Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

 
heyətinin üzvü olmuş, komsomol MK tapşırığı ilə xaricdə 
işləyən yoldaşlarla daima əlaqə saxlamış və s. işlər görmüşdür. 
H.Rəhmanov komsomol MK-sının katibi işləyərkən 
dəfələrlə ölkənin müxtəlif rayonlarına getmiş, yerli komsomol 
təşkilatının işləri ilə tanış olmuş, onlara böyük təşkilatçılıq 
köməkliyi göstərmiş, kəndlərdə gedən sinfi mübarizədə komso-
molçulara və  gənclərə yaxından rəhbərlik etmiş  və onları an-
tisovet qüvvələrə qarşı daim sayıq olmağa çağırmışdır. 
1929-1930-cu illərdə H.Rəhmanov Azərbaycan KP MK-
nın üçüncü katibi vəzifəsini aparmışdır. Bu zaman o
Azərbaycanda  əksinqilabi çıxışların – Şamxor ruhanilərinin 
«Şamxor imamı», Qarabağ üsyanlarının yatırılmasında, qrup-
bazlıq işinin ləğvində yaxından iştirak etmişdir. 
H.Rəhmanov 1930-1933-cü illərdə Qazaxıstan Həmkarlar 
İttifaqında, Moskvada ÜİMHİS-da müxtəlif vəzifələrdə çalışmış 
və Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. 
O, 1933-cü ilin aprelində Bakıya göndərilmiş  və burada 
Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, 
dekabrında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 
sədri vəzifəsinə irəli çəkilmişdir. H.Rəhmanov bu ali vəzifədə 
ömrünün axırına – 1937-ci ilin sonuna qədər var qüvvəsi ilə 
çalışmışdır. O, bu vəzifədə çalışarkən bütün təşkilatçılıq bacarıq 
və qabiliyyətini, var qüvvəsini respublikada sənayenin daha da 
tərəqqi etməsinə, kollektivləşdirmə  hərəkatının genişlənməsinə, 
yeni-yeni kolxoz və sovxozların təşkilinə, onların traktor, kom-
bayn və başqa kənd təsərrüfatı texnikası ilə  təmin olunmasına 
həsr etmişdir. Onu tez-tez mədənlərdə, zavodlarda, fabriklərdə 
fəhlələr arasında, kolxoz və sovxozlarda kəndlilər arasında, 
fəhlə yataqxanalarında, ali məktəblərdə  tələbələr arasında 
görmək olardı. H.Rəhmanov fəhlə, kəndli və tələbələr qarşısında 
çıxış edərək onları əzmlə işləməyə ruhlandırardı. 
Bu onun bir sıra kütləvi və siyasi tədbirlərdə etdiyi aşağı-
dakı  çıxışlarından aydın görünür: 1935-ci ilin axırlarında 
Azərbaycanda respublikanın təşkil edilməsinin 15 illiyi geniş 
 
73


 
qeyd edilirdi. Bu işlərin təşkilində H.Rəhmanov bilavasitə  işti-
rak edirdi. 1935-ci il dekabrın 30-da Bakıda Azərbaycan MİK-
nin Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 15 illiyinə 
həsr edilmiş yubiley sessiyası çağırılmışdır. Sessiyada 
Azərbaycan SSR XKS sədri H.Rəhmanov Azərbaycan SSR-in 
15 illik yubileyi haqqında geniş  məruzə etmişdir. O, məruzədə 
Azərbaycanın keçdiyi inkişaf yolunu zəngin fakt və misallarla 
işıqlandıraraq demişdir: «Bu illər  ərzində biz neft hasilatını 19 
milyon tona qədər yüksəltmiş, neft sənayesini ən yeni texnika ilə 
silahlandırmışıq… milli siyasəti möhkəm həyata keçirməklə, 
yarımfeodal Azərbaycanı sənaye ölkəsinə çevirmişik. 
Azərbaycaın  əməkçi kəndliləri kollektivləşmə yolunda 
möhkəm durmuşdur». 
1936-cı il noyabrın 17-də Azərbaycan fövqəladə IX 
sovetlər qurultayı  işə başlamış, SSRİ fövqəladə VIII sovetlər 
qurultayına nümayəndələr seçərək işini dayandırmışdır. Qurul-
taya seçilən nümayəndələrdən biri də H.Rəhmanov olmuşdur. 
Azərbaycan fövqəladə qurultayı öz işinə yenidən 1937-ci il 
martın 10-da başlamışdır. Bu iclasda H.Rəhmanov «Azərbaycan 
Sovet Sosialist Respublikası Konstitusiyası layihəsi haqqında» 
məruzə etmişdir. O, məruzəsində Azərbaycanın hərtərəfli inkişaf 
etməsindən söz açaraq demişdir: «Sovet Azərbaycanına miras 
olaraq imperialist müharibəsi, … interventlərin ağalığı 
nəticəsində dağılmış bir təsərrüfat qalmışdı… 
Sovet hakimiyyəti illərində Azərbaycanın xalq təsərrüfatı 
sosializm yolu ilə inkişaf edərək, ölçüyə  gəlməz dərəcədə art-
mışdır. Bakı  fəhlələri və sovet Azərbaycanı  əkinçiləri… 
sənayeləşdirmə siyasətini həyata keçirərək Azərbaycanı feodal-
izmin hökm sürdüyü ölkədən sənaye-aqrar… ölkəsinə 
çevirməyə müvəffəq olmuşdur». Azərbaycanın yeni konstitusi-
yasının xalqa verdiyi azadlıqlardan, qarşıda duran vəzifələrdən, 
hüquq və vəzifələrindən, azlıqda qalan millətlərin gələcək inkiş-
afından və qarşıda duran və s. vəzifələrdən  ətraflı danışaraq 
demişdir: «Sovet Azərbaycanının çoxmillətli olması əsas tutulur, 
 
74


 
respublikamızın ali hakimiyyət orqanlarının bütün qanunları, 
qərarları… respublikada yaşayan  əsas millətlərin dilində elan 
etməyə  məcbur olur və bütün vətəndaşlar üçün məhkəmə öz 
dilində çıxışda bulunmaq hüququnu təmin edir… 
Konstitusiya layihəsində… Azərbaycan SSR vətəndaşları 
qanun tərəfindən söz azadlığı, mətbuat azadlığı, yığıncaq və mi-
tinqlər azadlığı, küçə yürüşləri və nümayiş azadlıqları təmin edi-
lir». 
H.Rəhmanov 1924-cü ildən başlayaraq Azərbaycanın ali 
orqanlarının üzvü olmuşdur: AKGİ-nin, AK(b)P MK və BK 
üzvlüyə namizəd və üzvü, Azərbaycan MİK, Zaqafqaziya MİK 
və SSR MİK tərkibinə seçilmiş, plenumun, konfrans, qurultay 
və sessiyaların nümayəndəsi və deputatı olmuşdur. 
1935-ci ildə Azərbaycan SSR-nin 15 illiyi qeyd edilən 
günlərdə respublikanın iqtisadi və  mədəniyyət sahəsində  əldə 
etdiyi müvəffəqiyyətlərdə böyük xidmətlərinə görə H.Rəhma-
nov Lenin ordeninə layiq görülmüşlür. 
H.Rəhmanov repressiyaya məruz qalmış  və 1938-ci ildə 
həbs olunub güllələnmişdir. 
 
* * * 
 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.8, iş 4709, siy.74, iş 335. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.VIII. Bakı, 1984. 
- Azərbaycan komsomolu. Bakı, 1969. 
- «Bakinskiy raboçiy» qəz., 1969, 12 may, №6. 
- «Kommunist» qəz., 1935, 30 dekabr, №301;  1937,          
14 mart, №61. 
- Rezolöüii i postanovleniə scezdov Sovetov Azerbaydjan-
skoy SSR (1921-1937 qq.). Baku, 1961. 
 
 
 
75


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə