Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 
isə Moskvada ÜİLKGİ MK-də komsomol təşkilat  şöbəsinin 
məsul təlimatçısı olmuşdur. 
1971-ci ilin əvvəllərində Bakıya qayıtmış H.Həsənov 
Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin tövsiyəsi ilə 
1971-1975-ci illərdə Azərbaycan KP MK-nın tikinti və  şəhər 
təsərrüfatı  şöbəsində  təlimatçı, bölmə müdiri, şöbə müdirinin 
müavini vəzifələrində çalışmışdır. 1975-1978-ci illərdə Azər-
baycan KP  26 Bakı Komissarı (indiki Səbayıl) rayonu partiya 
komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir.  
1978-1981-ci illərdə H.Həsənov Azərbaycan KP Sumqayıt 
və Kirovabad (Gəncə) şəhər partiya komitələrinin birinci katibi 
işləmişdir.  
H.Həsənov 1981-ci il yanvarın 16-da Azərbaycan KP MK 
bürosunun qərarı ilə Azərbaycan KP MK katibi və büro üzvü 
seçilmişdir. O, 1981-1990-cı illərdə Azərbaycan KP MK-nın 
ideologiya, inşaat və  nəqliyyat, iqtisadi məsələlər üzrə katibi 
vəzifəsini daşımışdır.  
Azərbaycan SSR Ali Sovetinin 1990-cı il 26 yanvar tarixli 
fərmanı ilə Nazirlər Sovetinin sədri təyin edilmişdir. 
1990-cı il fevralın 9-da Azərbaycan KP MK bürosunun 
iclası keçirilmişdir.  İclasın qərarı ilə H.Həsənov Azərbaycan 
SSR Nazirlər Sovetinin sədri təsdiq edilir. Azərbaycan KP MK 
bürosunun qərarında deyilir: «Həsən  Əziz oğlu Həsənov 
Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq edilsin… 
Yoldaş H.Həsənovun Azərbaycan KP MK katibi vəzifəsindən 
azad olunması  təklifini Azərbaycan KP MK plenumunun 
müzakirəsinə daxil etmək». 
H.Həsənov Azərbaycan Respublikasının bu ali icraedici 
vəzifəsində 1990-cı ilin fevralından 1992-ci ilin aprelinə kimi 
çalışmışdır. O, SSRİ tərkibində Azərbaycan SSR-in sonuncu baş 
naziri və Azərbaycan tam müstəqillik qazandıqdan sonra onun 
ilk baş naziri olmuşdur. O, Azərbaycanın baş naziri olarkən 
Türkiyə Respublikasının baş naziri Məsud Yılmaz, prezidenti 
Turqut Özal və parlament çoxluğunun lideri Süleyman 
Dəmirəllə danışıqlar aparmışdır.  
 
113


 
H.Həsənov Azərbaycan müstəqil dövlət olduqdan sonra 
cəmiyyətin yenidən qurulması  və demokratikləşdirilməsi 
istiqamətində bir çox qanun, qərar və  qətnamələrin 
hazırlanmasının və həyata keçirilməsinin iştirakçısı olmuşdur.  
O, Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın 
ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilən iri beynəlxalq 
Bizneç konqresin təşkilatçısı olmuşdur. 
SSRİ tərkibində olmasına baxmayaraq, Azərbaycanın bey-
nəlxalq  əlaqələrin birbaşa inkişaf etdirməsinin tərəfdarı olmuş-
dur. Azərbaycan Respublikasının Türkiyə,  İran, Avstraliya, 
İtaliya, Belçika, Səudiyyə  Ərəbistanına, SSRİ-nin keçmiş 
respublikalarına – yeni müstəqil dövlətlərə getmiş hökumət 
nümayəndə heyətinə başçılıq etmişdir.  
1990-cı ilin sentyabrında Türkiyə dövlət və hökumət baş-
çıları ilə Ankarada və İstanbulda apardığı danışıqlar nəticəsində 
birbaşa avrasiya, dəniz və avtomobil reyslərinin, telefon 
əlaqələri və birbaşa televiziya proqramlarının açılması, 
Naxçıvanda Azərbaycanın Türkiyə ilə  sərhəddindəki Sədərək 
avtomobil və  dəmiryolu körpüsünün tikilməsi, Naxçıvanın 
Türkiyədən gələn elektrik enerjisi ilə  təmin edilməsi, Bakıda 
Türkiyənin baş konsulluğunun açılması haqqında, gələcək 
birbaşa beynədxalq  əlaqələrin  əsasını qoyan bir sıra 
hökumətlərarası müqavilələr imzalamışdır. 
1991-ci ilin iyununda H.Həsənovun  İrana səfəri zamanı 
rəsmi Azərbaycan-İran danışıqları keçirilmiş, geniş  əhatəli 
məsələlərə aid hökumətlərarası müqavilələr imzalanmışdır. 
H.Həsənov 1992-ci ilin fevral ayında Brusselə getmiş
Avropa  Şurasının Siyasi Komitəsinin iclasında çıxış etmiş  və 
Azərbaycana tərəfdarlar qazandırmışdır. Həmin dövrdə H.Həsə-
nov NATO-nun qərargahına getmiş, geniş  çıxış etmiş, çoxlu 
sualları aydınlaşdırmışdır. 
1992-1993-cü illərdə H.Həsənov ABŞ-ın Nyu-York şəhə-
rində Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycan 
Respublikasının ilk daimi nümayəndəsi vəzifəsində çalışmış və 
ona müstəqil Azərbaycanın fövqəladə  və  səlahiyyətli səfiri 
 
114


 
rütbəsi verilmişdir. 1993-cü ilin aprelində BMT TŞ-də Azər-
baycan-Ermənistan münaqişəsinə dair 822 saylı birinci qətnamə, 
iyul ayında isə 853 saylı ikinci qətnamə qəbul olunmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fər-
manına  əsasən H.Həsənov 1993-1998-ci illərdə Azərbaycan 
Respublikasının xarici işlər naziri işləmişdir. O, bu dövrdə 
Fransa, Türkiyə, İran, Çin, Almaniya, Rusiya, Misirə rəsmi səfər 
etmiş, səfərlər zamanı iqtisadi, siyasi və  mədəni sahələrdə 
Azərbaycanın beynəlxalq  əlaqələrinin dərinləşdirilməsinə dair 
bir sıra mühüm ikitərəfli sənədlər imzalamışdır.  
Xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra H.Hə-
sənov elmi və bədii yaradıcılıqla məşğul olmağa başlamış, Azər-
baycan arxivlərindən materiallar toplamış  və bir sıra  əsərlər 
yazmışdır. Azərbaycan mütəfəkkiri və dramaturqu M.F.Axun-
dovun oğlu Rəşid bəy Axundovun arxivini toplayıb nəşr etdirmiş, 
«Brüsseldən məktublar» adlı pyes yazmış, Azərbaycan Milli 
Dram Teatrının səhnəsində qoyulmuşdur. Onun İstanbulda 
«Müstəqil Azərbaycanın yolları», «ABŞ-da lobbiləşmə və Azər-
baycan lobbisinin yaranma problemləri», «Ermənistan Respubli-
kasının Azərbaycan Respublikasına təcavüzü», «Azərbaycanın 
dünya sisteminə daxil edilməsi», «BMT nəzdində Azərbaycan 
Respublikasının daimi nümayəndəliyinin fəaliyyət xronikası», 
«Nəriman Nərimanov – milli təmayüllü kommunist» və s. əsər-
lərini yazmış və nəşr etdirmişdir. 
H.Həsənov SSRİ və Azərbaycan SSR Ali Sovetinin depu-
tatı seçilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin, 
Azərbaycan KP MK və Bakı Komitəsinin üzvlüyünə namizəd və 
üzvü olmuş, konfrans, plenum, qurultay və sessiyalarında nüma-
yəndə kimi iştirak etmişdir. 
H.Həsənov 1995-2000-ci illərdə birinci çağırış Azərbay-
can Respublikası Milli Məclisinin deputatı olmuşdur. 
H.Həsənov 2004-cü ilin iyulunda Azərbaycan Milli Elmlər 
Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Birləşmiş 
Dissertasiya  Şurasında «Nəriman Nərimanovun milli dövlətçilik 
 
115


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə