Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

 
rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və 
onların  əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını 
Azərbaycan ərazisində yaşayırlar». 
1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu 
olmuş və plenumda bir sıra məsələlərlə yanaşı təşkilati məsələyə 
də baxılmışdır. Plenum M.Bağırovu Azərbaycan KP MK birinci 
katibi vəzifəsindən azad etmiş  və Azərbaycan SSR Nazirlər 
Sovetinin sədri təsdiq etmişdir. Lakin dövlətə xain çıxmış 
L.Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M.Bağırova da 
münasibət dəyişmişdir. 
1953-cü il iyulun 12-13-də Azərbaycan KP MK və Bakı 
Komitəsinin birləşmiş VI plenumu olmuşdur. VI plenumda 
L.Beriya və M.Bağırovun məsələsi geniş müzakirə olunmuşdur. 
Plenumun M.Bağırov haqqında qərarında yazılır: 
«Beriya ilə  əlaqədar yol. M.C.Bağırovun partiyaçıya 
yaraşmayan hərəkətlərini qəbul etmək və pisləmək. 
Beriya işi ilə  əlaqədar partiyaçıya yaraşmayan 
hərəkətlərinə, partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində 
böyük siyasi səhvlər buraxdığına görə M.Bağırovu Azərbaycan 
SSR Nazirlər Soveti sədri vəzifəsindən götürmək və onu 
Azərbaycan KP MK bürosunun tərkibindən çıxartmaq». 
M.Bağırov 1953-1955-ci illərdə Kuybuşev neft idarəsi 
rəisinin müavini vəzifəsində çalışmışdır. 1955-ci ildə  həbsə 
alınıb, istintaqa cəlb olunmuş, məhkəmənin hökmü ilə  ən ağır 
cəzaya güllələnməyə  məhkum edilmiş  və rəsmi məlumata görə 
hökm yerinə yetirilmişdir. M.Bağırovun bağışlanmaq haqqında 
sovet rəhbərliyinə müraciətləri rədd edilmişdir. Lakin Sov.İKP 
MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, 
beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə 
bu qərarın icrası iki il dayandırılmışdır. Bununla belə, 
Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı 
bildirilmişdir. 1980-ci illərdə xarici mətbuat və radioların yay-
dıqları  məlumatlara görə Sibirdə  həbsxanaların birində  vəfat 
etmişdir. 
 
69


 
M.Bağırov dəfələrlə Sov.İKP MK, ZKÖK MK, 
Azərbaycan KP MK və bürolarının üzvü, plenumlarının, kon-
franslarının, qurultaylarının nümayəndəsi, SSRİ, ZSFSR və 
Azərbaycan MİK və Ali Sovetlərinin üzvü, qurultay və sessiya-
larının deputatı seçilmişdir. 
O, Azərbaycan sənayesinin tərəqqisində, kənd 
təsərrüfatının inkişafında və mədəniyyətinin yüksəlməsində əldə 
etdiyi nailiyyətlərə görə hökumət tərəfindən 5 dəfə Lenin ordeni, 
2 dəfə  Qırmızı bayraq, 1 dərəcəli Vətən Müharibəsi, Qırmızı 
Əmək Bayrağı, Azərbaycan Qırmızı Əmək Bayrağı ordenləri və 
müxtəlif medallarla təltif edilmişdir. 
 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74, iş 129, 130; 134; 135; 335; 
siy.169, iş 249; siy.277, iş 17, 21; siy.405, iş 3188. 
- Bolğşaə Sovetskaə Gnüiklopediə. Vtoroe izdanie. M., 
1950. 
- «Kommunist» qəz., 1946, 25 yanvar, №19; 3 fevral, 
№25; 1950, 1 mart, №43. 
- «Həftə» qəz., 1998, 19 iyun – 10 avqust. 
- Qasımov M. Malenkovun Bağırova məktubu // «Qanun» 
jurnalı, 1998, №13-14, s.11-13. 
- Gürcüstan Respublikası Dövlət  Ən yeni tarix Arxivi, 
f.607, siy.2, iş 282. 
- Rossiyskiy Qosudarstvennıy Arxiv Soüialğno-Poli-
tiçeskoy İstorii (RQASPİ), f.3, op.8, d.388, l.16-18; op.10, d.70, 
l.2; op.10, d.207, l.2; op.12, d.1004, l.37-42
a-b
; op.14, d.23, l.3; 
op.14, d.24, l.17; op.14, d.25, l.96-98. 
- Qasanlı Dj. Öjnıy Azerbaydjan: naçalo xolodnoy voynı, 
Baku, 2003. 
- İsmailov G. Vlastğ i narod, Baku, 2003. 
 
70


 
HÜSEYN PAŞA OĞLU RƏHMANOV 
dekabr 1933 – oktyabr 1937 
 
H.Rəhmanov Azərbaycanın siyasi və 
dövlət xadimləri cərgəsində layiqli yerlərdən 
birini tutan şəxslərdəndir. 
Hüseyn Paşa oğlu Rəhmanov 1902-ci 
ilin dekabrında Bakıda dənizçi ailəsində 
anadan olmuşdur. O, ilk təhsilini rus-tatar 
(Azərbaycan) məktəbində almış, 1918-ci ildə 
isə I Bakı kişi gimnaziyasında oxumuşdur. 
Gənc H.Rəhmanov ailələrinin böyük ehtiyac 
içərisində yaşadığını nəzərə alaraq yay tətillərində işləyib təhsil 
haqqını ödəmək üçün pul yığıb təhsilini davam etdirmişdir. 
H.Rəhmanov  əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan 
Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyində kuryer kimi ba-
şlamışdır. 
1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq 
komitəsinin evlər idarəsinin təşkilində çalışan H.Rəhmanov 
könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi 
məktəbə oxumağa göndərilir. 
H.Rəhmanov 1920-1921-ci illərdə Azərbaycan hərbi 
məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, 
Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə  iştirak 
etmişdir. 
1921-1924-cü illərdə o, Maştağa və  Şəhər rayon komso-
mol komitələrinin təşkilat  şöbəsinin müdiri, Balaxanı-Sabunçu 
rayon komsomol komitəsinin katibi, Bakı  şəhər komsomol 
komitəsinin təbliğat-təşviqat  şöbəsi müdirinin müavini 
işləmişdir. O, məsul komsomol vəzifələrində çalışarkən 
Azərbaycan gənclərinin hərtərəfli inkişafına xeyli əmək sərf 
etmiş  və komsomol təşkilatlarının yaradıcılarından biri kimi 
fəaliyyət göstərmişdir. 
 
71


 
1924-1926-cı illərdə H.Rəhmanov Azərbaycan Kommu-
nist Gənclər  İttifaqı  Mərkəzi Komitəsinin birinci katibi 
vəzifəsində çalışmışdır. Bu dövrdə Azərbaycan gəncləri H.Rəh-
manovun rəhbərliyi ilə xalq təsərrüfatının bərpası  və  tərəqqisi, 
fəhlə  gənclərin istehsalata cəlb olunması, iqtisadi vəziyyətin 
yaxşılaşdırılması, komsomol sıralarına proletar və yoxsul-
muzdur kəndli övladlarının cəlb olunması, savadsızlığın ləğvi, 
gənclərin siyasi və  mədəni səviyyələrinin yüksəlməsi uğrunda 
mübarizədə fəal iştirak etmişlər. O, eyni zamanda respublikanın 
dövlət, təsərrüfat və  mədəni quruculuğu sahələri üçün komso-
molçu kadrların hazırlanmasına da fikir vermişdir. 
H.Rəhmanov iki ilə yaxın – 1926-1929-cu illərdə Zaqaf-
qaziyada Ölkə Komsomol Komitəsinin birinci katibi olmuşdur. 
O, Zaqafqaziya komsomolçularının və  zəhmətkeş  gənclərinin 
ölkədə  sənayeləşdirmənin başa çatdırılması  və  kənd 
təsərrüfatının kollektivləşdirilməsi işinə  cəlb edilməsində, 
nəzəri-siyasi biliklərinin yüksəldilməsində, millətçiliyin hər cür 
təzahürlərinə qarşı mübarizə aparmalarında, beynəlmiləlçilik 
ruhunda tərbiyələnmələrində yaxından iştirak etmişdir. 1927-ci 
ilin mayında Tiflisdə Zaqafqaziya komsomol təşkilatlarının 
ikinci konfransı olmuşdur. Konfransdakı çıxışında H.Rəhmanov 
demişdir: «Harada olursa-olsun, istər bizim ittifaqın sıralarında, 
istərsə  də  kənarda millətçiliyin hətta çalarlarının və 
təzahürlərinin meydana çıxmasına qarşı amansız və  şiddətli 
mübarizə aparmaq bizim borcumuzdur…». 
1928-ci il mayın 17-də Moskvada ÜİLKGİ  Mərkəzi 
Komitəsinin plenumu çağırılmışdır. Plenum H.Rəhmanovu 
ÜİLKGİ MK bürosunun üzvü və 4 katibindən biri seçmişdir. Bir 
ildən sonra – yəni 1929-cu ilin aprelində isə o, ÜİLKGİ MK 
ikinci katibi təsdiq edilmişdir. O, bu məsul işdə komsomol 
işlərinə həsr edilmiş kitab və broşuraların çapına rəhbərlik etmiş, 
komsomolçuların ali məktəblərə oxumağa göndərilmələrinin 
təşkilatçısı, «İnternasional molodyoji» jurnalı redaksiya 
 
72


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə