Azərbaycanin baş naziRLƏRİ


FƏTƏLİ XAN İSGƏNDƏR XAN OĞLU XOYSKİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   ...   40

 
FƏTƏLİ XAN İSGƏNDƏR XAN OĞLU XOYSKİ 
28 may 1918 – 14 mart 1919 
 
Azərbaycanın görkəmli dövlət və 
siyasi xadimlərindən, müstəqil Azərbaycan 
dövlətinin yaradıcılarından biri və onun ilk 
baş naziri Fətəli xan Xoyski olmuşdur. 
F.Xoyski 1875-ci il noyabrın 25-də  Şəki 
şəhərində anadan olmuşdur. 
F.Xoyskinin 
əsli Cənubi 
Azərbaycanın Xoy şəhərindəndir. Onun 
atası  İsgəndər xan Şimali Azərbaycanın 
Şəki şəhərinə köçmüşdür. Xoy xanları nəslindən olan İsgəndər 
xan Rusiya təbəəliyini qəbul etmiş və ona çar ordusu general-
leytenantı rütbəsi verilmişdir. 
F.Xoyski 1892-ci ildə Yelizavetpol (indiki Gəncə) 
klassik gimnaziyasını bitirdikdən sonra Moskva şəhərinə 
gedərək Moskva universitetinin hüquq fakültəsinə daxil 
olmuşdur. Moskva mühiti gənc Fətəli xana böyük təsir etmiş, 
onun dünyagörüşünün formalaşmasında mühüm rol 
oynamışdır. O, ilk gündən hüquq fakültəsinin qabaqcıl və fəal 
tələbələrinə qoşularaq tədbirlərdə iştirak etmişdir. 
1897-ci ildə Moskva universitetinin hüquq fakültəsini 
birinci dərəcəli diplomla bitirən F.Xoyski Tiflis Məhkəmə 
Palatasının sərəncamına göndərilmişdir. F.Xoyski 1897-1907-
ci illərdə Yelizavetpol, Kutaisi, Yekaterinodar dairə 
məhkəmələrində kiçik məhkəmə  məmuru, kollej katib, böyük 
məhkəmə  məmuru, istintaq sahəsi müdiri, qəza, dairə 
məhkəmə prokurorlarının müavini və s. vəzifələrdə çalışmışdır. 
Gənc Fətəli xan məhkəmələrin rus dilində  və qeyri-ruslara 
qarşı  ədalətsiz aparıldığının  şahidi olmuş, işləri zalımcasına 
icra edən məmurlara qarşı onda nifrət hissi oyanmışdır. 
II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı  və 
Yelizavetpol quberniyalarından X.Xasməmmədov,  İ.Tağıyev, 
Z.Zeynalov və b. ilə yanaşı Yelizavetpol quberniyasında 
 
5


 
ədalətli məhkəmə işçisi kimi böyük hörmət qazanmış F.Xoyski 
də deputat seçilmişdir. II Dövlət Duması 1907-ci il fevralın 20-
dən iyunun 3-nə  qədər fəaliyyət göstərmişdir. F.Xoyski 
Dumanın Müsəlman deputatları fraksiyasının və bürosunun 
üzvü olmuş,  şəxsi toxunulmazlıq, Dövlət Dumasının 55 
üzvünün cinayət məsuliyyətinə  cəlb edilməsi, amnistiya 
haqqında qanun layihəsi komissiyalarının tərkibinə seçilmişdir. 
Dumanın bir sıra iclaslarında çıxış edərək çarizmin aqrar, 
seçki, vətəndaşların siyasi və mülki hüquqlarını 
məhdudlaşdıran siyasətini kəskin tənqid etmişdir. F.Xoyski 
Dumada müzakirə edilən aqrar məsələ ilə  əlaqədar çıxışında 
torpaq məsələsinin çox lazımi, çətin və  təxirəsalınmaz 
olduğunu qeyd etmişdir. O, demişdir ki, hökumət bu çətin 
məsələni kəndli torpaq bankları və köçürmə yolu ilə həll etmək 
istəyir. Rusiya şəraitində köçürmə heç bir xeyirli nəticə 
verməz. 
1907-ci il mayın 18-də II Dövlət Dumasına Rusiyada milli 
və dini fərqlərə görə  vətəndaşların siyasi və mülki hüquqlarını 
məhdudlaşdıran qanunların ləğvi haqqında layihə  təqdim 
edilmişdir. Bu layihəni 173 deputat, o cümlədən F.Xoyski də 
imzalamışdır. 
II Dövlət Duması qovulduqdan sonra Yelizavetpola gələn 
F.Xoyski 1907-1912-ci illərdə andlı iclasçı işləmişdir. 
F.Xoyski 1913-1917-ci illərdə Bakıda dairə 
məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. Bakıda 
bu dövrdə bir sıra siyasi və ictimai tədbirlər həyata keçirilirdi. 
F.Xoyski bir ziyalı kimi tədbirlərdə, yeni yaranmaqda olan 
xeyriyyə  cəmiyyətlərində  və siyasi təşkilatlarda yaxından 
iştirak etmişdir. 
F.Xoyski 1917-ci il Fevral inqilabından və Oktyabr 
çevrilişindən sonra siyasi və ictimai mübarizə hərəkatına daha 
fəal surətdə qoşulmuş, qısa müddət  ərzində Azərbaycan 
xalqının azadlığı  və müstəqilliyi uğrunda aparılan hərəkatın 
liderlərindən birinə çevrilmişdir. 
 
6


 
1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının 
Müvəqqəti  İcraiyyə Komitəsi yaradıldı. Onun tərkibinə 
M.Rəsulzadə, M.Hacınski,  Ə.Topçubaşov və b. ilə yanaşı 
F.Xoyski də daxil olmuşdur. Bu təşkilatın gərgin fəaliyyəti 
nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz 
müsəlmanlarının qurultayı çağırıldı. F.Xoyski qurultayın 
çağırılmasında və gedişində fəal iştirak etmişdir. 
1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman 
İctimai təşkilatları Komitəsinin növbəti iclası keçirildi. İclasda 
komitənin yeni tərkibi seçildi. Ə.Topçubaşov sədr, M.Rəsul-
zadə və F.Xoyski isə sədrin müavinləri seçildilər. 
1917-ci il oktyabrın 29-da ümumi seçki hüququ əsasında 
Bakı  Şəhər Dumasına seçkilər keçirildi. Yeni seçilmiş 
demokratik Dumanın ilk iclası noyabrın 10-da çağırılmış  və 
burada F.Xoyski 46 səslə Şəhər Dumasının sədri seçilmişdir. 
F.Xoyski 1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçko-
rinin sədrliyi ilə yaradılmış Müstəqil Zaqafqaziya hökuməti – 
Zaqafqaziya Komissarlığının xalq maarif komissarı  vəzifəsini 
tutmuşdur. 
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə 
başladı. Seymin tərkibinə Gürcüstan, Ermənistan və 
Azərbaycan sosial-demokratik təşkilatların nümayəndələri 
seçilmişdir. Azərbaycandan Müsavat Partiyasından və bitərəf 
demokratik qruplardan 30 nəfər, o cümlədən F.Xoyski də 
iştirak etmişdir. Bu partiya və  təşkilatlardan  əlavə Müsəlman 
Sosialist Partiyasından 7, İttihaddan 3, Hümmət Partiyasından 
4 nümayəndə  iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya 
Seymində 44 azərbaycanlı deputat var idi. F.Xoyski eyni 
zamanda Seymin Müsəlman fraksiyasının üzvü olmuşdur. 
F.Xoyski Seymin və Müsəlman fraksiyasının iclaslarında 
dəfələrlə  çıxış edərək Güney Qafqaz xalqları arasında  əmin-
amanlıq yaradılmasını, qazanılmış müstəqilliyin qorunub 
saxlanılmasını, Türkiyə ilə sülh bağlanmasını 
və 
münasibətlərin yaxşılaşdırılmasını irəli sürmüşdür. 
 
7


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə