Özbəkistana səfər etmişdir. Fevralın 24-də Qazaxıstanın o
zamankı paytaxtı Alma-Ata şəhərində, fevralın 25-də
Qırğızıstanın paytaxtı Bişkek şəhərində, fevralın 26-da
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan hökuməti ilə
həmin ölkələrin hökumətləri arasında saziş imzalandı.
1992-1993-cü illər bütün postsovet məkanında iqtisadi
böhranın tüğyan etdiyi kulminasiya nöqtəsi hesab olunur.
Əli Məsimov 1993-cü ilin iyununda baş nazirin islahatlar
üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrindən çıxıb.
Əli Məsimov iqtisadiyyatın aktual problemlərinə dair 1200-dən
artıq elmi-nəzəri və elmi-kütləvi çalışmaların, məqalələrin və
şərhlərin müəllifdir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç,
Rusiya, Türkiyə və digər ölkələrdə çap olunub. Əli Məsimovun
tədqiqatlarında iqtisadiyyatın makroiqtisadi cəhətdən
tənzimlənməsinin aktual problemləri, neft və inkişaf,
neftdənkənar sahələrin üstün inkişafının zəruriliyi məsələləri,
dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur
islahatları, özəlləşdirmənin alternativ konsepsiyası, sahibkarlığın
inkişafı və sosial proseslərin həllinin sürətləndirilməsi
məsələləri xüsusi yer tutur. Amerika Birləşmiş Ştatlarında,
Almaniyada, Yaponiyada, Türkiyədə, Bolqarıstanda,
Malayziyada və s. ölkələrdə «İslahatlar və inkişaf», «Azər-
baycan: dünən, bu gün, sabah», «Özəlləşdirmənin reallıqları və
perspektivləri», qloballaşma şəraitində inteqrasiyanın və
regional əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlərə
dair məruzələr edib.
Ə.Məsimov eyni zamanda siyasi fəaliyyətlə məşğul olmuş
və partiya yaratmışdır. O, 2005-ci il noyabrın 6-da Azərbaycan
Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat
seçilmişdir.
* * *
127
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
məcmuəsi, № 1,2,3,4. Bakı,1993
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
materialları. Bakı, 1993.
- Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və
Planlaşdırma Komitəsinin materialları. 1991-1993-cü illər.
- Kim kimdir. Bakı, 1998.
- Şəki ziyalıları. Bakı, 2002
128
PƏNAH ÇODAR OĞLU HÜSEYNOV
aprel –iyun 1993
Pənah Çodar oğlu Hüseynov 1957-ci
ildə Sabirabad rayonunun Qaradaşlı kəndində
kolxozçu ailəsində anadan olmuşdur. 1975-ci
ildə Qaradaşlı kənd orta məktəbini bitirdikdən
sonra Sabirabad rayon kolxozlararası tikinti
idarəsində fəhlə işləyən P.Hüseynov Bakıya
gəlmiş və Azərbaycan Dövlət Universitetinin
tarix fakultəsinə daxil olmuşdur.
1980-ci ildə Bakı Dövlət Universitetinin
tarix fakültəsini, sonra Azərbaycan EA Fəlsəfə və Hüquq
İnstitutunun aspiranturasını bitirmişdir. İxtisasca tarixçidir.
Sonralar tarix-diyarşünaslıq muzeyində işləmiş, Fəlsəfə və Hüquq
İnstitutunda Xalq Cəbhəsinin təsisçilərindən biri olmuşdur. AXC-
nin rəhbərlərindən birinə çevrilmiş P.Hüseynov Xalq Cəbhəsinin
İcraiyyə Komitəsinin sədri seçilmişdir. AXC hakimiyyəti ələ aldıq-
dan sonra P.Hüseynov yüksək dövlət vəzifələrinə gətirilmişdir.
1992-ci il 20 may tarixdə Azərbaycan Respublikasının
dövlət katibi təyin edilmişdir.
1993-cü il aprelin 28-də Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə baş nazir vəzifəsinə təsdiq edilmişdir. 1993-cü
il iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin
fərmanı ilə vəzifəsindən azad edilmiş və Azərbaycan
Respublikasının Milli Məclisi bu qərara həmin gün razılıq
vermişdir.
P.Hüseynov vəzifədən getdikdən sonra AXC liderlərindən
biri kimi siyasi fəaliyyətini davam etdirmiş və 2002-ci ildə
Azərbaycan Xalq Partiyasını yaratmışdır. O, 2005-ci il noyabrın
6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən
seçkilərdə deputat seçilmişdir.
* * *
- «Azərbaycan» qəz., 1993, 30 aprel; 1 iyul, №123.
129
- «Xalq qəzeti», 1992, 22 mart, №99.
130
SURƏT DAVUD OĞLU HÜSEYNOV
iyun 1993 –oktyabr 1994
1959-cu ildə anadan olmuşdur.
Azərbaycan Texnologiya İnstitutunu
bitirmişdir. Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, Milli Qəhrəman
olmuşdur.
1980-ci ildə Gəncə şəhərində fəhlə
işləmiş, xalça-mahud kombinatında usta
köməkçisi, operator köməkçisi olmuş, 1984-
cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi,
1986-cı ildən Yevlax yunun ilkin emalı fabrikinin böyük
nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru
vəzifələrində işləmişdir.
1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək
Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan
Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli
nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri
olmuşdur. 1993-cü ilin martından Azəryunsənaye Dövlət
Şirkətinin prezidenti olmuşdur. Gəncə hadisələrindən sonra
1993-cü il iyunun 30-da Azərbaycan Respublikası Prezidenti
H.Əliyevin fərmanı ilə baş nazir təyin edilmişdir. Azərbaycan
Respublikasının Milli Məclisi bu qərarı həmin gün təsdiq
etmişdir. 1994-cü il oktyabrın 7-də isə baş nazir vəzifəsindən
azad edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası
Prezidenti H.Əliyevin imzaladığı fərmanda deyilir: «1994-cü il
oktyabrın 4-də … Azərbaycan Respublikasının müstəqilliyi və
konstitusiya dövlət quruluşu əleyhinə yönəldilmiş silahlı qiyam
nəticəsində qeyri-qanuni silalhlı dəstələr Gəncə şəhər və rayon
icra hakimiyyətlərini, Milli Təhlükəsizlik Nazirliyinin şöbəsini,
şəhər və rayon polis şöbələrini və digər dövlət orqanlarını zəbt
etmiş, hava limanını, dəmiryolu, vağzalı, telestudiyanı almış,
şəhərin giriş və çıxış yollarını bağlamış və şəhər rabitəsi
131
Dostları ilə paylaş: |