsullu i.ə.v.-də kənd. 1992-ci 

ildən  TurĢsu  adlandırılmıĢdır;  2.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Dağətəyi  ərazidədir.  Kənd  qədim  kilsə  yanında  salındığı  üçün  belə 

adlandırılmıĢdır. Yerli əhalinin məlumatına görə, yaĢayıĢ məntəqəsini XIX əsrin 

əvvəllərində  Dağıstanın  Çardinsk  r-nundan  gəlmələr  saldığı  üçün  bəzən  kəndə 

Ləzgilər Kilsəsi də deyilir. 



Kilsəli hidr., sadə. Gədəbəy r-nunun Kilsəli (indiki TurĢsu) kəndindən 

c.-Ģ.-də  min.  bulaqlar.  Suyu  soyuq  və  turĢməzə  olub,  3  bulaqdan  ibarətdir. 

Yaxınlığındakı eyniadlı yaĢayıĢ məntəqəsinin adı ilə adlandırılmıĢdır. 

Kilsəlidağ  or.,  mür.  Kəlbəcər  r-nunda  dağ.  Əsrik  kəndindən  c.-Ģ.-də 

yerləĢir.  Hün.  2301  m.  Oronim  Kilsəli  (ərazidəki  kənd  adı)  və  dağ 

komponentlərindən düzəlib, "Kilsəli kəndi yaxınlığındakı dağ" mənasındadır. 

Kilsəsuyu  hidr.,  mür.  1.  Kəlbəcər  r-nu  ərazisində  çay;  2.  Tovuz  r-nu 

ərazisində çay. Zəyəm çayının ağ qoludur. Hidronim kilsə (çayın yaxınlığındakı 

məbəd  xarabalığına  iĢarədir)  və  su  (çay)  komponentlərindən  düzəlib  (-u 

mənsub.Ģək.-sidir), "kilsə yaxınlığında olan çay" mənasındadır. 



Kimil bax: Qımıl. 

Kirən  oyk.,  sadə.  Tovuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Əsrik  və 

Zəyəm çaylarının suayrıcında, orta dağlıq qurĢaqdadır. KeçmiĢ adı QuĢçu Kirən 

olmuĢdur.  KeçmiĢdə  burada  Kirən  adlı  iki  kənd  vardı.  Bir-birindən 

fərqləndirmək  məqsədilə  biri  Xınna  Kirən,  digəri  QuĢçu  Kirən  adlandırılmıĢdı. 

QuĢcu  Kirən  kəndi  quĢçu  tayfasına  mənsub  ailələrin  Kirən  adlı  yerdə 



403 

 

məskunlaĢması  ilə  əlaqədar  yaranmıĢdı.  Fıstıq,  vələs  meĢəliyi  olan  bu  yerdə 



keçmiĢdə  kəran  (tir,  pərdi)  kəsildiyi  üçün  Kirən  (yerli  əhali  arasında  Kəran) 

adlandırılmıĢdır.  Oykonimi  qədim  kiran/kürən  tayfa  adı  ilə  də  əlaqələndirir, 

"yamaclar" kimi də izah edirlər. 

Kirəvud  oyk,  mür.  Lerik  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Burovar 

silsiləsinin  yamacındadır.  Kəndin  adı  talıĢ  dilindəki  gir  (əyri)  və  vud  (yer) 

sözlərindən  düzəlib  (-ə  bitiĢdirici  saitdir),  "əyri  yerdə  salınmıĢ  kənd" 

mənasındadır.  Oykonimi  "kiçik  yer",  "çəmənlik",  "kiçik  təpə"  kimi  də  izah 

edirlər. 

Kirk  oyk.,  sadə.  Ġsmayıllı  r-nunun  Kəlbənd  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir.  YaĢayıĢ  məntəqəsini  XVIII  əsrin  axırlarında  Qarabağdan  köçüb 

gəlmiĢ  ailələr  salmıĢlar.  KeçmiĢdə  r-nun  ərazisində  Kirk  və  Kirk  Güzəran  adlı 

iki  kənd  mövcud  olmuĢdur.  Yerli  əhali  arasında  Ləngəbiz  dağları  QaĢ  dağları, 

onun  yamacında  olan  kəndlər  isə  QaĢ  kəndləri  adlanır.  Kirk  kəndi  də  QaĢ 

kəndlərindən  biridir.  Oykonimi  tədqiqatçılar  türk  dillərində  "dağlıq  ərazi" 

mənasında iĢlənən kırka sözü ilə bağlayırlar. 

Kirməgiz  or.,  mür.  AbĢeron  yarımadasının  mərkəzi  hissəsində  dağ. 

Balaxanı  qəsəbəsindən  Ģm.-q.-də  yerləĢir.  Hün.  105  m.  Oronim  girmə  (burada 

"keçid")  və  giz/gəz  (aĢırım)  komponentlərindən  düzəlib,  "aĢırımlı  keçid" 

mənasındadır. 



Kirməki or., mür. AbĢeron yarımadasında, BöyükĢor gölündən Ģm.-da 

təpə.  Hün.  100  m.  Oronim  kirmə/girmə  (kolluq)  və  ki/ku  (tat.  "dağ") 

komponentlərindən düzəlib, "ətəyi kolluq olan təpə, dağ" mənasındadır. Təpənin 

yaxınlığında eyniadlı göl də var. 



Kirnə  oyk.,  sadə.  Culfa  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Zəngəzur 

silsiləsinin ətəyindədir. 2003-cü ildən Kırna  kimi rəsmiləĢdirilmiĢdir. Oykonim 

qəd. türk dillərindəki kırna (yan, böyür, kənar, qıraq) sözündəndir. 

Kirov ştq. Bax: Binəqədi (Binəqədi r-nu). 

Kirov ştq. Bax: Qızılağac (Lənkəran r-nu). 

Kirov bax: Kiçik Qaladərəsi (ġuĢa). 

Kirov adına Ģtq. bax: Yeni Suraxan. 

Kirov körfəzi bax: Qızılağac körfəzi. 

Kirovabad bax: Gəncə. 

Kirovka bax: Həsənsu (Qazax r-nu). 

Kirovka  oyk.,  sadə.  1.  Biləsuvar  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Muğan  düzündədir.  YaĢayıĢ  məntəqəsi  Rusiyanın  köçürmə  siyasəti  nəticəsində 

rus  kəndlilərinin  Azərb.-da  yerləĢdirilməsi  ilə  əlaqədar  olaraq  1905-ci  ildə 

yaranmıĢ  və  Alekseyevka  adlandırılmıĢdı.  Sovet  hakimiyyəti  illərində 

S.M.Kirovun (1886-1934) adı ilə Kirovka adlandırılmıĢdır. 1998-ci ildən kəndin 

adı  Azərb.  yazıçısı  M.C.PaĢayevin  Ģərəfinə  Mircəlal  kimi  rəsmiləĢdirilmiĢdir. 

Memorial  toponimdir;  2.  ġamaxı  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Orta  dağlıq 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə