Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 
işlədikləri mədənlərə qaytarılması  məsələsi sovet hökuməti 
qarşısında irəli sürülmüşdür. Dövlət Müdafiə Komitəsi onun 
təşəbbüsü əsasında neftçilərin ordudan geri çağırılması haqqında 
xüsusi qərar qəbul etmişdir. Bilavasitə onun rəhbərliyi altında 
Bakı neftçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsi 
dövründə  cəbhə üçün 130 növ müxtəlif silah, döyüş sursatı, 
hərbi texnika hazırlamış, SSRİ-də istehsal olunan neftin 75%-ni, 
aviasiya benzininin isə 85-90%-ni istehsal etmişdilər. 
Azərbaycan xalqı müharibədən sonra – 1946-cı ilin 
fevralında SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə 
M.Bağırovun deputatlığa namizədliyini irəli sürmüşdür. O, 
1946-cı il fevralın  2-də Bakı şəhərində öz seçiciləri ilə görüşü 
zamanı respublikanın müharibədən sonrakı inkişafından geniş 
danışaraq demişdir: «Siz ikinci dəfədir ki, məni SSRİ Ali Soveti 
deputatlığına namizəd göstərirsiniz. Mən öz tərəfimdən sizi 
əmin edə bilərəm ki, … sizin göstərdiyiniz bu yüksək etimadı 
doğrultmaq üçün var qüvvəmi sərf edəcəyəm. 
Bu beşillikdə biz hamımız neft hasilatını müharibədən 
əvvəlki səviyyəyə çatdırmalı  və onu ötüb keçməliyik. Buna 
müvəffəq olmaq üçün qazma işlərini olduqca genişləndirmək və 
kəşfiyyata xüsusi fikir vermək lazımdır. Biz, Azərbaycan neft 
sənayesi üçün qüvvətli ləvazimat – texniki mənbələr yaratmaq 
haqqında… qərarı həyata keçirməliyik. Bu o deməkdir ki, biz bir 
neçə zavod, o cümlədən Sumqayıtda böyük boru zavodu 
tikməliyik. 
Biz, neft sənayesinin və ümumiyyətlə, respublika xalq 
təsərrüfatının elektrik qüvvəsinə olan və getdikcə artan 
tələblərini tamamilə yerinə yetirməliyik. Bunun üçün bir neçə 
elektrik stansiyası, o cümlədən Mingəçevir su elektrik stansiyası 
kimi böyük bir müəssisə tikməliyik. 
Bu beşillikdə Zaqafqaziyada metallurji mənbə yaradılır, 
bunun üçün biz hamımız Daşkəsənin tikintisini başa çatdırılma-
sını təmin etməliyik». 
 
66


 
Sovet ordusu 1941-ci ildə  İran sərhədlərini keçib Cənubi 
Azərbaycana girdi. Bu dövrdə M.Bağırov Cənubi Azərbaycanın 
müxtəlif  şəhər və  kəndlərində partiya, sovet, təsərrüfat, 
mədəniyyət, hüquq müdafiə  və s. təşkilatların yaradılmasında, 
onlara kömək üçün azərbaycanlı kadrlarının göndərilməsində 
xeyli iş görmüşdür. Eyni zamanda Cənubi Azərbaycan 
zəhmətkeşlərinə  qənd, taxıl, neft məhsulları, parça və s. 
məhsullar göndərilməsini təşkil etmişdir. 
1941-1945-ci illərdə sovet qoşununun əksəriyyəti azərbay-
canlılardan olan əsgər və zabitlərin köməyi ilə Cənubi Azərbay-
canda demokratik hərəkat güclənməyə başladı. O, SSRİ 
hökuməti ilə Cənubi Azərbaycan şəhərlərində fabrik, zavod və s. 
müəssisələr açılmasını, neft kəşfiyyatı işlər aparılmasını razılaş-
dırmışdı. Cənubi Azərbaycan məsələlərini həll etmək məqsədilə 
dəfələrlə Moskvaya getmiş, İ.Stalinlə və b. dövlət rəhbərləri ilə 
danışıqlar aparmışdır. M.Bağırov Bakı, Naxçıvan və Culfada 
Cənubi Azərbaycan demokratik hərəkatının rəhbərləri ilə 
görüşmüş  və onlara bir sıra məsləhətlər vermiş, neçə hökumət 
qurmaq haqqında fikir mübadiləsi aparmışdır. 1945-ci il 
dekabrın 12-də Azərbaycan Milli hökumətin yaradılmasını 
M.Bağırov böyük sevinclə qarşılamış və onun möhkəmlənməsi, 
tezliklə bütün zəhmətkeşlərin hakimiyyətinə, mənafelərinin 
müdafiəçisinə çevrilməsi sahəsində xeyli əmək sərf etmişdir. O, 
bu dövrdə İ.Stalinə yazdığı məktubda yeni yaranmış hökumətin 
dövlət idarəetmə  təcrübəsi olmadığını qeyd edir və onlara 
kömək üçün öz adamlarımızdan məsləhətçilər göndərilməsini 
xahiş edirdi. 
1946-cı ilin ortalarında sovet qoşunu Cənubi 
Azərbaycandan çıxarılmağa başlamışdı. Bundan istifadə edən 
İran hökuməti öz qoşunlarını  Cənubi Azərbaycan torpaqlarına 
yeritmiş  və qanlı vuruşmalar başlamışdı. Yenə  də M.Bağırov 
müdafiə  işlərini təşkil etmək məqsədilə  İ.Stalinə müraciət 
edərək Azərbaycan ordusunun saxlanmasını, Təbrizə 
azərbaycanlı məsləhətçilər göndərilməsini xahiş etmişdir. 
 
67


 
Cənubi Azərbaycan Milli hökuməti yıxıldıqdan,  İran  şah 
qoşunları  Təbrizi və  Cənubi Azərbaycanın başqa  şəhər və 
kəndlərini işğal etdikdən sonra sovet sərhədinə çoxlu insan axını 
toplanmışdı. M.Bağırov  İ.Stalinə  sərhəddin açılması  və qa-
çqınların  Şimali Azərbaycanda yerləşdirilməsi haqqında 
müraciət edir. İ.Stalindən razılıq alan M.Bağırov Cənubi 
Azərbaycan qaçqınlarının  Şimali Azərbaycanın müxtəlif  şəhər 
və rayonlarında yerləşdirilməsinə nail olur. Onların tezliklə işlə, 
mənzillə, ərzaq məhsulları ilə təmin olunmasına çalışır. 
1945-ci il noyabr ayının axırlarında M.Bağırov ÜİK(b)P 
MK katibi G.Malenkovdan bir məktub alır. Məktubda göstərilir 
ki, Ermənistan K(b)P MK katibi G.Arutunov ÜİK(b)P MK-da 
DQMV-in Ermənistan SSR-yə verilməsi məsələsinə baxılmasını 
təklif etmişdir. G.Malenkov Ermənistandan gələn məktubu 
M.Bağırova göndərmişdi. M.Bağırov məktubla tanış olduqdan 
sonra G.Malenkova 1945-ci il dekabrın 10-da cavab məktubu 
göndərmişdi. Məktubda DQMV yaradılması prosesi tarixi ətraflı 
göstərilməklə yanaşı qeyd olunurdu ki, DQMV Ermənistan SSR 
ilə  həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında 
əhalinin  əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, 
Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir. M.Bağırov 
məktubda yazır: «Eyni zamanda ÜİK(b)P MK nəzərinə çatdır-
mağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə 
qatılması  məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və 
əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan 
SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan 
SSR-yə verilməsi məsələsinə  də baxılmalıdır… Eyni zamanda 
Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in 
tərkibinə qatılması  məsələsinə  də baxılmalıdır. Çünki əhalisi 
tamamilə azərbaycancanlılardır və Azərbaycan SSR-lə bilavasitə 
yanaşıdır. 
Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və 
Qasımkənd rayonları  ərazisinin də Azərbaycan SSR tərkibinə 
daxil edilməsi məsələsinə  də baxılsın. Keçmişdə Azərbaycanın 
bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu 
 
68


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə