Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 
metodlarının işlədilməsi, respublikanın perspektivli rayonlarında 
mühüm faydalı qazıntı növlərinin axtarışı və kəşfiyyat işlərinin 
müəyyən edilməsi və s. problemlər sahəsində elmi-tədqiqat 
işləri aparmışdır. 
Ə.Əlixanov 1976-1990-cı illərdə Azərbaycan EA Təbii 
Ehtiyatların Kosmik Tədqiqi  İnstitutundu dəniz geologiyası 
laboratoriyasına rəhbərlik etmiş, burada da öz əsas işini – 
Xəzərin neft-qazlı sahələrinin tədqiqini davam etdirmişdir. 
Ə.Əlixanov 1950-1970-ci illərdə dəfələrlə Azərbaycan KP 
MK və BK üzvlüyünə namizəd və üzvü, büro və  rəyasət 
heyətinin üzvü, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin 
üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, sessiya-
ların deputatı olmuşdur. 
O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və 
medallarla mükafatlandırılmışdır. 
Ə.Əlixanov 1993-cü il Bakı şəhərində vəfat etmişdir. 
 
* * * 
 
- Altıncı çağırış Azərbaycan SSR Ali Sovetinin iclasları. 
Səkkizinci sessiya. Stenoqrafik hesabat. Bakı, 1966. 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.77, iş 165. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Altıncı 
çağırış. Bakı, 1965. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Yeddinci 
çağırış. Bakı, 1968. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.IV. Bakı, 1980. 
- Beşinci çağırış Azərbaycan SSR Ali Sovetinin iclasları 
(səkkizinci sessiya). Stenoqrafik hesabat. Bakı, 1962. 
 
 
101


 
ƏLİ İSMAYIL OĞLU İBRAHİMOV 
aprel 1970 – yanvar 1981 
 
Azərbaycanın siyasi, dövlət və 
təsərrüfat rəhbərlərindən biri Ə.İbrahimov 
olmuşdur. 
Əli İsmayıl oğlu İbrahimov 1913-cü il 
oktyabrın 1-də Rusiya imperiyasının Çita 
vilayətinin Ust-Kara kəndində kəndli ailəsin-
də anadan olmuşdur. Onun baba və nənələri 
1860-1870-ci illərdə Sibirə sürgün edilmiş 
azərbaycanlı  kəndliləri olmuşdur. Atası  və 
anası Sibirdə doğulmuş  və orada yaşamışlar.  İnqilabi hərəkata 
qoşulmuş atası İsmayıl 1919-cu ildə ağ qvardiyaçılar tərəfindən 
güllələnmişdir. Anasının himayəsində olan Əli kənd məktəbində 
oxumuş və onu 1929-cu ildə bitirmişdir. 
1929-cu ildə  İbrahimovlar ailəsi Bakıya köçür. Ə.İbrahi-
mov Bakıya gəldikdən sonra tezliklə Bakı mexaniki texniku-
muna daxil olur. 1932-ci ildə texnikumu texnik-mexanik peşəsi 
ilə bitirən Ə.İbrahimov l.Şmidt (indiki Səttarxan) adına zavodda 
əmək fəaliyyətinə başlayır. 
Ə.İbrahimov istehsalatda işləməklə yanaşı savadını, biliy-
ini artırmaq işinə  də fikir verirdi. O, bu məqsədlə 1932-ci ildə 
Azərbaycan Sənaye  İnstitutunun mexanika fakültəsinə daxil 
olmuşdur. Zavodda əmək fəaliyyəti göstərən Ə.İbrahimov 1937-
ci ildə institutu mühəndis-mexanik kimi bitirib ali təhsilli 
mütəxəssisə çevrilir. Gənc mühəndis Ə.İbrahimov l.Şmidt adına 
zavodda  əsas istehsalat sahələrindən birinə – mexaniki sexə 
başçılıq etməyə başlayır. O, burada 1938-ci ilin dekabrına kimi 
çalışır. Sonra isə əsgərliyə çağırılır. 
1938-1940-cı illərdə  Ə.İbrahimov sovet ordusunun Sakit 
okean donanmasının tərkibində Olqa limanında qulluq etmişdir. 
1941-1943-cü illərdə  təcrübəli mütəxəssis, işgüzar rəhbər 
Ə.İbrahimov 1 May adına Bakı maşınqayırma zavodunun baş 
mühəndisi vəzifəsinə irəli çəkilir. 1943-1945-ci illərdə o, Kirov 
 
102


 
adına Bakı qazıma dəzgahları zavodunun direktoru olmuşdur. O, 
bu zavodların müharibənin tələb etdiyi sursatlar istehsal etməsi, 
döyüşən ordunu hərbi ləvazimatlarla və neft mədənlərini 
avadanlıqla təmin olunması sahəsində var qüvvəsi ilə çalışmış-
dır. 
Ə.İbrahimov 1945-1946-cı illərdə Bakı Partiya Komitəsi 
katibinin maşınqayırma sənayesi üzrə müavini olmuşdur. Lakin 
tezliklə o, yenidən neft maşınqayırma sənayesi müəssisələrində 
geriliyi aradan qaldırmaq, kadrla möhkəmləndirmək məqsədilə 
istehsalata rəhbər vəzifəyə göndərilir.  Ə.İbrahimov 1946-1948-
ci illərdə Azneftmaş trestinə  rəhbərlik etmişdir. O ilk gündən 
trestə tabe olan zavod və sexlərin texnoloji proseslərinin yaxşı-
laşdırılması, əməyin düzgün təşkil edilməsi və s. tədbirlər həyata 
keçir. Bunların nəticəsində Azneftmaşın müəssisələri istehsalat 
tapşırıqlarını  və planlarını artıqlaması ilə yerinə yetirmiş  və 
respublikanın qabaqcıl müəssisələrinə çevrilmişdir. 
1948-1950-ci illərdə  Ə.İbrahimov Azərbaycan KP MK 
katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri olmuş-
dur. O, Azərbaycan MK-da işlədiyi zaman müəssisələrdə siyasi-
kütləvi işin yüksəldilməsi, istehsalat planlarının yerinə 
yetirilməsi sahəsində xeyli iş görmüş, yüngül, toxuculuq, yeyinti 
nazirliklərinin sənayenin və  nəqliyyatın başqa sahələrinin 
müəssisələrinin  əksəriyyəti plan taprşırıqlarını vaxtından  əvvəl 
ödəmişdir. Respublikanın dəmiryol, su və avtomobil 
nəqliyyatında vəziyyətin yaxşılaşdırılması və inkişaf etdirilməsi, 
işgüzar kadrlarla təmin olunmasında var qüvvəsini sərf etmişdir. 
Ə.İbrahimov 1950-1953-cü illərdə Azərbaycan Nazirlər 
Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953-1954-cü 
illərdə respublika Dövlət Plan Komitəsinin sədrinin birinci 
müavini, 1954-1963-cü illərdə Azərbaycan SSR Dövlət Plan 
Komitəsinin sədri, 1963-1965-ci illərdə Zaqafqaziya iqtisadi 
rayonunun Plan Komissiyasının sədri, 1965-1970-ci illərdə isə 
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini 
vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə respublika xalq 
təsərrüfatının müxtəlif sahələrinin planlaşdırması, iri fabrik və 
 
103


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə