Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   ...   41

10
ğuna dair fərqli məlumatlar mövcuddur. Vəfat tarixi isə 1886-
cı ildir. Qarabağda “Cicimli seyidləri” adı ilə məşhur olan Ni-
garinin ailəsi XII əsrdə Xorasandan Qarabağa gəlmişlər. Seyid 
Nigari Həzrət Həsən nəslinə mənsub seyidlərdəndir.
1
 
Azərbaycanın müxtəlif yerlərində bir çox alimdən dərs 
alan Seyid Nigarinin düşüncə dünyasını formalaşdıran mürşi-
di Şeyx İsmayıl Şirvani (Kürdəmiri) olmuşdur. Nəqşibəndiliyin 
xalidiyyə qoluna mənsub olan bu sufi mürşid bütün Qafqaz-
da tolerantlığa əsaslanan ictimai strukturun formalaşmasında 
mühüm rol oynamışdır. Şirvani xalidiliyin qurucusu Mövlana 
Xalid Bağdadinin (v. 1242/1827) tələbəsi olmuş və birbaşa on-
dan təsəvvüf ənənəsi üzrə icazət almışdır. 
Şirvaninin məzhəblərarası  fərqliliyə münasibəti öz şey-
xin dən xeyli seçilmişdir. Belə ki, hər halda dövrün siyasi 
hadisələrinin də  təsirində qalmış Xalid Bağdadinin  şiə  məz-
həbinə qarşı münasibəti mənfi olmuşdur. Xüsusilə  təsəv vüf-
dəki rabitə mövzusunu müzakirə etdiyi “Risalə  fi  təhqiqir-
rabita (ﺔﻄﺑﺍﺮﻟﺍ ﻖﻴﻘﺤﺗ ﻲﻓ ﺔﻟﺎﺳﺭ)”
2
 adlı əsərinin sonunda şiələrə qarşı 
mənfi fikirlər səsləndirmişdir. Lakin Şeyx İsmayıl Şirvanidə bu 
münasibətin tam əksini görürük. Yetişdirdiyi tələbələr vasitəsilə 
Qafqazda nəqşibəndiliyi yayan bu şeyx
3
Azərbaycandakı  şiə-
sünni münasibətlərinin müsbət məcrada davam etməsində xü-
susi rol oynamışdır.
4
 Həmzə Nigari də Osmanlı torpağına köç-
müş,  Şeyx  İsmayıl  Şirvanidən bəhrələnmək üçün Amasyaya 
getmiş və ondan xilafətnamə aldıqdan sonra Azərbaycana qa-
yıtmışdır. Məzhəblərarası münasibətə baxışında müəllimindən 
də qabağa gedən Həmzə Nigari, xüsusən Qarabağ və Qazax-
1
 
 A. Azmi Bilgin, “Nigari”, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, c. 33, s. 85.
2
 
  Hamid Algar, “Halid el-Bağdadi”,Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi, 
c. 15, s. 285; Vahit Göktaş, “Mevlânâ Halid-i Bağdâdî’nin “Risaletü fî Tahkîki’r-
Rabıta” Adlı Eseri ve Rabıta ile İlgili Görüşleri”, Tasavvuf Yazıları, 2014, s. 345.
3
 
  Bax:  Itzchak Weismann, The Naqshbandiyya: Ortodoxy and activism in a 
worldwide Sufi tradition, London, 2007, s.106.
4
 
 Itzchak Weismann, eyni əsər, s. 107.


11
Azərbaycanda tolerantlıq ənənəsi
Borçalı bölgələrində  hər iki məzhəbin dəyərlərini birləşdirən 
bir təsəvvüf ənənəsinin əsasını qoymuşdur.
Həmzə Nigarinin təsəvvüfi  fikirlərini nəzmlə ifadə etdi-
yi divanına diqqət yetirdikdə, burada mövzumuzla bağlı bir 
neçə məqam diqqətimizi çəkir. Bunlardan biri Nigarinin özü nü 
müəyyən bir məzhəbin çərçivəsinə  həbs etməməsidir. Niga-
riyə görə,  İslam məzhəbindən asılı olmayaraq bütün mü səl-
manları birləşdirən dəyərdir. Məzhəb mənsubiyyəti dini mən-
subiyyətlə müqayisədə böyük əhəmiyyət kəsb etmir. Divanın-
dan götürülmüş aşağıdakı beyt Seyid Nigarinin bu görüşlərinin 
xülasəsidir:
Allahı, Məhəmmədi, Alı sevən dostanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çahar yarı istəriz zira ki, Mustafanın
Dostuna dost xəsmanına xəsmanız.
1
Tələbəsi Hacı Mahmud Əfəndi vasitəsilə Seyid Nigariyə 
aid edilən  Şahnigar Xanım Rəncur (1849-1899) da bu şeirdən 
ilham alaraq oxşar fikirlər səsləndirmişdir:
Nə şiə, sünniyəm purlaf,
Çahar yara könlüm saf,
Nə əhli-zülmə-biinsaf,
Nə mərdiyə inanam mən.
2
Yuxarıdakı beytdə  əslində Seyid Nigari düşüncəsinin 
bir neçə  əsas prinsipi öz əksini tapmışdır. Bunlardan biri də 
Əhli-beyt sevgisidir. Nigari bu sevgini bütün müsəlmanları 
birləşdirən dəyər kimi qəbul etmişdir. Divanında dəfələrlə 
bu mövzuya toxunmuş, Əhli-beyt sevgisini önə çəkərək onla-
1
 
 Həmzə Nigari, Divan-ı Seyyid Nigari, haz. A. Azmi Bilgin, İstanbul, 2003, s. 330.
2
  Məhəmməd Allahmanlı, Azərbaycanin Qərb Bölgəsinin Mənəvi Mədə niy yətin dən 
(tarixi-etnoqrafik tədqiqat) , Bakı, 2011, s. 113; Əlavə olaraq bax: Minəxanım Təkəli, 
Fəridə Əliyeva, “Nigari Aşiqi Şahnigar Xanım Təkəli”, Kara bağ`dan Amasyaya Gö-
nül Köprüsü- I. Uluslararası Hamza Nigari Sempozyumu, Amasya, 2012, s. 262.


12
rın əleyhdarlarına, xüsusən Əməvilərə qarşı mənfi münasibət 
bəsləmişdir. Hətta özü sünni-hənəfi olsa da, ənənəvi sünni 
dünyagörüşündən və  mənsub olduğu nəqşibəndi-xalidi təri-
qətindən fərqli olaraq ilk Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süf-
yana qarşı sərt ifadələr işlətmişdir. 
Seyid Nigarinin önə  çəkdiyi başqa bir prinsip dini kimli-
yin məzhəbi kimliyin fövqündə durmasıdır.  “Nə sünniyiz, nə 
şiə, biz xalis müsəlmanız” sözləri bu münasibətin düsturlaşmış 
for masıdır. Yaşadığı dövrdə İslam dünyasındakı dini vəziyyət 
baxımından bu ifadələr inqilabi xarakter daşıyırdı. Belə ki, XIX 
əsrdə  İslam dünyasındakı  məzhəb təəssübkeşliyi heç də orta 
əsrlərdən fərqlənmirdi. Qafqazda da vəziyyət bir o qədər fərqli 
deyildi. Bu baxımdan Nigarinin fikirləri etibarilə öz dövrünü 
qabaqladığını demək mümkündür.
Mir Həmzə Nigarinin üzərində durduğu digər prinsip bir 
məzhəbin müqəddəs qəbul etdiyi şəxslərə başqa məzhəblərin 
nümayəndələrinin də hörmət göstərməsidir. Bilindiyi kimi, 
Peyğəmbərin bəzi səhabələrinə, xüsusilə də ilk üç xəlifəyə qarşı 
şiə və sünnilərin münasibəti eyni deyildir. Sünnilər ilk üç xəlifəni 
sevib hörmət etdiyi halda, şiələr onlara daha çox tənqidi baxımın-
dan yanaşırlar. Şiə alimləri qarşı çıxsa da, xüsu sən orta əsrlərdə və 
Nigarinin yaşadığı dövrdə bu məzhəbə mən sub olan avam xalq 
arasında üç xəlifəyə qarşı ifrata varan ifadələrdən istifadə edilir-
di. Bu isə öz növbəsində iki məzhəb nümayəndələri arasında icti-
mai zəmində münasibətlərin korlanmasına səbəb olurdu. Həmzə 
Nigari “Çahar yarı istəriz ” deməklə Raşidi xəlifələrdən olan Əbu 
Bəkr ibn Quhafə, Ömər ibn əl-Xəttab, Osman ibn əl-Əffan və 
Əli ibn Əbu Talibə hörmət edilməsini və müxtəlif məzhəblərin 
müqəddəsatına qarşı ehtiram göstərilməsini istəmişdir. 
Seyid Nigarinin fikirləri “nigarilik” adı verilən nəqşibəndi-
lik içərisində yeni bir qolun yaranmasına səbəb olmuş, və-
fa tından sonra bu təriqət Qarabağ bölgəsi başda olmaqla 
Azərbaycanın bir çox yerində yayılmışdır. Xüsusilə Qaraba-


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə