Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
baxışları və fəaliyyəti» mövzusunda dissertasiya müdafiə etmiş və 
ona tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir.  
2004-cü ilin sentyabrından H.Həsənov Azərbaycanın 
Macarıstanda fövqəladə  və  səlahiyyətli səfiridir. Azərbaycan 
Respublikasının Prezidenti İ.Əliyevin 2004-cü il sentyabrın 1-də 
imzaladığı sərəncamında oxuyuruq: «Həsən Əziz oğlu Həsənov 
Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqə-
ladə və səlahiyyətli səfiri təyin edilsin». 
H.Həsənov bir çox orden və medallarla təltif edilmişdir. 
* * * 
 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.68, iş 31; siy.85, iş 57; f.2, 
siy.25, iş 310. 
- Azərbaycan beynəlxalq aləmdə. I-IV c. Bakı, 1996-1999. 
- Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. Bakı, 
1993-1995. 
- Azərbaycanda kim-kimdir? Sorğu-məlumat kitabı. Bakı. 
Azərbaycan Ensiklopediyası NPB, 1999. 
- «Azərbaycan» qəz., 1992-2002. 
- «Baku» qaz., 1990, 29 ənvarə, №16. 
- Vstuplenie premğer-ministra Azerbaydjanskoy 
Respubliki Qasana Qasanova v Evropeyskom Parlamente. 
Brösselğ, 18 fevralə, 1992 q. 
- «Kommunist» qəz., 1975-1988. 
- Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə 
münasibətləri (1991-1996). Bakı, 2000. 
- Həsənov H. Nəriman Nərimanov – milli təmayüllü 
kommunist. Bakı, 2004. 
- Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində (1991-1995-ci illər). Bakı, 1996. 
- Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya 
məsələləri). Bakı, 1997. 
- Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər 
nazirləri. Bakı, 2003. 
 
116


 
- Musayev M. Azərbaycanlı deputatlar SSRİ 
parlamentində (1938-1988). Bakı, 2000. 
- Həsənov H. (Əzizoğlu). Brüsseldən məktublar. Bakı, 
2003. 
- «XXI əsr. Dirçəliş» jurnalı, 1993, №1. 
- «Respublika» qəz., 2004, 2 sentyabr, №203. 
 
117


 
RƏHİM ƏLİHÜSEYN OĞLU HÜSEYNOV 
may 1992 – yanvar 1993 
 
Azərbaycan xalq təsərrüfatının, 
ümumiyyətlə, iqtisadiyyatının hərtərəfli 
inkişafında mühüm rol oynayanlardan
işgüzar və bacarıqlı dövlət xadimlərindən 
söz düşəndə R.Hüseynovun adı xüsusi 
hörmətlə çəkilir. 
Rəhim Əlihüseyn oğlu Hüseyqov 1936-
cı il aprelin 5-də Bakı  şəhərində ziyalı bir 
ailədə doğulub boya-başa çatmışdır. 1943-cü 
ildə  Lənkəran  şəhərində birinci sinfə daxil olmuş R.Hüseynov 
1953-cü ildə Bakı  şəhərində orta məktəbi müvəffəqiyyətlə 
bitirmişdir. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir. 
Burada Azərbaycanda çox nadir bir peşə sayılan polad istehsalı 
sahəsində mütəxəssis olmaq üçün 1953-cü ildə Moskva Polad 
İnstitutuna daxil olur. R.Hüseynov tələbəlik illərində biliyini 
zənginləşdirmək məqsədilə qara və  əlvan metallurgiyaya aid 
çoxlu  ədəbiyyat oxuyur. O, bu sahədə biliyi ilə  tələbələr 
içərisində  fərqlənir və müəllimlərin hörmətini qazanır. 1959-cu 
ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən 
R.Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat 
zavodunda  əmək fəaliyyətinə başlayır. 1959-1962-ci illərdə 
R.Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-
prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində 
çalışmış və gənc olmasına baxmayaraq, öhdəsinə düşən vəzifələri 
bacarıqla yerinə yetirmiş, özünü bu sahəni bilən bir mütəxəssis 
kimi təsdiq etmişdir. 
R.Hüseynov 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət 
Plan Komitəsində baş mütəxəssis,  şöbə  rəisi vəzifələrində 
çalışmış, respublika sənayenin və kənd təsərrüfatının planlaşdı-
rılmasında,  əlaqələrinin planlı aparılmasında, iqtisadiyyatının 
inkişaf etməsində xeyli əmək sərf etmiş və artıq Azərbaycanda 
mütəxəssis-iqtsiadçı kimi tanınmağa başlamışdır. 
 
118


 
1964-1965-ci illərdə SSRİ  məkanında xalq təsərrüfatının 
müxtəlif sahələrini daha da inkişaf və təkmilləşdirmək məqsədi 
ilə idarəçilik strukturunda bir sıra dəyişikliklər baş vermişdir. 
Bir sıra idarələr, istehsalat müəssisələri, komitələr, nazirliklər 
dəyişilmiş, ləğv edilmiş  və yeniləri yaradılmışdır. Bu 
dəyişikliklər özünü Azərbaycanda da göstərmişdir. Bu dövrdə 
Azərbaycanda bir sıra komitə və nazirliklərlə yanaşı Baş Maddi-
Texniki Təchizat İdarəsi də təşkil olunmuşdur. 
R.Hüseynov 1965-1974-cü illərdə Baş Maddi-Texniki 
Təchizat  İdarəsi rəisinin müavini, 1974-1989-cu illərdə isə 
Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri 
vəzifələrində çalışmışdır. O, bu vəzifələrdə 24 il işləyərək 
Azərbaycanın hərtərəfli inkişaf etməsi, sənayenin, kənd 
təsərrüfatının, elm və mədəniyyətin, maarif və incəsənətin yeni 
avadanlıqla və texnika ilə  təmini, onların istehsalata tətbiqi, 
Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı və 
b.  şəhər və  kəndlərdə tikinti-abadlıq işlərinin aparılması, yeni-
yeni müəssisələr salınması  və onların lazımi avadanlıqlarla 
təchiz olunması işində xeyli əmək sərf etmişdir. 
1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan 
Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin 
birinci müavini olmuşdur. O, bu vəzifədə  də öz iş  ənənələrinə 
sadiq qalaraq respublikada ictimai və siyasi vəziyyətin ağır 
olmasına, iqtisadiyyatın və təsərrüfatın dağılmağa başlanmasına 
baxmayaraq, qarşısını almağa, iqtisadi-sosial və xalq təsərrüfatı 
problemləri düzgün istiqamətləndirməyə, erməni təcavüzünün 
qarşısını almağa səy göstərmiş  və Plan Komitəsinin işinin 
səmərəli aparılması üçün respublikada təcrübəli, bacarıqlı 
iqtisadçıları komitəyə cəlb etmişdir. 
Azərbaycan müstəqillik  əldə etdikdən sonra R.Hüseynov 
Dövlət Plan Komitəsinin beynəlxalq əlaqələrinin yaradılmasına, 
Azərbaycanın bir müstəqil dövlət kimi tanınmasına, güclü 
iqtisadi potensiala malik olduğunu nümayiş etdirməyə  də  səy 
göstərmişdir. 
 
119


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə