Azərbaycanin baş naziRLƏRİ


MƏMMƏD ƏBDÜL OĞLU İSGƏNDƏROV



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
MƏMMƏD ƏBDÜL OĞLU İSGƏNDƏROV 
iyul 1959 – dekabr 1961 
 
Azərbaycanın ictimai-siyasi xadimlərin-
dən, neftçi-geoloq alimlərindən söz düşdükdə 
M.İsgəndərovun adı hörmətlə çəkilir. 
Məmməd  Əbdül oğlu İsgəndərov 1915-
ci ildə Qubadlı rayonunun Evarlı  kəndində 
yoxsul kəndli ailəsində anadan olmuşdur. 
1924-cü ildə  kənd məktəbində oxumağa baş-
layan və 1928-ci ildə  həmin məktəbi müvəf-
fəqiyyətlə bitirən Məmməd Bakıya gələrək 
M.Ə.Sabir adına pedaqoji texnikuma daxil olur. 1932-ci ildə texni-
kumu bitirən M.İsgəndərov 1934-cü ilin ortalarına kimi Zəngilan 
rayonunun Xanlıq kəndindəki orta məktəbdə müəllim işləyir. O, ilk 
gündən yoxsul kəndli uşaqlarının məktəbə cəlb olunması, oxumağa 
maraqlarının artmasında xeyli əmək sərf etmişdir. 
1934-1935-ci illərdə M.İsgəndərov Kirovabad rayonunun 
Şəmsəddin kəndindəki ibtidai məktəbdə müəllimlik edir. O, 
1935-ci ildə Bakıya gəlir və Azərbaycan Sənaye  İnstitutunun 
hazırlıq kursuna daxil olur. Bir il hazırlıq kursunda oxuyandan 
sonra, yəni 1936-cı ildə o, institutun tələbəsi olur. 1940-cı ildə 
institutu mühəndis-geoloq kimi bitirmişdir. 
M.İsgəndərov gənc mühəndis-geoloq kimi Molotovneft 
trestinin I mədənində işləməyə başlamışdır. Lakin Böyük Vətən 
Müharibəsinin başlanması ilə əlaqədar olaraq orduya çağırılmış-
dır. 
1941-1943-cü illərdə o, Moskva və Kiyev cəbhələrində 
xüsusi qrup rəisi, xüsusi istehkamçı batalyon qərargahının rəisi, 
atıcı polkunun mühəndisi, xüsusi istehkamçı batalyon komandir-
inin müavini olmuş, istehkamlar qurulmasında, səngər və başqa 
tikinti işlərində iştirak etmişdir. 
1943-cü ildə düşmənə tezliklə  qələbə çalmaq üçün çoxlu 
yanacaq tələb olunurdu. Bu zaman bilavasitə M.Bağırovun tə-
şəbbüsü ilə müharibəyə  səfərbər edilmiş Bakı neftçi 
 
91


 
mütəxəssislərinin geri, öz işlədikləri mədənlərə qaytarılması 
məsələsi irəli sürülmüşdü. Dövlət Müdafiə Komitəsi neftçilərin 
ordudan geri çağırılması haqqında xüsusi qərar çıxarmışdır. 
Cəbhədən geri çağırılmış neftçilərdən biri də M.İsgəndərov 
olmuşdur. 
1943-1945-ci illərdə M.İsgəndərov  Molotovneft  trestinin   
5-ci mədənində geoloq, 6-cı  mədəninin partiya komitəsinin 
katibi olmuşdur. O, bir cəbhəçi kimi yeni-yeni neft quyularının 
qazılıb istifadəyə verilməsi, çoxlu neft çıxarılması və neftçilərin 
işə səfərbər edilməsində yaxından iştirak etmişdir. 
M.İsgəndərov 1945-1947-ci illərdə Azərbaycan KP Bakı 
Komitəsi katibinin neft üzrə müavini, 1947-1948-ci illərdə Bakı 
şəhəri Lenin rayonu partiya komitəsinin birinci katibi, 1948-
1949-cu illərdə isə Azərbaycan SSR dövlət nəzarəti nazirinin 
müavini vəzifələrində çalışmışdır. 
M.İsgəndərov bir geoloq kimi təsərrüfat, partiya işində 
çalışmasına baxmayaraq, eyni zamanda elmi işlə  də  məşğul 
olmuş, SSRİ Ali Attestasiya Komissiyası ona 1946-cı ildə 
namizədlik dissertasiyasını müdafiə etdiyinə görə geologiya-
mineralogiya elmləri namizədi, 1957-ci ildə isə doktorluq dis-
sertasiyasını müdafiə etdiyi üçün geologiya-mineralogiya 
elmləri doktoru elmi dərəcəsini, neft geologiyası üzrə professor 
elmi vəzifəsini vermişdir. 
1948-1949-cu illərdə Bakının Orconikidzeneft tresti 
dövlətin neft hasilatı planlarını yerinə yetirmir və  ən geridə 
qalan trestlərdən birinə çevrilmişdi. Bu barədə M.Bağırovun 
1949-cu il aprelin 18-də Moskvaya, SSRİ Nazirlər Sovetinə 
göndərdiyi məktubda yazılır: «Bir neçə il ərzində Or-
conikidzeneft dövlət planını yerinə yetirmir… Sizdən xahiş 
edirəm, trestin müdirini… rəhbərliyi bacarmadığı üçün 
vəzifədən azad edib, bu vəzifəyə mühəndis-geoloq Məmməd 
Abdul oğlu İsgəndərovu təyin edəsiniz…». 
1949-1951-ci illərdə M.İsgəndərov Orconikidzeneft 
trestinin müdiri, 1951-1953-cü illərdə Leninneft trestinin müdiri, 
Azneft Birliyinin baş mühəndisi və  rəisinin birinci müavini 
 
92


 
olmuşdur. M.İsgəndərov Azərbaycan rəhbərliyinin etimadını 
daha da möhkəmləndirmək üçün ona tapşırılan bu işlərdə 
dövlətin neft sahəsində qoyduğu vəzifələri ləyaqətlə yerinə 
yetirir, trestlərin neft çıxarılması sahəsində geriliyini aradan 
qaldırır, onları Bakının qabaqcıl neft trestlərinə çevirir, neft 
sənayesinin daha da inkişaf etməsinə var qüvvəsi ilə çalışırdı. 
Azərbaycan neft sənayesinin müxtəlif sahələrində 
təcrübəli təsərrüfat işçisi kimi yetişmiş M.İsgəndərov 1953-
1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci 
katibi, 1954-1959-cu illərdə isə Azərbaycan KP MK katibi 
vəzifələrini daşımışdır. O, bu vəzifələrdə özünü bacarıqlı, ener-
jili, hazırlıqlı  rəhbər təsərrüfat işçisi kimi göstərmiş, sənaye və 
tikinti müəssisələrinə  çətinlikləri aradan qaldırmaqda, dövlət 
tapşırıqlarını  və öhdəliklərini yerinə yetirmələrində gündəlik 
yardım etmiş, istehsalatın yaxşı  təşkilatçısı olduğunu 
göstərmişdir. 
1959-1961-ci illərdə M.İsgəndərov Azərbaycan SSR 
Nazirlər Sovetinin sədri olmuşdur. O, bu dövrdə SSRİ 
məkanında o cümlədən Azərbaycanda geniş surətdə  həyata 
keçirilməyə başlanmış yeddillik planın yerinə yetirilməsi 
uğrunda gedən mübarizənin rəhbərlərindən biri olmuşdur. O, 
Azərbaycan iqtisadiyyatının və 
mədəniyyətinin bütün 
sahələrində nailiyyətlər qazanılması yolunda var qüvvəsini sərf 
etmişdir. 
1961-ci il dekabrın 28-29-da Azərbaycan SSR Ali 
Sovetinin beşinci çağırış  səkkizinci sessiyası keçirilmişdir. 
Sessiyada deputatlar başqa məsələlərlə yanaşı  təşkilat 
məsələsinə  də baxmışdır. Sessiyanın dekabrın 29-da keçirilən 
üçüncü iclasında Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin 
sədri vəzifəsi məsələsi müzakirə olunmuşdur. Sessiyada deputat-
lar M.İsgəndərovu yekdilliklə Azərbaycan SSR Ali Soveti 
rəyasət heyətinin sədri seçmişlər. Azərbaycan SSR Ali Sovetinin 
bu barədəki qərarında deyilir: «Azərbaycan Sovet Sosialist 
Respublikasının Ali Soveti qərara alır: 
 
93


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə