Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə200/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   196   197   198   199   200   201   202   203   ...   206

410 

 

Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin yamacındadır. Yerli 



əhalinin  məlumatına  görə,  yaĢayıĢ  məntəqəsini  keçmiĢ  Zəngəzur  qəzasının 

Kosalar (indiki Ağoğlan) kəndindən köçmüĢ ailələr salmıĢlar; 3. Qazax r-nunun 

eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. YaĢayıĢ məntəqəsi kəndin 

əsasını  qoymuĢ  kosalar  nəslinin  adını  daĢıyır;  4.  Lerik  r-nunun  Qosmalyan 

i.ə.v.-də  kənd.  PeĢtəsər  silsiləsinin  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  kosalar 

nəslinin  məskunlaĢması  nəticəsində  yarandığı  üçün  belə  adlandırılmıĢdır;  5. 

Lənkəran r-nunun Gərmətük qəsəbə i.ə.v.-də kənd. Lənkəran çayının sahilində, 

Lənkəran ovalığındadır. Oykonim yaĢayıĢ məntəqəsinin əsasını qoymuĢ kosalar 

nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı 

yaĢayıĢ məntəqələri qeydə alınmıĢdır. 



Kotal  oyk.,  sadə.  Bakı  Ģəhəri  Qaradağ  r-nunun  Ələt  qəsəbə  i.ə.v.-də 

köçəbə.  Xəzər  dənizi  sahilində,  düzənlikdədir.  Tədqiqatçılar  bu  oykonimi  Ġran 

dillərindəki  "hündür  təpə",  "kurqan",  "dağ  keçidi"  mənalı  kotal  sözü  ilə 

əlaqələndirirlər. Dialektlərimizdə də bu söz "dik yer" mənasında iĢlədilir. Lakin 

bu  mənaların  heç  biri  obyektin  yerləĢdiyi  məkanın  coğrafi  mövqeyi  ilə 

müqayisədə  özünü  doğrultmur.  Türk  dillərində  və  Azərb.  dilinin  dialektlərində 

"var-dövlət"  mənasında  kotal  və  müxtəlif  mənalarla  yanaĢı  "təkərli  böyük 

araba",  "kənd,  köç"  mənalarında  kotan  sözləri  iĢlənir  ki,  bu  da  köçəri  həyat 

Ģəraiti ilə bağlıdır. 

Kotanarx oyk., sadə. AğdaĢ r-nunun Nehrəxəlil i.ə.v.-də kənd. Türyan 

çayının sahilində, ġirvan düzündədir. XVIII əsrə aid mənbədə kəndin adı çəkilir. 

Tədqiqatçıların  ehtimalına  görə,  oykonim  qədim  arxçəkmə  üsulunun  adı  ilə 

bağlıdır. Belə ki, keçmiĢdə torpağı bərk olan yerlərdə arx çəkmək üçün əvvəlcə 

kotanla  dərin  Ģırımlar  açılır,  sonra  onun  içərisinin  torpağı  çıxarılaraq  daha  da 

dərinləĢdirilirdi.  Belə  arxlara  adətən  kotan-arxı  deyilirdi.  YaĢayıĢ  məntəqəsi 

kotan  arxının  dalında  salındığına  görə  belə  adlandırılmıĢdır.  Yevlax  r-nunun 

HürüuĢağı kəndində də Kotanarx hidronimi qeydə alınmıĢdır. Lakin istər Azərb., 

istərsə  də  türkdilli  xalqların  toponimiyasında  kotan  komponentli  toponimlərin 

geniĢ  arealı  göstərir  ki,  bu  coğrafi  adlar  etnotoponimdir.  Babək  r-nunun 

Nəzərabad  kəndində  yaĢayan  kotannı  tayfasının  qeydə  alınması  da  bunu  sübut 

edir. 


Kotandağ or., mür. 1. Babək r-nu ərazisində dağ. Sirab kəndindən c.-

dadır.  Hün.  1267  m.;  2.  Qazax  r-nunun  c.-Ģ.-ində  dağ.  Hün.  1100  m.  Oronim 



kotan (etn.) və dağ komponentlərindən düzəlib, etnotoponimdir. 

Kotanqaya or., mür. Laçın r-nu ərazisində dağ. Oronim kotan (etn.) və 

qaya  komponentlərindən  ibarət  olub,  etnotoponimdir.  Kotanlar  çölü  (Qax  və 

Zaqatala  r-nları),  Kotanlar  (Oğuz  r-nu),  Kotan  dərəsi  (Qubadlı  r-nu),  Kotanlı 

(Ermənistan)  və  s.  toponimlər  də  etnonim  mənĢəlidir.  Kotan  eyni  zamanda 

keçmiĢdə Azərb.-da, eləcə də bir sıra Yaxın ġərq ölkələrində sahə ölçü vahidini 

bildirən  termindir.  Adətən  kotanla  bir  gündə  əkilən  torpaq  sahəsi  kotan  yeri 



411 

 

adlanırdı.  AbĢeronda  mövcud  olan  Kotan  əkin  yerinin  adı  həmin  məna  ilə 



bağlıdır. Oronimi türk dillərində "qoyun saxlamaq üçün dairəvi ağıl" mənasında 

iĢlədilən kutan sözü ilə də bağlayırlar. 



Kotavan oyk., mür. AğdaĢ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının 

sahilində,  ġirvan  düzündədir.  KeçmiĢdə  həm  də  Elavlı  (elavlı  nəsli  bu  kənddə 

məskunlaĢdığı üçün) adlanmıĢdır. Yerli əhalinin məlumatına görə, kənd əvvəlcə 

Qarabağda  olmuĢ,  XVIII  əsrdə  indiki  yerə  köçürülmüĢdür.  Hazırda  Ağdam  r-

nunun  Boyəhmədli  kəndinin  ərazisində  Kotavan  arxı  adlı  yer  mövcuddur.  Bəzi 

tədqiqatçılara  görə,  kəndin  adı  fars  dilindəki  qut  (qala)  sözündən  və  məkan 

bildirən  -van  Ģək.-sindən  ibarət  olub  (-i  bitiĢdirici  saitdir),  "qala  yeri" 

mənasındadır.  A.Bakıxanov  keçmiĢdə  kənddə  möhkəm  qalanın  olduğunu 

yazırdı.  Ġstər  yazılı  abidələrin,  istərsə  müasir  monqol,  buryat,  uyğur  dillərində 

xota/xotan/xoton/xot  sözləri  "Ģəhər",  "kənd",  "Ģəhər  divarı",  "ağıl",  "tövlə" 

mənalarını  ifadə  edir.  Van  komponenti  isə  Qafqaz,  Yaxın  və  Orta  ġərq 

toponimiyasında "ev", "yer", "ölkə", "yaĢayıĢ məntəqəsi" və s. mənalarda iĢlənir. 

Odur ki, kəndin adını "kənd yeri", "yaĢayıĢ məskəni" kimi də izah etmək olar. 



Köbər  Zəyzit  oyk.,  mür.  ġəki  r-nunun  Zeyzit  i.ə.v.-də  kənd.  BaĢ 

Qafqaz silsiləsinin  ətəyində, Alazan-Əyriçay çökəkliyindədir. Həmin r-nda BaĢ 

Zəyzit  və  Orta  Zəyzit  kəndləri  də  mövcuddur.  Oykonim  köbər  ("düzənlik, 

ərazidə  bir  qədər  hündür,  dik  yer",  "alçaq  təpəlik"  mənasını  bildirən  coğrafi 

termin)  və  Zəyzit  (monqol  tayfalarından  birinin  adını  əks  etdirən  etnotoponim) 

komponentlərindən  düzəlib,  "hündür,  dik  yerdə  yerləĢən  Zəyzit  kəndi" 

mənasındadır. 

Köbərkənd  oyk.,  mür.  Bərdə  r-nunun  Birinci  Qaradəmirçi  i.ə.v.-də 

kənd. Qarabağ düzündədir. Oykonim "dik yerdə salınmıĢ kənd" mənasındadır. 



Köçdərə  hidr.,  sadə.  Gədəbəy  r-nu  ərazisində  çay.  Axınca  çayının 

qoludur. Çay öz adını ərazisindən axdığı eyniadlı dərənin adından almıĢdır. Dərə 

isə həmin r-ndakı Düz Rəsullu kəndinin əhalisinin əvvəllər Keçəldağ yaylağına 

gedərkən  həmin  dərədə  müvəqqəti  köç  (düĢərgə)  saldıqları  üçün  belə 

adlandırılmıĢdır.  Zamanlı  kəndinin  ərazisindəki  Ġstidərə  adlı  yerdən  axdığına 

görə burada Ġstidərə çayı da adlanır. 



Köçəkli  oyk,  sadə.  Masallı  r-nunun  Xırmandalı  i.ə.v.-də  kənd. 

Taxtaçayın  sahilində,  Lənkəran  ovalığındadır.  Yerli  əhali  oykonimi  "köç  əhli" 

kimi  izah  edir.  Tədqiqatçılara  görə,  kəndi  köçəkli  nəslinə  mənsub  ailələr 

saldığına görə belə adlandırılmıĢdır. 



Köçərli  oyk.,  sadə.  Tərtər  r-nunun  Azad  Qaraqoyunlu  i.ə.v.-də  kənd. 

Qarabağ  düzündədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin  əvvəllərində  Qarabağda 

yaĢamıĢ  52  ailədən  ibarət  köçərli  tayfasının  məskunlaĢması  nəticəsində 

yaranmıĢdır.  Köçərli  tayfası  isə  mənĢəcə  qədim  türk  tayfalarından  olan 



koçarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına 

VIII-IX  əsrlərə  aid  Kuçar  adlı  uyğur  Ģəhərinin  adında  da  rast  gəlmək 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə