Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
Özbəkistana səfər etmişdir. Fevralın 24-də Qazaxıstanın  o 
zamankı  paytaxtı Alma-Ata şəhərində, fevralın 25-də 
Qırğızıstanın paytaxtı Bişkek  şəhərində, fevralın 26-da 
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan  hökuməti ilə  
həmin  ölkələrin  hökumətləri  arasında  saziş  imzalandı.  
1992-1993-cü illər bütün postsovet məkanında iqtisadi 
böhranın tüğyan etdiyi kulminasiya nöqtəsi  hesab olunur.   
Əli Məsimov 1993-cü ilin iyununda baş nazirin islahatlar  
üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrindən çıxıb. 
Əli Məsimov iqtisadiyyatın aktual problemlərinə dair 1200-dən 
artıq elmi-nəzəri  və elmi-kütləvi çalışmaların, məqalələrin və 
şərhlərin müəllifdir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, 
Rusiya, Türkiyə və digər ölkələrdə çap olunub. Əli Məsimovun 
tədqiqatlarında  iqtisadiyyatın  makroiqtisadi  cəhətdən 
tənzimlənməsinin aktual  problemləri, neft və inkişaf, 
neftdənkənar  sahələrin üstün inkişafının zəruriliyi məsələləri, 
dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur 
islahatları, özəlləşdirmənin alternativ konsepsiyası, sahibkarlığın 
inkişafı  və sosial proseslərin həllinin sürətləndirilməsi 
məsələləri  xüsusi yer tutur. Amerika  Birləşmiş  Ştatlarında, 
Almaniyada, Yaponiyada, Türkiyədə, Bolqarıstanda, 
Malayziyada və s. ölkələrdə  «İslahatlar və inkişaf», «Azər-
baycan: dünən, bu gün, sabah», «Özəlləşdirmənin reallıqları və 
perspektivləri», qloballaşma  şəraitində  inteqrasiyanın və  
regional  əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlərə 
dair məruzələr  edib. 
Ə.Məsimov eyni zamanda siyasi fəaliyyətlə məşğul olmuş 
və partiya yaratmışdır. O, 2005-ci il noyabrın 6-da Azərbaycan 
Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat 
seçilmişdir. 
 
* * * 
 
 
127


 
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarları 
məcmuəsi, № 1,2,3,4. Bakı,1993 
- Azərbaycan Respublikası  Dövlət Statistika Komitəsinin 
materialları. Bakı, 1993. 
- Azərbaycan Respublikası Dövlət  İqtisadiyyat və 
Planlaşdırma Komitəsinin materialları. 1991-1993-cü illər. 
- Kim kimdir. Bakı, 1998. 
- Şəki ziyalıları. Bakı, 2002 
 
128


 
PƏNAH ÇODAR OĞLU HÜSEYNOV 
aprel –iyun 1993 
 
Pənah Çodar oğlu Hüseynov 1957-ci 
ildə Sabirabad rayonunun Qaradaşlı kəndində 
kolxozçu ailəsində anadan olmuşdur. 1975-ci 
ildə Qaradaşlı kənd orta məktəbini bitirdikdən 
sonra Sabirabad rayon kolxozlararası tikinti 
idarəsində  fəhlə  işləyən P.Hüseynov Bakıya 
gəlmiş və Azərbaycan Dövlət Universitetinin 
tarix fakultəsinə daxil olmuşdur. 
1980-ci ildə Bakı Dövlət Universitetinin 
tarix fakültəsini, sonra Azərbaycan EA Fəlsəfə  və Hüquq 
İnstitutunun aspiranturasını bitirmişdir.  İxtisasca tarixçidir. 
Sonralar tarix-diyarşünaslıq muzeyində işləmiş, Fəlsəfə və Hüquq 
İnstitutunda Xalq Cəbhəsinin təsisçilərindən biri olmuşdur. AXC-
nin rəhbərlərindən birinə çevrilmiş P.Hüseynov Xalq Cəbhəsinin 
İcraiyyə Komitəsinin sədri seçilmişdir. AXC hakimiyyəti ələ aldıq-
dan sonra P.Hüseynov yüksək dövlət vəzifələrinə gətirilmişdir. 
1992-ci il 20 may tarixdə Azərbaycan Respublikasının 
dövlət katibi təyin edilmişdir. 
1993-cü il aprelin 28-də Azərbaycan Respublikası Milli 
Məclisinin qərarı ilə baş nazir vəzifəsinə təsdiq edilmişdir. 1993-cü 
il iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 
fərmanı ilə  vəzifəsindən azad edilmiş  və Azərbaycan 
Respublikasının Milli Məclisi bu qərara həmin gün razılıq 
vermişdir. 
P.Hüseynov vəzifədən getdikdən sonra AXC liderlərindən 
biri kimi siyasi fəaliyyətini davam etdirmiş  və 2002-ci ildə 
Azərbaycan Xalq Partiyasını yaratmışdır. O, 2005-ci il noyabrın 
6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən 
seçkilərdə deputat seçilmişdir. 
 
* * * 
 
- «Azərbaycan» qəz., 1993, 30 aprel; 1 iyul, №123. 
 
129


 
- «Xalq qəzeti», 1992, 22 mart, №99. 
 
130


 
SURƏT DAVUD OĞLU HÜSEYNOV 
iyun 1993 –oktyabr 1994 
 
1959-cu ildə anadan olmuşdur. 
Azərbaycan Texnologiya İnstitutunu 
bitirmişdir. Azərbaycan Respublikası Milli 
Məclisinin deputatı, Milli Qəhrəman 
olmuşdur. 
1980-ci ildə  Gəncə  şəhərində  fəhlə 
işləmiş, xalça-mahud kombinatında usta 
köməkçisi, operator köməkçisi olmuş, 1984-
cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 
1986-cı ildən Yevlax yunun ilkin emalı fabrikinin böyük 
nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru 
vəzifələrində işləmişdir. 
1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək 
Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan 
Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə  səlahiyyətli 
nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri 
olmuşdur. 1993-cü ilin martından Azəryunsənaye Dövlət 
Şirkətinin prezidenti olmuşdur. Gəncə hadisələrindən sonra 
1993-cü il iyunun 30-da Azərbaycan Respublikası Prezidenti 
H.Əliyevin fərmanı ilə baş nazir təyin edilmişdir. Azərbaycan 
Respublikasının Milli Məclisi bu qərarı  həmin gün təsdiq 
etmişdir. 1994-cü il oktyabrın 7-də isə baş nazir vəzifəsindən 
azad edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası 
Prezidenti H.Əliyevin imzaladığı  fərmanda deyilir: «1994-cü il 
oktyabrın 4-də … Azərbaycan Respublikasının müstəqilliyi və 
konstitusiya dövlət quruluşu əleyhinə yönəldilmiş silahlı qiyam 
nəticəsində qeyri-qanuni silalhlı  dəstələr Gəncə  şəhər və rayon 
icra hakimiyyətlərini, Milli Təhlükəsizlik Nazirliyinin şöbəsini
şəhər və rayon polis şöbələrini və digər dövlət orqanlarını zəbt 
etmiş, hava limanını, dəmiryolu, vağzalı, telestudiyanı almış, 
şəhərin giriş  və  çıxış yollarını bağlamış  və  şəhər rabitəsi 
 
131


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə