Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   ...   40

 
Böyük rus inqilabı Güney Qafqaz xalqlarının azadlığa 
çıxmasına səbəb olmuşdu, mən belə düşünmürəm ki, Qafqazın 
azadlıq sevən oğullarının – istər o azərbaycanlı olsun, istərsə 
də dağlı, gürcü və ya erməni olsun, müstəqil yaşamaq 
ideyasında, sərbəstlik ideyasında yolları birdir. 
1919-cu il dekabrın 22-də Azərbaycan parlamenti 
N.Yusifbəyovun təşkil etdiyi beşinci hökumət kabinəsində 
F.Xoyskini xarici işlər naziri vəzifəsinə  təyin edilmişdir. 
F.Xoyski bu vəzifədə 1920-ci ilin aprelinə qədər çalışmışdır. 
Paris sülh konfransı 
tərəfindən Azərbaycanın 
istiqlaliyyətinin tanınması münasibətilə Azərbaycan 
parlamentinin təntənəli iclası 1920-ci il yanvarın 14-də 
keçirildi. İclasda ilk söz xarici işlər naziri F.Xoyskiyə verildi. 
Azərbaycanın dünya ölkələri tərəfindən tanınması sahəsində 
ardıcıl mübarizə aparanlardan biri olmuş F.Xoyski parlamenti 
təbrik edərək böyük sevinclə bildirmişdir: «May ayının 28-
də1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə 
məlum etmişdir. İstiqlalını elan etdikdən sonra bir millət gərək 
cəmi aləmə göstərsin və isbat etsin ki, istiqlaliyyətə layiqi 
vardır… bir il on ay müddətində Azərbaycan milləti öz 
həyatın, dolanacağın Avropaya, cəmi mədəniyyət aləminə 
məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini 
verməklə və istiqlalını təsdiq etməyə vadar oldu… 
Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim 
üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün 
böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri 
millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il 
yarım içərisində qazandıq». 
F.Xoyski sovet Rusiyası ilə  əlaqələr yaratmaq haqqında 
Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerinlə bir neçə dəfə 
notalar mübadiləsi etmişdir. O, G.Çiçerinin Azərbaycanı 
general Denikinlə mübarizəyə cəlb etmək fikrinə qarşı çıxaraq, 
Azərbaycanın Rusiya tərəfindən tanınmasını, rus və 
Azərbaycan xalqları arasında  ədalətli, hər iki dövlətin 
 
14


 
suverenliyi prinsiplərinə  əsaslanan mehriban qonşuluq 
münasibətləri yaradılmasını irəli sürmüşdür. Ancaq 
F.Xoyskinin sovet Rusiyası ilə münasibətləri yaxşılaşdırmaq 
cəhətləri bir fayda verməmişdir. 
1920-ci il aprelin 15-də parlamentdə hökumətin sovet 
Rusiyasına diplomatik nümayəndə göndərmədiyini tənqid edən 
Əliheydər Qarayevə cavab verən F.Xoyski demişdir: «Biz üç 
dəfə sovet Rusiyasına dostluq əlaqələri yaratmaq üçün 
danışıqlara getməyə hazır olduğumuzu təklif etmişik.  İndiyə 
kimi bizim təklifimiz diqqətdən kənarda qalıb. Çıxış edən natiq 
nahaq yerə bizi günahlandırır.  Əgər o, istəyirsə ki, bizimlə 
Rusiya arasında dostluq münasibətləri yaradılsın, qoy onda o, 
öz həmfikirlərini danışıqlara getməyə məcbur etsin». 
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də 
XI ordu tərəfindən işğal edildi. F.Xoyski bu zaman Tiflis 
şəhərinə getmiş  və orada 1920-ci il iyunun 19-da erməni 
quldurları  tərəfindən xaincəsinə öldürülmüşdür. Xoyski 
Tiflisdə azərbaycanlıların qəbiristanlığında görkəmli filosof, 
maarifçi, dramaturq M.F.Axundovun məzarı yanında dəfn 
olunmuşdur. Onun öldürülməsi haqqında Tiflisdə  çıxan 
«Qruziya» qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc 
edilmişdir. Xoyskinin öldürülməsi bir sıra ölkələrin, o 
cümlədən Böyük Britaniya rəsmi dairələrinin diqqətini cəlb 
etmişdir. 
 
* * * 
- Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 
q. Baku, 1920. 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.276, siy.7, iş 253. 
- Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, f.970, 
siy.1, iş 241. 
- Azərbaycan tarixi. C.2. Bakı, 1964. 
- Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 
 
15


 
- Azərbaycan Sovet Ensiklopediyası. C.X. Bakı, 1987. 
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti. 1918-1920. Bakı, 1990. 
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Vneşnəə politika (dokumentı i materialı). Bakı, 1998. 
- Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Parlament (stenoqrafiçeskie otçetı). Baku, 1998. 
- Balaeev A. Azerbaydjanskoe naüionalğno-demokratiçe-
skoe dvijenie 1917-1920 qq. Baku, 1990. 
- Çlenı Qosudarstvennoy Dumı (portretı i bioqrafii). 
Vtoroy sozıv 1907-1912 qq. M., 1907. 
- Fətəli xan Xoyski: Həyat və fəaliyyəti (sənəd və materi-
allar). Bakı, 1998. 
- Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində (1918-1920). Bakı, 1993. 
- «Kaspiy» qəz., 1917, 23 aprel, №89; 14 sentyabr
№206; 14 noyabr, №249. 
- Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici 
İşlər Nazirliyinin şəxsi heyəti. Bakı, 2002. 
- Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər 
nazirləri. Bakı, 2003. 
- Qasımlı M. Birinci dünya müharibəsi illərində böyük 
dövlətlərin Azərbaycan siyasəti. III hissədə. II hissə. Bakı, 
2001;    III hissə. Bakı, 2004. 
- Qosudarstvennaə Duma. Vtoroy sozıv. Stenoqrafiçeskie 
otçetı. 1907 q. Sessiə vtoraə. T. I i II. SPb. 1907. 
- Quliev Dj.B. Borğba Kommunistiçeskoy Partii za osu-
hestvlenii leninskoy naüionalğnoy politiki v Azerbaydjane. 
Baku, 1970. 
- «Qruziə» qəz., 1920, 23 iyun, №67. 
- Zakavkazskiy Seym. Stenoqrafiçeskiy otçet. I sessiə. 
Tiflis, 1918. 
- The Great Britian Archive Foreign Office, 
371/4992/28423. 
 
16


 
- Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası 
(məqalələr və sənədlər). Bakı, 1990. 
- Seidzade D.B. Azerbaydjanskie deputatı v Qosudarst-
vennoy Dume Rossii. Baku, 1991. 
 
17


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə