Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 
neft yataqlarını  işə salaraq, qazmanın sürətini artıraraq və yeni 
texnikanı  tətbiq edərək, keçən il neft çıxarılması  və emalı 
haqqında… üzərlərinə götürdükləri təəhhüdləri  şərəflə yerinə 
yetirmişdilər… Azərbaycan… dövlətə pambıq…, taxıl təhvili 
planı… çəltik, kartof, barama və başqa kənd təsərrüfatı 
məhsulları  tədarükü planlarını artıqlaması ilə ödəmişdir». Sadə 
kəndli oğlu, xalq müəllimi olmuş T.Quliyev şanlı bir həyat yolu, 
keçərək görkəmli dövlət xadimi vəzifəsinə kimi yüksəlmişdir. 
T.Quliyev 1954-1965-ci illərdə  Gəncə  şəhərinə tabe olan 
sovxozların birinin direktoru olmuş  və  təsərrüfatın geriliyinin 
aradan qaldırılmasında, fəhlələrin maddi rifah halının yaxşılaş-
dırılması işində xeyli əmək sərf etmişdir. 
O, 1937-ci ildən sovet, partiya plenumlarında, konfrans və 
qurultaylarda, sessiyalarda iştirak etmiş, dəfələrlə Azərbaycan 
KP MK-ya, bürosuna üzvlüyə namizəd və üzvü olmuş, 
Azərbaycan, SSRİ Ali sovetlərinin deputatı, rəyasət heyətlərinin 
üzvü seçilmişdir. 
T.Quliyev 3 dəfə Lenin ordeni, 1-ci dərəcəli Vətən 
müharibəsi ordeni, Azərbaycan SSR Qırmızı  Əmək Bayrağı 
ordeni və medallarla təltif olunmuşdur. 
O, 1965-ci il noyabrın 18-də Bakı şəhərində vəfat etmişdir. 
 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.43, iş 95; siy.88, iş 246; 
siy.122, iş 134. 
- «Kommunist» qəz., 1937, 14 noyabr, №262; №24, 1946, 
2 fevral, №24; 1950, 3 mart, №44. 
- SSRİ Ali Sovetinin iclasları (ikinci sessiya). 6-12 mart 
1951-ci il. Stenoqrafik hesabat. M., 1951. 
 
 
80


 
SADIQ HACIYARƏLİ OĞLU RƏHİMOV 
fevral 1954 – iyul 1958 
 
Azərbaycanın dövlət xadimlərindən 
biri də S.Rəhimov olmuşdur. Sadıq 
Hacıyarəli oğlu Rəhimov 1914-cü il senty-
abrın 27-də Bakının  ən qocaman və  zəngin 
neft rayonu olmuş Balaxanı  kəndində neftçi 
fəhlə ailəsində anadan olmuşdur. Onun atası 
Yarəli Balaxanıda neft mədənlərində 
əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı  və 
qazma ustası olmuşdur. 
Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adam-
larından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Bal-
axanıda yeni açılmış  kənd 7 illik məktəbinə oxumağa qoyur. 
Məktəbdə böyük həvəslə oxuyan S.Rəhimov 1929-cu ildə Bal-
axanı  kənd məktəbini bitirmiş  və Bakı neft texnikumuna daxil 
olmuşdur. 
1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S.Rəhi-
mov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində  əmək 
fəaliyyətinə başlamışdır. 
S.Rəhimov 1932-1936-cı illərdə Azərbaycan Yüngül 
Sənaye komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində  əvvəl 
texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. 
Elmə, təhsilə, savadını artırmağa daima can atan S.Rəhi-
mov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye 
İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. O, 1936-
cı ildə diplom işini yazmaq və buraxılış imtahanlarını 
müvəffəqiyyətlə başa çatdırmaq məqsədi ilə müvəqqəti olaraq 
işdən çıxır. 
1937-ci ildə diplom işini  əla qiymətlə müdafiə etmiş 
S.Rəhimov yenə  də 2 saylı Bakı ayaqqabı fabrikinə diplomlu 
mühəndis kimi baş mexanikin müavini vəzifəsinə göndərilir. 
S.Rəhimov 1937-1938-ci illərdə 2 saylı Bakı ayaqqabı 
fabrikində baş mexanikin müavini, 1938-1939-cu illərdə baş 
 
81


 
mexanik, 1939-cu ildə isə həmin fabrikin direktoru vəzifələrində 
çalışmışdır. Zavodda pillə-pillə yüksələn S.Rəhimov 
məhsulların keyfiyyətini yüksəltmək üçün fabrikə yeni texni-
kanın gətirilməsi, məhsulun maya dəyərinin aşağı salınması, 
fəhlələrin  əmək haqqının yüksəldilməsi, maddi rifahlarının 
yaxşılaşdırılması, fabrikin respublikanın qabaqcıl 
müəssisələrindən birinə çevrilməsi sahəsində xeyli iş görmüş-
dür. 
S.Rəhimovun rəhbər kadr kimi inkişaf etdiyini görən re-
spublika hökuməti 1939-cu ildə onu Moskvaya Ali Partiya 
məktəbinə oxumağa göndərir. O, 1941-ci ildə Böyük Vətən 
müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyub 
cəbhəyə gedir. 
1941-1942-ci illərdə S.Rəhimov sovet ordusunun Qərb 
cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin 
rəisi olmuş, Moskva, Smolenski ətrafında gedən döyüşlərdə fəal 
iştirak etmiş, Vyazma şəhəri yaxınlığındakı vuruşlarda yaralan-
mış və arxaya göndərilmişdir. 
Ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilən 
S.Rəhimov Bakıya qayıdır və Azərbaycan toxuculuq sənayesi 
nazirinin müavini təyin olunur. O, 1942-1946-cı illərdə bu 
vəzifədə, 1946-1949-cu illərdə isə Azərbaycan SSR toxuculuq 
sənayesi naziri vəzifəsində çalışmışdır. 1949-cu illərdə respub-
likada bir sıra nazirliklər ləğv edilmiş, bəziləri birləşdirilmişdir. 
Bu zaman Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye 
Nazirliyi birləşmiş və S.Rəhimov Azərbaycan SSR yüngül sənaye 
naziri vəzifəsinə  təyin edilmişdir. O, bu vəzifədə 1949-1952-ci 
illərdə  işləmişdir. S.Rəhimov respublikanın bu məsul və-
zifələrində çalışdığı zaman köhnə toxuculuq dəzgahlarının təmiri, 
toxuculuq kombinatlarında işləyən köhnə dəzgahların yeniləri ilə 
əvəz olunması, Kirovabad mahud fabrikinin avadanlığının bərpa 
olunması  və yeni məhsul istehsal etməsi sahəsində xeyli iş gör-
müşdür. Onun yorulmaz səyi nəticəsində nazirliyin müəssisələri 
dövlət tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişlər. 
 
82


 
1952-ci ildə Azərbaycan iki vilayətə: Bakı və Gəncə vila-
yətlərinə bölündü. 1952-ci ilin aprelində Azərbaycan SSR Ali 
Soveti rəyasət heyətinin qərarı ilə  Gəncə Vilayət  İcraiyyə 
Komitəsinin sədri vəzifəsinə S.Rəhimov təyin olunur. O, bu 
vəzifədə 1952-1953-cü illərdə işləmişdir. Lakin vilayət quruluşu 
Azərbaycanda çox fəaliyyət göstərməmiş və bir ildən sonra ləğv 
edilmişdir. 
S.Rəhimov Gəncə vilayəti ləğv edildikdən sonra Bakıya 
qayıtmış, Azərbaycan SSR kommunal təsərrüfatı  və mülki ti-
kinti naziri, sonra isə çox işlənən sənaye malları naziri olmuş və 
1953-1954-cü illərdə bu vəzifələrdə çalışmışdır. 
Azərbaycanda özünü respublika yüngül sənayesinin ba-
carıqlı təşkilatçısı, özünə və tabeliyində olan işçilərə tələbkar və 
həssas bir rəhbər işçi kimi göstərmiş S.Rəhimov 1954-1958-ci 
illərdə Azərbaycan SSR Nazirlər Sovetinə  sədrlik etmişdir. O, 
respublikanın bu ali vəzifəsində Azərbaycan sənayesinin, kənd 
təsərrüfatının, mədəniyyətinin inkişafı, tərəqqisi yolunda var 
qüvvəsi ilə çalışmışdır. S.Rəhmanov 1955-ci il dekabrın 26-29-da 
fəaliyyət gösərmiş SSRİ Ali Sovetinin dördüncü sessiyasının 
birinci iclasında çıxış edərək Azərbaycanın  əldə etdiyi 
nailiyyətlərdən danışaraq demişdir: «Azərbaycan xalqı… bütün 
sovet adamları ilə birlikdə  fədakarcasına çalışır. Azərbaycan 
zəhmətkeşləri… elm və texnikanın yeni nailiyyətlərindən istifadə 
edilməsi, istehsalın təşkilinin yaxşılaşdırılması  əsasında neft və 
qaz hasilatını daha da artırmaq, neft məhsulları istehsalını artır-
maq və  təkmilləşdirmək uğrunda sosializm yarışını daha da 
genişləndirmişlər… Respublikanın neftçiləri 11 aylıq tapşırığın 
öhdəsindən müvəffəqiyyətlə gəlmiş, plandan əlavə neft çıxarmaq 
və emal etmək, … məhsulun maya dəyərini aşağı salmaq 
haqqında… öhdəliklərini vaxtından əvvəl yerinə yetirmişlər». O, 
öz çıxışında xalq təsərrüfatının müxtəlif sahələrində  əldə edilən 
müvəffəqiyyətlərlə yanaşı nöqsanlardan da söhbət açmış  və bu 
özünü  əsasən sənaye, elm və  təhsil müəssisələri tikintisində 
göstərdiyini qeyd edərək demişdir: «Mən ali məktəblərimizin 
binalarla nə  dərəcədə  təmin olunması  məsələsi üzərində dayan-
 
83


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə