Azərbaycanin baş naziRLƏRİ


DADAŞ XOCA OĞLU BÜNYADZADƏ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 
DADAŞ XOCA OĞLU BÜNYADZADƏ 
mart 1930 – oktyabr 1932 
 
Azərbaycanın azadlığı 
uğrunda, 
çarizmin müstəmləkəçilik siyasətinə qarşı 
ardıcıl mübarizə aparanlardan, siyasi və döv-
lət xadimlərindən biri də D.Bünyadzadə 
olmuşdur. 
Dadaş Xoca oğlu Bünyadzadə 1888-ci 
ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul 
kəndli ailəsində anadan olmuşdur. Hələ kiçik 
yaşlarından  əzab və  məhrumiyyətlərlə dolu 
olan kəndli həyatının acılığını duymuşdur. O, ilk təhsilini kənd 
məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar 
(azərbaycanlı) məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti 
D.Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, 
kiçik yaşlarından  əmək fəaliyyətinə başlamışdır. O, bir müddət 
Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 
1904-cü ildə H.Z.Tağıyevin toxuculuq fabrikində, 1905-
1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. 
O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi 
mübarizəsində  fəal iştirak etməyə başlamışdır. O, fəhləlik 
etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci 
ildə «Nicat» cəmiyyətinin açdığı cümə günləri kursunda oxu-
mağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) 
kursunu bitirmişdir. O, həyatının bu dövrü haqqında öz 
tərcümeyi-halında belə yazmışdı: «Səhərdən gündüz saat 3-dək 
mən çəkicvuran fəhlə sifətilə  işləyirdim, gündüz saat 4-dən 
axşam saat 7-dək axşam kursunda oxuyur, axşam 8-dən sonra 
isə axşam kursunda rus dilini öyrənirdim». 
Kursu bitirən D.Bünyadzadə  dəmirçi fəhlə  işləməklə 
yanaşı axşam kurslarında türk dilindən dərs verir, türk dilli 
qəzetlərlə əməkdaşlıq edirdi. O, İranda şah zülmünə qarşı çıxmış 
inqilabçılara kömək etmək üçün 1908-1909-cu illərdə partiya 
 
53


 
təşkilatının tapşırığı ilə «Yeni həyat» qəzetinin müxbiri kimi bu 
ölkədə fəaliyyət göstərmişdir. 
1909-cu ildə D.Bünyadzadə  İrandan qayıtsa da, Bakıya 
gələ bilmir, onu Tiflisdə həbs edirlər. Tiflis polisi D.Bünyadza-
dəni təsadüfən həbs etməmişdi. Çünki, onun İrandakı inqilabi 
fəaliyyəti jandarm idarəsinə  məlum idi. D.Bünyadzadə  həbs 
edilməsi haqqında sonralar yazmışdı: «1909-cu ildə Tiflis jan-
darm polkovniki qarşısında bir cavan inqilabçı sosial-demokrat 
sifətilə durarkən, polkovnik məndən yoldaşlarımı  və onların 
adlarını söyləməyi soruşdu. O, məni bir neçə dəfə öz hüzuruna 
apartdırıb gətirəndən sonra mənə dedi: «Hər nə istəsən verərik, 
söylə görək siz nə istəyirsiniz və yoldaşlarınız haradadır?» 
Mən hətta fikir etməyərək sakitcə, lakin dərhal polkovnikə 
dedim: «Cənab polkovnik, mənim istəyim odur ki, bir də sizin 
üzünüzü görməyim». Polkovnik qəzəbləndi və  həbsxanaya 
göndərməyimi əmr etdi». 
D.Bünyadzadə üç ay keçdikdən sonra həbsxanadan azad 
olub Bakıya gəlir. 
1909-1911-ci illərdə D.Bünyadzadə müxtəlif qəzetlərdə 
işləmiş  və «Bakı  həyatı» qəzetini redaktə etmişdir. O, 1911-ci 
ilin axırlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs 
olunub Türküstana sürgün edilir. 1912-ci ildə sürgün vaxtı 
amnistiyaya düşən D.Bünyadzadə Bakıya qayıdır. Lakin Bakıda 
ondan qəzetlərdə  işləməmək haqqında dilindən kağız alınır. 
1912-1916-cı illərdə Bakı daş karxanalarının birində  işləsə  də, 
qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirir. Eyni zamanda 
fəhlə kooperativləri və «Şəfa» cəmiyyəti təşkil etmişdir. 
1917-ci il Fevral inqilabından sonra D.Bünyadzadə tama-
milə Hümmət partiyasına işləməyə keçir. O, N.Nərimanovun 
sədrlik etdiyi Hümmət təşkilatının katibi seçilmiş  və eyni 
zamanda Bakı Sovetinin üzvü, Bakı  qəzası üzrə müvəkkil və 
ərzaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə 
Bakı  zəhmətkeşlərinin arasında inqilabi təbliğat və  təşviqatla 
yanaşı,  şəhərin taxıl və başqa  ərzaq məhsulları ilə  təmin olun-
ması işində ciddi tədbirlər görmüşdür. 
 
54


 
D.Bünyadzadə 1917-ci ilin dekabrında Bakıda keçirilən 
Qafqaz sosialistlərinin qurultayı nümayəndələrinə müraciət 
edərək «Hümmət» qəzetində yazmışdı: «Bu gün qurultayda 
iştirak edən sosialist yoldaşlara üz çevirib cəsarətlə deyirəm: bu 
gün bizə təşkilat lazımdır. Bizə vahid bir qüvvət lazımdır ki, üç 
yüz illik romanovlar taxt-tacını parçalayan kimi, mənhus bur-
juaziya planı da cəmaətin boğazından açılsın, torpaqlar 
kəndlilərə verilsin, hökumət, fəhlə,  əsgər və  kəndlilər  əlinə 
keçsin». 
1918-ci ilin iyulunda Bakıda sovet hakimiyyəti yıxıldıq-
dan sonra D.Bünyadzadə bir sıra inqilabçılarla birlikdə 
Həştərxana gedir. O, Həştərxan quberniya komitəsinin tatar 
vilayət komitəsinin, Müsəlman Komissarlığının üzvü, mətbuat 
komissarı olmuş və tatar dilində «Tartış» («Mübarizə») qəzetini 
redaktə etmişdir. D.Bünyadzadə bu zaman Həştərxanda təşkil 
edilmiş Zaqafqaziya müsəlmanları  işləri komissarlığının sədri 
olmuşdur. 
1918-ci ilin payızında Moskvaya çağırılan D.Bünyadzadə 
mərkəzə Azərbaycan haqqında məlumat verir. 1918-ci il noy-
abrında Moskvada Ümumrusiya müsəlman kommunistləri qu-
rultayı çağırılmışdır. Qurultayda Moskva, Petroqrad, Nijni-
Novqorod, Penza, Saratov, Samara, Həştərxan və s. yerlərdən 46 
nümayəndə, həmçinin Azərbaycandan D.Bünyadzadə  və 
B.Sərdarov iştirak etmişdir. Qurultayda D.Bünyadzadə iki dəfə 
məruzə etmişdir: 1) Şərqdə inqilab haqqında; 2) Azərbaycanda 
siyasi vəziyyət. O, bu məruzələrdə  Şərqdə, o cümlədən 
Azərbaycanda beynəlxalq vəziyyət haqqında qurultay 
nümayəndələrinə geniş  məlumat vermişdir. Qurultayın 
D.Bünyadzadənin məruzəsi üzrə  qəbul etdiyi qətnamədə 
göstərilir: «Beynəlxalq siyasətlə RK(b)P müsəlman təşkilatları 
MK ilə eyni taktikaya əməl edir». Şərq xalqları arasında 
təşviqat-təbliğat işini gücləndirmək məqsədilə qurultay bey-
nəlxalq təbliğat  şöbəsi təşkil etməyi məqsədəuyğun saydı. Qu-
rultay RK(b)P Müsəlman Təşkilatlarının Mərkəzi Bürosunu 
seçdi. D.Bünyadzadə büro üzvlüyünə namizəd seçildi. 
 
55


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə