Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 
İstehsalatda özünü yüksək səviyyəli və bacarıqlı, çalışqan 
mütəxəssis, fəal ictimaiyyətçi kimi göstərmiş  Ə.Əlixanov irəli 
çəkilərək 1945-1947-ci illərdə Azərbaycan KP MK-nın neft şö-
bəsində  təlimatçı, Bakı Komitəsində isə neft qazma şöbəsi 
müdirinin müavini vəzifələrində işləmişdir. 
Ə.Əlixanov 1947-1950-ci illərdə Bakı  şəhəri Kaqanoviç 
rayon Partiya Komitəsinin  əvvəlcə ikinci, sonra birinci katibi 
olmuşdur. O, bu vəzifələrdə  mədən və idarələrdə ilk partiya 
təşkilatlarının möhkəmləndirilməsi, fəhlələr, mühəndis-texniki 
işçilər arasında siyasi işin yaxşılaşdırılması, bacarıqlı  və hazır-
lıqlı mütəxəssislərlə təmin olunması, neftçilər arasında yarışların 
genişləndirilməsi sahəsində xeyli əmək sərf etmişdir. Onun 
gərgin fəaliyyəti nəticəsində Kaqanoviçneft tresti neft və qaz 
çıxarılması  və emalı üzrə qabaqcıllar sırasına çıxmış, dövlət 
tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirmişdir. 
1950-1951-ci illərdə Ə.Əlixanov Azərbaycan KP MK-nın 
əvvəlcə ağır sənaye şöbəsi müdirinin müavini, sonra isə müdiri 
olmuşdur. Rəhbər partiya işində çalışan Ə.Əlixanov ona verilən 
tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə, tabeliyində olan 
təşkilatların fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi 
işində var qüvvəsi ilə çalışmışdır. 
Azərbaycan KP MK neft sənayesini bacarıqlı 
mütəxəssislərlə möhkəmləndirmək məqsədi ilə onu neft 
sənayesinə  rəhbər vəzifəyə göndərir.  Ə.Əlixanov 1950-1951-ci 
illərdə Azərbaycan neft kəşfiyyatı birliyinin, 1951-1952-ci 
illərdə Azərdənizneft birliyinin rəisi, 1953-1954-cü illərdə 
Azərneft birliyi rəisinin əvvəlcə müavini, sonra isə birinci müav-
ini, 1954-1955-ci illərdə Azərbaycan SSR neft sənayesi nazir-
inin müavini, 1955-1958-ci illərdə isə Azərbaycan SSR neft 
sənayesi nazirinin birinci müavini, 1958-1959-cu illərdə isə 
Azərbaycan SSR neft sənayesi naziri vəzifəsində  işləmişdir. 
Ə.Əlixanov Azərbaycan neft sənayesinin bu rəhbər vəzifələrində 
özünü yüksək səviyyəli bir mütəxəssis olduğunu göstərmiş  və 
yeni-yeni neft yataqlarının, xüsusən Xəzər dənizində kəşf edilib 
 
98


 
istismara verilməsində xeyli təklif irəli sürmüş, neft sənayesində 
istehsalat tapşırıqlarının, öhdəliklərinin yerinə yetirilməsində, 
neftçilər arasında yarışların genişləndirilməsində çox iş görmüş-
dür. 
1961-ci ildə bir qrup Azərbaycan neftçisi, o cümlədən 
Ə.Əlixanov Azərbaycanda dənizdə neft yataqları kompleksinin, 
əsasən Xəzərin dərinlik akvatoriyasının kəşf olunması  və istis-
mara verilməsi sahəsində  əldə etdikləri nailiyyətlər üçün Lenin 
mükafatına layiq görülmüşdür. 
Ə.Əlixanov fəaliyyət göstərdiyi dövrdə istər adi istehsalat, 
istərsə  də  rəhbər partiya və dövlət işçisi olmasına baxmayaraq, 
həmişə elmi işlə  məşğul olmuşdur. O, 1957-ci ildə namizədlik 
dissertasiyası müdafiə edərək SSRİ Ali Attestasiya Komissiyası 
tərəfindən geologiya-mineralogiya elmlər namizədi elmi 
dərəcəsinə layiq görülmüş, 1965-ci ildə isə doktorluq dissertasi-
yasını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru 
elmi dərəcəsinə layiq görülmüşdür. 
Artıq Azərbaycanda özünü bacarıqlı, tələbkar, təşkilatçı 
kimi göstərən  Ə.Əlixanov yüksək partiya və sovet vəzifələrinə 
irəli çəkilmişdir. O, 1959-1961-ci illərdə Azərbaycan KP MK 
katibi vəzifəsini aparmışdır. O, bu vəzifədə  də respublikanın 
təsərrüfat və ictimai həyatının qarşısında duran problemlərin həll 
olunmasında yaxından iştirak etmiş, Azərbaycan zəhmətkeşləri 
içərisində böyük nüfuz və hörmət qazanmışdır. 
1961-ci il dekabrın 28-29-da Azərbaycan SSR Ali 
Sovetinin beşinci çağırış  səkkizinci sessiyası keçirilmişdir. 
Sessiyanın iclaslarında respublikanın təsərrüfat və ictimai 
həyatının müxtəlif sahələrinə aid bir sıra məsələlər, o cümlədən 
təşkilatı  məsələ  də müzakirə edilmişdir. Sessiyanın üçüncü 
iclasında  Ə.Əlixanovun Azərbaycan SSR Nazirlər Sovetinin 
sədri seçilməsi təklif olunur. Deputatlar onu bu vəzifəyə 
yekdilliklə seçirlər. Bu haqda Azərbaycan SSR Ali Sovetinin 
qərarında deyilir: «Azərbaycan Sovet Sosialist Respublikasının 
Ali Soveti qərara alır: 
 
99


 
Ənvər Nəzər oğlu  Əlixanov yoldaş Azərbaycan SSR 
Nazirlər Sovetinin sədri təyin edilsin». 
Ə.Əlixanov 1962-1970-ci illərdə Azərbaycan SSR 
Nazirlər Sovetinin sədri olmuşdur. O, respublikanın bu ən 
yüksək vəzifələrinin birinə  rəhbərliyə başladığı ilk gündən 
Azərbaycan sənayesinin, kənd təsərrüfatının, elm və 
mədəniyyətinin müxtəlif sahələrinin hərtərəfli inkişaf etdirilməsi 
sahəsində  əlindən gələni  əsirgəməmiş  və onun daima tərəqqi 
etməsinə çalışmışdır. Bu, 1965-ci il oktyabrın 20-də keçirilmiş 
Azərbaycan SSR Ali Sovetinin altıncı çağırış  səkkizinci sessi-
yasında etdiyi məruzədən aydın görünür. O, məruzəsində de-
mişdir: «Müttəfiq respublikaların mehriban ailəsində 
Azərbaycan SSR sənayesi də müvəffəqiyyətlə inkişaf edir. 
Nisbətən qısa tarixi müddətdə əsasən müharibədən sonrakı illər 
ərzində respublikanın sənayesi keçmişdə ona xas olan bitərəfliyə 
son qoymuş və çoxsahəli sənayeyə çevrilmişdir… 
Bir sıra mütərəqqi sahələrin böyük sürətlə inkişaf etməsi 
nəticəsində sənaye istehsalının quruluşu yaxşılaşmışdır… Sum-
qayıt, Mingəçevir, Əli Bayramlı və Daşkəsən kimi yeni sənaye 
mərkəzlərinin inkişafı davam etdirilir, bir sıra kiçik və orta 
şəhərlərdə yeni müstəqil müəssisələr və Bakının iri zavodlarının 
filialları yaradılmışdır… Son illər sənaye istehsalına artım sürəti 
bir qədər ləngimişdir; kapital qoyuluşunun və istehsalat fond-
larının səmərəsi bir qədər azalmışdır… 
Nöqsanlar və  çətinlikləri aradan qaldırmaq, istehsalın, 
kapital qoyuluşunun və  əsas fondların səmərəsini artırmaq, 
buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq sənayemizin ən 
mühüm vəzifəsidir… 
Müəssisə kollektivlərinin, bütün sənaye işçilərinin geniş 
yaradıcılıq təşəbbüsü və  fəallığı qarşımızda duran vəzifələrin 
müvəffəqiyyətlə yerinə yetirilməsində ciddi rol oynayacaqdır». 
1970-1976-cı illərdə  Ə.Əlixanov Azərbaycan EA Ge-
ologiya İnstitutunun direktoru olmuşdur. İnstitut bilavasitə onun 
rəhbərliyi altında faydalı qazıntı yataqlarının yeni proqnoz 
 
100


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə