Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 
 
 
76


 
TEYMUR İMANQULU OĞLU QULİYEV 
noyabr 1937 – aprel 1953 
iyul 1953 – fevral 1954 
 
Azərbaycanın dövlət xadimlərindən 
biri T.Quliyev olmuşdur. Teymur İmanqulu 
oğlu Quliyev 1896-cı ildə Qaryagin (indi 
Füzuli) qəzasının Cəbrayıl kəndində  kəndli 
ailəsində anadan olmuşdur. O, ilk təhsilini 
iki sinifli kənd məktəbində almış, 1909-cu 
ildə  məktəbi bitirib Gürcüstanın Qori 
şəhərinə gedərək seminariyaya daxil olmuş-
dur. O, dünya, rus klassiklərinin  əsərləri ilə 
tanış olmuş  və dünyagörüşü xeyli dəyişmiş, gənc Teymurda 
vətənə, xalqa xidmət etmək əhval-ruhiyyəsi yüksəlmişdir. 
1914-cü ildə Qori müəllimlər seminariyasını müvəffəqiy-
yətlə bitirən T.Quliyev gənc müəllim kimi Cəbrayıl kəndinə 
gəlmiş  və iki sinifli kənd məktəbində müəllimlik etməyə ba-
şlamışdır. O, 1918-ci ilin ortalarına kimi müəllimlik edərək 
kəndli balalarının məktəbə oxumağa cəlb olunması sahəsində 
xeyli iş görmüşdür. Ailə vəziyyətinin ağırlığı onu müəllimlikdən 
uzaqlaşmağa məcbur etmişdir. 
1918-1919-cu illərdə T.Quliyev Culfa-Bakı dəmiryolunun 
çəkilişində işləmişdir. 1919-1920-ci illərdə isə o, Cəbrayıl poç-
tunda çalışmış  və burada ikinci peşə – teleqrafçı peşəsini 
öyrənmişdir. Eyni zamanda o, burada inqilabi hərəkata qoşul-
muş,  əvvəlcə  dəmiryol fəhlələri, sonra isə  əsgərlər arasında 
təbliğati iş aparmışdır. Təbliğatçılıq fəaliyyəti üçün həbs ol-
unacağını hiss edən T.Quliyev gizli fəaliyyətə keçməyə məcbur 
olur. 
1920-1921-ci illərdə T.Quliyev əvvəllər Cəbrayıl inqilab 
komitəsinin, sonralar yoxsul komitəsinin sədri, yetim uşaqlar yur-
dunun direktoru vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə 
 
77


 
Cəbrayıl kəndində yoxsulları yeni hakimiyyət orqanlarını müdafiə 
etməyə, onu möhkəmləndirməyə  cəlb etmiş, yoxsul və kimsəsiz 
uşaqları bir yerə topolayıb yetimlər evi yaratmış  və onlara 
hərtərəfli yardım göstərilməsi işinə xeyli əmək sərf etmişdir. 
1921-1934-cü illərdə Azərbaycan Fövqəladə Komissiyası-
nın orqanlarında işləmişdir: 
T.Quliyev 1921-ci ildə Qaryagin qəza komitəsinin 
göstərişi ilə antisovet qüvvələrə qarşı mübarizə aparmaq üçün 
Azərbaycan Fövqəladə Komissiyası müvəkkilinin köməkçisi və 
siyasi bürosunun rəisi olmuşdur. O, bu zaman yeni yaranmaqda 
olan hökumətin ziddinə gedən dəstələrin məhv olunmasında fəal 
iştirak etmişdir. 
1923-1929-cu illərdə o, Bakıda Azərbaycan Dövlət Siyasi 
İdarəsində gizli şöbənin və xüsusi şöbənin rəisi vəzifələrində 
çalışmışdır. O, bu vəzifələrdə  işlərkən Azərbaycanın müxtəlif 
rayonlarına ezam olunmuşdur. T.Quliyev antisovet qüvvələrə 
qarşı mübarizə aparmış, təşkilati işlərlə  məşğul olmuş, yeni – 
gənc siyasi idarə  işçilərinə qarşıda duran problemləri başa 
salmış  və dövlət işində  əyintilərə, möhtəkirlərə qarşı amansız 
olmağa çağırmışdır. 
T.Quliyev 1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi 
İdarəsinin Lənkəran şöbəsinin rəisi olmuş, 1930-1931-ci illərdə 
isə  Gəncə xüsusi əməliyyat  şöbəsinin rəisi vəzifəsində 
işləmişdir. O, bu dövrdə Azərbaycanda din pərdəsi altında 
genişlənən hərəkatlara, kolxoz və sovxozların komsomol 
təşkilatlarının yaradılması  əleyhinə  çıxan qolçomaqlara qarşı 
aparılan mübarizədə fəal iştirak etmişdir. 
Gəncə hadisələri yatırıldıqdan sonra Bakıya çağırılan 
T.Quliyev 1931-1934-cü illərdə Azərbaycan Dövlət Siyasi 
İdarəsinin mərkəzi aparatında iqtisadi şöbə  rəisinin müavini 
vəzifəsini daşımışdır. 
1934-1937-ci illərdə T.Quliyev Azərbaycan SSR Ali 
Məhkəməsi xüsusi kollegiyasının sədri, Azərbaycan SSR Ali 
Məhkəməsinin sədri olmuşdur. O, bu illərdə respublikada məh-
 
78


 
kəmə  işlərinin sistemləşdirilməsi, düzgün aparılması, qanunçu-
luğun möhkəmləndirilməsi və qorunması sahəsində böyük işlər 
görmüş  və  hər cür qanun pozanlara, əliəyrilərə, dövlət mülkiy-
yətini mənimsəyənlərə qarqı amansız mübarizə aparmışdır. Belə 
fəaliyyətinə görə o, «Fəxri çekist» nişanı və döyüş silahı ilə təltif 
edilmişdir. 
Azərbaycan SSR Mərkəzi  İcraiyyə Komitəsinin rəyasət 
heyətinin 1937-ci il 3 noyabr tarixli qərarı ilə T.Quliyev 
Azərbaycan SSR XKS sədri təyin edilmişdir. Qərarı  MİK 
sədrinin vəzifəsini icra edən M.Qasımov və katibi 
M.Şəmsəddinski imzalamışlar. 
1937-1954-cü illərdə T.Quliyev respublikanın  ən yüksək 
vəzifələrindən birində – Azərbaycan SSR Xalq Komissarları 
Sovetinin (sonralar Nazirlər Sovetinin) sədri vəzifəsində çalış-
mışdır. O, bu məsul vəzifədə özünün tükənməz qüvvəsini 
Azərbaycanın sənaye və  kənd təsərrüfatının, elm və 
mədəniyyətinin inkişaf etməsi, qabaqcıl respublikaya çevrilməsi 
işinə sərf etmişdir. 
T.Quliyevin sədrlik etdiyi Azərbaycan SSR hökuməti 
Böyük Vətən müharibəsi illərində alman faşist işğalçıları 
üzərində  qələbə üçün döyüşən cəbhənin lazım olan hər  şeylə 
fasiləsiz təmin olunması uğrunda zəhmətkeşləri gərgin və çətin 
mübarizəyə qaldırmışdır. 
Azərbaycan xalqının təsərrüfatın və  mədəniyyətin bütün 
sahələrinin inkişafında və müvəffəqiyyətlər qazanmasında re-
spublika Nazirlər Soveti və ona sədrlik etmiş T.Quliyevin 
xidmətləri böyük olmuşdur. 
O, SSRİ Ali Sovetinin ikinci sessiyasının 1951-ci il martın 
8-də ikinci iclasındakı 
çıxışında Azərbaycanın 
müvəffəqiyyətlərindən danışaraq demişdir: «Ölkəmizin başqa 
xalqları kimi Azərbaycan xalqı da var qüvvəsilə… respublikada 
xalq təsərrüfatının və  mədəniyyətin bütün sahələrini daha da 
inkişaf etdirməyə çalışır… Azərbaycan neftçiləri dənizdəki yeni 
 
79


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə