Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
pozulmuşdur. Dövlət qoşunları  tərəfindən qiyamın qarşısı 
alınarkən cinayətkarlar 3 hərbi qulluqçunu öldürmüş və 4 nəfəri 
yaralamışlar. 
Gəncə  şəhərində silahlı qiyamın yatırılması zamanı baş 
nazir Surət Hüseynov nəinki fəaliyyətsizlik göstərmiş, hətta 
silahlı qiyam zamanı Azərbaycan Respublikası Prezidentinmn 
göstərişlərinə tabe olmamışdır. Bütün bunlar baş nazir Surət 
Hüseynovun Gəncədə baş vermiş silahlı qiyam ilə bilavasitə 
bağlı olmasına dəlalət edir. 
Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının baş 
naziri Surət Hüseynovun Azərbaycan Respublikası Nazirlər 
Kabinetinə  rəhbərlik etdiyi dövrdə  işində ciddi nöqsanların 
olmasını  və onun öz vəzifəsinin öhdəsindən gələ bilməməsini 
nəzərə alaraq, etimadını itirdiyinə görə  və Azərbaycan 
Respublikası Konstitusiyasının 121-4-cü maddəsinin 6-cı 
bəndini rəhbər tutaraq qərara alıram: 
Surət Davud oğlu Hüseynov Azərbaycan Respublikası baş 
naziri vəzifəsindən azad edilsin». 
S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclisin 
üzvlüyündən azad edilmişdir. Oktyabrın 14-də Milli Məclis 
onun cinayət məsuliyyətinə  cəlb olunmasına, barəsində  həbs 
qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın 
Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması 
haqqında qərar qəbul etmişdir. O, həbs olunsa da, həbsxanadan 
qaça bilmişdir. Azərbaycandan qaçıb getmiş S.Hüseynov 
Rusiyada həbs olunmuş  və  məhkəmə  qərarı ilə ömürlük həbs 
cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan 
Respublikasının Prezidenti İ.Əliyevin 2004-cü il 17 mart tarixli 
əfv fərmanı ilə  həbsdən azad olunmuşdur. Bundan sonra o, 
siyasətlə məşğul olmamışdır. 
 
* * * 
 
- «Azərbaycan» qəz., 1993, 1 iyul, №123; 1994, 7 oktyabr, 
№196; 8 oktyabr, №197; 14 oktyabr, №203. 
 
132


 
- «Xalq qəzeti», 1992, 2 iyul, №103. 
 
 
133


 
FUAD XƏLİL OĞLU QULİYEV 
may 1995 – iyun 1996 
 
Azərbaycan Respublikasının dövlət və 
təsərrüfat xadimlərindən söz düşdükdə adı 
hörmətlə çəkilənlərdən biri Fuad Quliyevdir. 
Fuad Xəlil oğlu Quliyev 1941-ci il 
iyulun 6-da Bakı  şəhərində qulluqçu 
ailəsində anadan olmuşdur. O, 1948-ci ildə 
Bakı  şəhərindəki 160 saylı orta məktəbin 
birinci sinfinə getmiş  və 1958-ci ildə  həmin 
məktəbi müvəffəqiyyətlə bitirmişdir. 
Gənc Fuad mühəndis olmaq məqsədilə sənədlərini 1958-ci 
ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna 
vermişdir. O, imtahanları müvəffəqiyyətlə verib institutun neft-
mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu 
bitirib mühəndis-mexanik ixtisası almışdır. 
Sovet dövründə Azərbaycan Neft və Kimya İnstitutunu 
bitirən mütəxəssislər SSRİ-nin müxtəlif sənaye müəssisələrinə 
göndərilirdi. O da mühəndis-mexanik kimi 1963-cü ildə  təyi-
natla Belarusiya SSR-in Kriçev sement-şifer kombinatına 
göndərilir. O, 1963-1965-ci illərdə Kriçev sement-şifer 
kombinatında sex mexaniki vəzifəsində  işləmiş  və kombinatda 
işin ahəngdarlığını artırmaq məqsədilə bir sıra səmərəli təkliflər 
irəli sürmüşdür. 
1965-ci ildə Bakıya qayıdan F.Quliyev Elmi-Tədqiqat 
Neftmaşınqayırma İnstitutunda işə girir. O, 1965-1973-cü illərdə 
həmin institutda əvvəl kiçik, sonra isə böyük elmi işçi 
vəzifələrində çalışmış  və neft quyuları üçün avadanlıqların, 
alətlərin, aqreqatların layihələşdirilməsi və s. aparılan elmi-
tədqiqat işlərində yaxından iştirak etmişdir. 
1973-1977-ci illərdə F.Quliyev Bakı kondisioneri Elm-
İstehsalat Birliyində konstruktor bürosunun xüsusi texnoloji qur-
 
134


 
ğuların konstruktorlaşdırılması şöbəsinin müdiri, bu büronun baş 
mühəndisi, 1977-1982-ci illərdə isə Birliyin baş mühəndisi 
vəzifələrində çalışmışdır. F.Quliyev bu dövrdə Birlikdə özünü 
çalışqan, səmərəli təkliflər irəli sürən mütəxəssis və  təşkilatçı 
kimi göstərmişdir. 
1969-82-ci illərdə Azərbaycan KP MK birinci katibi 
işləmiş, dünyada tanınmış siyasi və dövlət xadimi H.Əliyevin 
imzaladığı Azərbaycan KP MK bürosunun 1982-ci il 30 noyabr 
tarixli qərarında deyilir: «SSRİ elektrotexnika sənayesi 
nazirliyinin Fuad Xəlil oğlu Quliyevin Bakı  Məişət 
Kondisionerlər zavodunun direktoru təyin edilməsi haqqında 
təklifini qəbul etmək». Bu qərardan sonra F.Quliyev Bakı 
kondisionerləri Birliyinin baş direktoru olmuş və 1982-1994-cü 
illərdə birliyə başçılıq etmişdir. F.Quliyev bu vəzifədə Birliyin 
müəssisələrində müxtəlif məişət kondisionerlərinin, mətbəx 
kombaynlarının, elektrik şirəçəkənlərin, elektrik mühərriklərinin 
və s. istehsal olunması, dünya standartlarına uyğun gəlmələri və 
birliyin Azərbaycanın qabaqcıl sənaye müəssisələri cərgələrində 
addımlaması sahəsində xeyli iş görmüşdür.  
Azərbaycanın ən böyük və müasir sənaye müəssisələrinin 
birinə başçılıq edən, artıq özünü istehsalata rəhbərlik etmək 
qabiliyyətinə malik olduğunu göstərən F.Quliyev 1994-1995-ci 
illərdə Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 
tövsiyəsi ilə baş nazirin birinci müavini olmuş, baş nazir 
vəzifəsini icra etmişdir. O, bu vəzifələrdə respublikanın xalq 
təsərrüfatının geriliyini aradan qaldırmaq, inflyasiyanın qarşısını 
almaq sahəsində xeyli iş görmüşdür. 
F.Quliyev 1995-ci ilin may ayından 1996-cı ilin iyul ayına 
kimi Azərbaycan Respublikasının baş naziri vəzifəsində 
çalışmışdır. O, bu vəzifəyə başladığı ilk gündən sənaye 
məhsullarının, xüsusən neft sənayesinin aşağı düşməsinin 
qarşısının alınması, iqtisadi böhranın aradan qaldırlıması, 
Azərbaycan neft sənayesinin və onunla bağlı sənaye sahələrinin 
 
135


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə