21
isə biçində istifadə edilmişdir.Toxuculuq və saxsı qablar istehsalı ilə bağlı
sahələrin meydana gəlməsi əc-dadlarımızın həyatında mühüm rol oynamışdır.Saxsı
qablar istehsalı ərzaq məhsullarının saxlanılmasını asanlaşdırmış,məişətin bütün
sahələrində əsaslı dəyişikliklərə şərait yaratmışdır.Saxsı qablar 133№-li Gəncəçay
düşərgəsində,Təbriz yaxın-lığındakı Yanıqtəpə və Urmiya gölü yaxınlığındakı
Firuztəpə abidələrinin müvafiq təbəqələrindən daha çox məlumdur.”
Ekranda Nəsir Rzayev peyda olur və deyir:
“Qobustanın yeni Daş dövrünə aid petroqliflərində düz xətlərə çox tez-tez
rast gəlinir.”
Ekranda Böyükdaşın aşağı mərtəbəsindəki 2№-li daşın üzərindəki petroqlif
görünür.Kadr arxasından alimin səsi eşidilir:
“ Misal üçün Böyükdaşın aşağı mərtəbəsindəki 2№-li daşda cızılmış gizləncək
təsvirində bu xüsusiyyətləri görürük.Bu sxematik,şərti şəkildə verilmiş rəsmdə giz-
ləncəyin gövdəsi və başı düz xətlərlə və onların birləşməsindən yaradılmış bucaq-
larla bəzədilmişdir.Rəsmdən göründüyü kimi,bu gizləncək-yalançı heyvan fiquru
əvvəllər rast gəldiyimiz müqəvvalardan həm həcmi,kiçikliyi,həm də vəzifəsi ilə
fərqlənir.Bu petroqlif eramızdan əvvəl 7-ci minilliyə aiddir.”
Ekrandakı təsviri Böyükdaşın yuxarı mərtəbəsindəki 104 №-li daşın üzərində-
ki təsvir əvəz edir.Alimin səsi kadr arxasından deyir:
“Bu dövrə aid balıq təsvirinə Böyükdaşın yuxarı mərtəbəsində,104 №-li daşda
rast gəlrik.Bu petroqlifdə balıq siluet şəklində,realistik səpgidə işlənmişdir.”
Ekrandakı təsvir itir və onun yeinə yenidən görüntüyə
gələn Nəsir Rzayev de-
yir:
“Bu təsvir Neolit dövründə Azərbaycan ərazisində balıqçılığın inkişafından,
yeni bir təsərrüfat sahəsinin yaranmasından xəbər verməkdədir.”
Filmin başında gedən epizod-Soltan Hacıbəyovun “Karvan”simfonik suitası-
nın müşayiəti altında hərəkət edən dəvə karvanını əks etdirən epizod növbəti dəfə
təkrarlanır.
Ekranda Eneolt dövrü abidələrindən tapılmış nümunələr və o dövrün gil-
möhrə evlərinin qrafik təsvirləri nümayiş etdirilir.
Diktor mətni:
“Eramızdan əvvəl 6-cı minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü
22
Eneolit,yəni Mis-Daş dövrü əvəz etdi.Eneolit dövrü istehsal təsərrüfatının əsaslı
surətdə formalaşması və sürətli inkişafı ilə xarakterizə olunur.Bu dövrü tarixin əv-
vəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə
daş məmulatları ilə yanaşı,metaldan istifadə olunmağa başlanmasıdır.”
Ekranda arxeoloq Rəşid Göyüşov peyda olur.Ekranın alt tərəfində onun adı,
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
“Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü
eranızdan əvvəl 6-4-cü minillikləri əhatə edir.Mis yumşaq metal olduğundan daş
alətləri bütünlüklə sıradan çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü
deyilir.
İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövr
–də cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur.Əkinçilik və
maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər
üçün zəmin yaranır.Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər:bı-
çaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır.İnsanlar mis
külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar.Bu külçələrin daşdan fərqləndiyi
onlara yalnız 6-cı minilliyin sonlarında məlum olmuşdur.Misin yüksək istidə əri-
məsi,müxtəlif formaya düşməsi,soyuyarkən yenidən bərkiməsi və sairə daşdan
fərqləndirilməsinə əsas vermiş,ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə
imkan yaratmışdır.”
Ekranda Eneolit dövrünə aid gil qadın heykəllərinin,möhrə evlərin və toxa-
ların qrafik təsvirləri canlanır.
Diktor mətni:
“Alimlər bütövlükdə Eneolit dövrünün 5 xarakterik xüsusiyyətini qeyd edir-
lər:1.Təsərrüfatın digər sahələrinə nisbətən toxa əkinçiliyinin Eneolit dövründə da-
ha da üstünlük təşkil etməsi; 2.Çaxmaqdaşıdan hazırlanmış alətlərlə yanaşı,mis
alətlərin də meydana gəlməsi; 3.Möhrədən tikilmiş qəbilə evlərinin mövcud olma-
sı; 4 Ana nəsli üçün xarakterik olan gil qadın heykəllərinin yaranması; 5.Fırça ilə
naxışlanmış gil qabların hazırlanması.
Bütün bu əlamətləri Azərbaycanın Eneolit dövrü abidələrində tam təfərrüatı
ilə izləmək mümkündür.”
Ekranda Tarix Muzeyinin öncə xaricdən,sonra isə daxildən görünüşü təsvir
edilir.Muzeyin əməkdaşı deyir:
“İndiyədək Azərbaycanda Eneolit dövrünə aid oturaq əkinçi tayfalara məxsus
60-dan çox yaşayış məskəni aşkar olunmuşdur.Bunlardan Naxçıvan ərazisindəki 1-
ci Kültəpə abidəsi,Mil-Qarabağdakı İlanlıtəpə, Çalağantəpə, Qaraköpəktəpə,
Zərgər-təpə, Meynətəpə,Çalırtəpə,Şəkəryalı,Muğan düzündəki Əlikömək təpəsi,
Sulutəpə, Üçtəpə,Mişarçay,Qurudərə,Kür çayının sağ sahilində,Qazax rayonu