Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
AK(b)P MK-nın tapşırığı ilə 20-ci illərdə Azərbaycanın bir sıra 
rayonlarında fövqəladə vəziyyət yarandığı zaman həmin yerlərə 
göndərilən komissiyalara başçılıq etmiş  və MK-ya məlumatlar 
vermişdir. Onlardan «Cavanşir qəzasında vəziyyət haqqında», 
«Qarabağ  qəzasında vəziyyət haqqında», «Dağlıq Qarabağ 
Muxtar Vilayətinin vəziyyəti haqqında», «Dəmiryolu haqqında» 
və s. göstərmək olar. 
1927-1928-ci illərdə Tiflis şəhərinə göndərilən M.Bağırov 
orada Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928-1929-cu illərdə 
isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində ça-
lışmışdır. O, burada da özünün bacarıqlı bir təşkilatçı olduğunu 
göstərmişdir. 
Azərbaycan kəndlərində kollektiv təsərrüfatların yaradıl-
ması ilə  əlaqədar olaraq antisovet hərəkatı artmağa başlamışdı. 
Onlar yeni yaranmaqda olan kolxoz və sovxozlara böyük zi-
yanlar vurur, kənd fəallarını öldürürdülər. Belə bir vəziyyət 
yarandıqda M.Bağırov yenidən Bakıya çağırılır və 1929-cu ilin 
sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin 
edilir. O, bu vəzifədə 1930-cu ilin sentyabrına kimi çalışmış və 
antisovet qüvvələrə qarşı amansız mübarizəyə başçılıq etmişdir. 
ÜİK(b)P MK qərarı ilə M.Bağırov 1930-cu ilin sentyab-
rında Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kur-
sunda oxumağa göndərilir. O, 1932-ci ilin fevralında kursu 
müvəffəqiyyətlə bitirmiş  və  ÜİK(b)P MK aparatında məsul 
təlimatçı təyin edilmişdir. 
M.Bağırov 1932-ci ilin axırlarında yenidən Bakıya 
göndərilir və 1932-1933-cü illərdə Azərbaycan SSR Xalq Ko-
missarları Sovetinə sədr təyin olunur. 
1933-cü il dekabrın 10-da Azərbaycan KP MK və Bakı 
Komitəsinin birləşmiş büro iclası olmuşdur. Büroda başqa məsə-
lələrlə yanaşı təşkilat məsələsinə də baxılmışdır. Təşkilat məsələsi 
haqqında qərarda göstərilir: «Mircəfər Bağırov yol. Azərbaycan 
K(b)P MK və BK birinci katibi təsdiq edilsin, onu ASSR Xalq 
Komissarları Soveti sədri vəzifəsindən azad etmək». 
 
63


 
M.Bağırovun fəaliyyətində 1937-1938-ci illər qara ləkə 
kimi iz buraxmışdır. Çünki bu illərdə Azərbaycanın minlərlə 
millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. 
həbs edilmiş  və güllələnmişdir. Bu repressiya təkcə onun deyil
həmin dövrdə SSRİ  məkanında partiya, sovet və s. təşkilatlarda 
çalışanlaın əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır. Bu 
işdə M.Bağırovun günahı olsa da, o, partiya əsgəri kimi Ümumit-
tifaq KP MK və SSRİ hökumətinin göstərişlərini, tələblərini 
yerinə yetirmişdir. Çünki o dövrdə «vətən xainləri», «ək-
sinqilabçıları», «xariclə  əlaqələri olanları» tapıb üzə  çıxarmaq 
müttəfiq respublikalarda adi hal olmuş və plana çevrilmişdi.  
1933-1953-cü illərdə M.Bağırov Azərbaycan Kommunist 
Partiyası MK və BK-nın birinci katibi vəzifəsini daşımışdır. O, 
bu məsul vəzifədə Azərbaycanın hərtərəfli inkişafına var 
qüvvəsi ilə çalışmışdır: 
Sənaye sahəsində M.Bağırovun bu dövrdəki fəaliyyəti 
nəticəsində Bakı neft sənayesinin hərtərəfli inkişafı ilə yanaşı, 
başqa sənaye sahələri də inkişaf etmiş, yeni-yeni fabrik və 
zavodların (Bakı Neftayırma zavodu, Bakı Elektrik maşınqay-
ırma zavodu, Bakı Soyuducu kombinatı, Bakı biskvit fabriki, 
Qaradağ sement zavodu, Gəncə toxuculuq kombinatı, yağ-piy 
zavodu, Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu, 
Sintetik kauçuk zavodu, Mingəçevir su elektrik stansiyası) 
tikilib istifadəyə verilmiş, bir sıra yeni neft yataqları  və 
mədənləri (Lökbatan, Neft daşları, Zığ) kəşf olunmuşdur. 
Nəticədə neft hasilatı və emalı daha da artmış və yeni yaradılmış 
sənaye müəssisələri məhsul verməyə başlamışdır. Kənd 
təsərrüfatında  əkinçilik, pambıqçılıq sahələri genişlənmiş, sub-
tropik bitkiləri  əkilməyə başlamış, süni suvarma kanalları 
çəkilmiş və Azərbaycan tarlalarında traktorlar, kombaynlar və s. 
texnika işləməyə başlamışdır. Azərbaycan kəndinin siması 
dəyişmiş, kənd təsərrüfatı məhsullarının inkişafı xeyli artmışdır. 
M.Bağırovun bilavasitə  rəhbərliyi altında tikinti işləri 
sürətlə aparılmış, Bakıda Nazirlər Kabinetinin binası, hökumət 
 
64


 
evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, 
xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə ver-
ilmişdir. 
Onun hakimiyyəti illərində Azərbaycan Elmlər Akademi-
yası və onun bir sıra institutları, Azərbaycan Politexnik İnstitutu 
və s. ali və orta məktəblər şəbəkəsi istifadəyə verilmişdir. 
Bağırov respublikanın kadr məsələsinə də böyük fikir ver-
irdi. Ali və orta ixtisas məktəblərinə ildən-ilə  tələbələrin 
qəbulunun artmasına, partiya və dövlət işlərində çalışacaq kadrla-
rın hazırlanmasına, xalq təsərrüfatının müxtəlif sahələri üçün 
mütəxəssislərin təkcə respublika deyil, Moskva, Leninqrad, Ki-
yev və s. şəhərlərdə hazırlanmasına xeyli əmək sərf etmişdir. 
M.Bağırov Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, in-
cəsənətinin inkişafı sahəsində də xeyli iş görmüşdür. Onun döv-
ründə Azərbaycanın  şəhər və  kəndlərində teatrlar, klublar, 
mədəniyyət evləri, kitabxanalar tikilib xalqın istifadəsinə ver-
ilmişdir. Şair, yazıçı və bəstəkarlar yeni-yeni əsərlər yazmış və 
yüksək mükafatlara layiq görülmüşlər. 
M.Bağırovun başçılığı ilə Sumqayıt, Mingəçevir, Əli Bay-
ramlı, Daşkəsən kimi yeni sənaye mərkəzləri salınmış, onlarla 
yeni-yeni fabrik və zavodlar, maşınqayırma müəssisələri 
yaradılmışdır. 
1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı 
M.Bağırov alman-faşist işğalçılarına qarşı mübarizəyə  və 
qələbəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını var 
qüvvəsi ilə  səfərbər etmişdir. Azərbaycan milli diviziyalarının 
yaradılması  işinin təşkilatçısı olmuşdur. Eyni zamanda o, ön 
cəbhəni yanacaqla təmin etmək üçün neft çıxarılmasını  və neft 
məhsulları, döyüş sursatları istehsalının artırılması, kənd 
təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi, 
Azərbaycanın döyüşən ordunun cəbbəxanasına çevrilməsində 
səylə çalışmışdır. 1943-cü ildə düşmənə tezliklə qələbə çalmaq 
üçün çoxlu yanacaq tələb olunurdu. Bu zaman müharibəyə 
çağırılmış Bakı neftçiləri M.Bağırovun təşəbbüsü ilə geri, öz 
 
65


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə