Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

40
hın qüdrəti daxilində olduğunu, lakin bunun yerinə insanları 
sınamaq məqsədilə fərqli şəriətlər üzrə yaratdığını, bunun da 
məqsədinin onları xeyir əməllərdə yarışmağa təşviq olduğunu, 
ixtilaf etdikləri məsələlərin axirətdə müəyyənləşdiriləcəyini 
bil dirir.
1
  Bəzi dinlərin mənsublarının bir-birinə qarşı üstün-
lük iddialarının yersiz olduğunu bildirən bir digər ayədə bu 
kimi mübahisələrin son qərarının  əbədi aləmdə veriləcəyi 
bildirilməklə
2
 inanc-din zəminində aparılan münaqişələrin 
əbəs olduğu vurğulanmışdır.
e. Başqa dinlərin müqəddəslərinə hörmət
Quranın digər dinlərin müqəddəslərinə qarşı ümumi 
prin  sipləri müsəlmanların qeyri-müsəlmanlara qarşı müna-
si  bətinin  əsas çərçivəsini də  təyin etmişdir. Bu mənada Qu-
ran bütün müsəlmanları qeyri-müsəlmanların etiqadlarına 
və müqəddəslərinə qarşı tolerantlı olmağa, mənfi münasibət 
gös   tər məməyə çağırmışdır. Bununla bağlı  “Onların Allah-
dan başqa ibadət etdikləri tanrılarına hörmətsizlik etməyin 
ki, onlar da bilmədiklərinə görə həddi aşaraq Allahı təh qir 
etməsinlər”
3
 ayəsindəki yanaşma müsəlmanların digər din 
mən sublarının inanclarına, müqəddəslərinə qarşı müna si bə-
tin də əsas təyinedicilərdən biri olmuşdur.
Bu reallığın təzahürü olan Azərbaycan tolerantlıq mühi-
tinin  əsas sütunlarından biri kimi qarşılıqlı hörmət üzərində 
qurulmuş dinlərarası münasibəti 12 avqust 2011-ci il tarixli çı-
xışında Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
xalqın həyat tərzi adlandırmışdı: “Azərbaycanda bütün dinlərin 
nümayəndələri özlərini rahat hiss edirlər. Azərbaycanda  İs-
lam mədəniyyətinə,  İslam dininə olan hörmət, eyni zaman-
da bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Öz dininə 
1
 
 Əl-Maidə, 5/48.
2
 
 Əl-Bəqərə, 2/113.
3
 
 Əl-Ənam, 6/108.


41
Azərbaycanda tolerantlıq ənənəsi
hörmət edən  şəxs başqa dinə  də hörmət etməlidir. Bu, artıq 
Azərbaycanda oturuşmuş yanaşmadır .... Bu, sadəcə olaraq bir 
şüar deyil, bizim həyat tərzimizdir”.
1
f. Tolerantlığın maddi göstəricisi kimi məbədlər
Azərbaycanın tolerantlıq modelində ön plana çıxan bir 
digər ünsür xalqın dinindən asılı olmayaraq məbədlərə qarşı 
münasibətində özünü büruzə verir. İnsan hüquqları zəminində 
din azadlığının beynəlxalq aləmdə  əhəmiyyət qazanmasın-
dan əsrlər əvvəl Quranın aşağıdakı ayəsində vurğulanan yal-
nız  İslamın müqəddəs məkanları olan məscidlər deyil, digər 
din mənsublarının ibadət ocaqlarının qorunmasının vacibliyi 
idi:  “Əgər Allah insanların bir qismini digər qismi ilə  dəf 
etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan 
monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. 
Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım 
edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”
2
12 avqust 2011-ci il tarixli çıxışında Azərbaycanda din-
dövlət münasibətini  əks etdirən mühüm bir amilin dini 
abidələrə qarşı münasibət olduğunu vurğulayan Prezident İl-
ham Əliyev dövlətin yalnız İslam dininə aid abidələrin deyil, 
digər dinlərə mənsub məbədlərin də inşasına və bərpasına mü-
hüm yer verdiyini bildirmişdi.
3
Həqiqətən də milli mirasın qorunması kimi dini və  mə-
dəni abidələrə göstərilən qayğı Azərbaycanın daxili və xarici 
siyasətində, xüsusilə son dövrlərdə təqdirəlayiq yer tutur. Ötən 
əsrin  əvvəllərində azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin 
Tağıyevin Jen Mironosits Rus pravoslav kilsəsinin inşasına 
maddi yardım göstərməsi ənənəsi 2001-ci ildə həmin məbədin 
bərpa edilərək yenidən istifadəyə verilməsində mühüm rol oy-
1
 
 http://www.president.az/articles/2971 
2
 
 Əl-Həcc, 22/40.
3
 
 http://www.president.az/articles/2971 


42
namış  iş adamı Aydın Qurbanovun timsalında davam etmiş-
dir.
1
Dini kimliyinə İslamın rəng verdiyi azərbaycanlı xeyriy yə-
çi lərin  ənənəyə çevirdiyi bu dini tolerantlıq nümunəsi Prezi-
dentin Ehtiyat Fondunun və xüsusilə Heydər Əliyev Fondunun 
böyük dəstəyi ilə ölkə daxilində olduğu kimi, respublikadan 
kənarda da nümayiş etdirilir. Ölkə daxilindəki fəaliyyətlərə 
nü munə olaraq “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi 
çər  çivəsində Heydər  Əliyev Fondunun həyata keçirdiyi Mər-
də kan  qəsəbəsində XIX əsrin sonlarında inşa olunmuş Heydər 
Cümə  məscidinin  əsaslı  təmiri (2012-2013), Yaxın  Şərqin  ən 
qədim ibadət ocaqlarından sayılan VIII əsrə aid Şamaxı Cümə 
məscidinin əsaslı bərpası (2010-2013), Həştərxanda Müqəddəs 
Knyaz Vladimirin adına abidə ucaldılması, Fransanın müxtəlif 
bölgələrində kilsələrin, müqəddəs Roma katakombalarının 
bər  pası bu fəaliyyətlər arasında qeyd edilə bilər. Xüsusilə so-
nun cular  İslam dünyasının Xristian aləminin müqəddəs mə-
bəd lərinə hörmət və dini tolerantlığın inkişafı istiqamətində 
Azərbaycanın töhfəsi kimi qiymətləndirilməkdədir.
2
Azərbaycanda İslamaqədərki dini müxtəliflik
Tarixən  Şərqlə  Qərb arasında oynadığı körpü rolu ilə 
seçilən qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan öz 
coğrafi  şəraiti və strateji mövqeyinə görə daim çoxsaylı etnik 
qrupların məskunlaşma və köç prosesinə səhnə olmuş, bu da 
öz növbəsində bölgənin fərqli milli kimlik və inanca sahib in-
sanların qurduğu mədəniyyətlərə ev sahibliyi etməsində  və 
fərqliliklərin birlikdə yaşadığı müstəsna bölgələrdən birinə 
çevrilməsində böyük rol oynamışdır.  İslamın yayılması  ərə-
1
  http://www.scwra.gov.az/structure/6/?%E2%80%9CJen%20
Mironosits%E2%80%9D%20pravoslav%20kafedral%20kils%C9%99si
2
 http://www.heydar-aliyev-foundation.org/az/content/blog/92/
M%C9%99d%C9%99niyy%C9%99t


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə