Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
Qırmızı Əmək Bayrağı ordeni və ZSFSR Qırmızı Əmək Bayrağı 
ordeni və s. mükafatlandırılmışdır. 
D.Bünyadzadə repressiyaya məruz qalmış və 1938-ci ildə 
həbs edilib güllələnmişdir. 
 
* * * 
- Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. 
C.1. Bakı, 1986. 
- «Azərbaycan gəncləri» qəz., №42, 1968, 9 aprel. 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74, iş 239; siy.122, iş 139a; 
siy.85, iş 785. 
- Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal 
mübarizlər. Bakı, 1958. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.II. Bakı, 1978. 
- Borğba za pobedu Sovetskoy vlasti v Azerbaydjane 
1918-1920. Dokumentı i materialı. Baku, 1967. 
-  İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist in-
qilabının qələbəsi. Bakı, 1970. 
- Rezolöüii i postanovleniə scezdov Sovetov Azerbaydjan-
skoy SSR (1921-1937 qq.). Baku, 1961. 
 
 
 
59


 
MİRCƏFƏR ABBAS OĞLU BAĞIROV 
oktyabr 1932 – dekabr 1933 
aprel-iyul 1953 
 
Mircəfər Abbas oğlu Bağırov 1896-cı 
il sentyabrın 17-də Quba şəhərində 
zəhmətkeş ailədə anadan olmuşdur. 
İlk təhsilini mollaxanada almış 
Mircəfər 1907-ci ildə Quba şəhərindəki 
ibtidai məktəbə daxil olur. Məktəbi 
müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini 
Quba Ali ibtidai məktəbində davam etdirir. 
1913-cü ildə  məktəbi bitirib Petrovski (Ma-
haçqala)  şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna 
daxil olmuşdur. 1915-ci ildə kursu bitirən M.Bağırov  əmək 
fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasında başlamışdır. 
1915-1917-ci illərdə M.Bağırov Nəcəfkənd, Quba şəhər 
məktəblərində müəllimlik etmiş  və  məktəbə  uşaqların cəlb 
olunması, böyüklər üçün axşam kursunun açılması  və savad-
sızlığın ləğvi sahəsində xeyli iş görmüşdür. O, müəllimliklə 
yanaşı zəhmətkeşlər arasında fəal maarifçilik və çarizm əleyhinə 
gizli inqilabi təbliğat işi aparırdı. Kəndlilərə  və onların övlad-
larına savad öyrətməklə, azərbaycanlı  qızları  məktəbə  cəlb 
etməklə yanaşı, kəndlilərə yoxsulluqlarının və hüquqsuzlu-
qlarının səbəbini izah edir, onları zülmkarlara və istismarçılara 
qarşı mübarizə aparmağa çağırırdı. 
1917-ci il Fevral inqilabı dövründə M.Bağırov açıq və  
gərgin inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və  kəndli 
deputatları sovetinin yaradılması, fəhlə  və  kəndli ittifaqının 
möhkəmlənməsi, xan və  bəy torpaqlarının yoxsul kəndlər tərə-
findən zəbt olunması uğrunda mübarizə aparmışdır. 
M.Bağırovun və b. inqilabçıların rəhbərliyi altında 
əksəriyyəti yoxsul kəndlilərdən və  əsgərlərdən ibarət olan İn-
qilabi Şura Qubada hakimiyyəti ələ alır, döyüş drujinası yaradır 
 
60


 
və mülkədar mülklərini ələ keçirir. Qubada İnqilab Komitəsinin 
hakimiyyəti elan edilir və Quba qəza  İcraiyyə Komitəsi 
yaradılır. M.Bağırov İcraiyyə Komitəsinin sədr müavini seçilir. 
1918-ci ilin mart-may aylarında M.Bağırovun və b. in-
qilabçıların Quba qəzasında fəhlə, kəndli və  əsgər sovetləri 
yaratmaq, milli qırğının qarşısını almaq uğrunda apardıqları 
mübarizəyə baxmayaraq fəaliyyətləri uğursuz olur. M.Bağırov 
gizli fəaliyyətə keçir. Sonra isə gizli yolla Bakıya gəlir. O, ilk 
gündən döyüş drujinasının tərkibinə daxil olur və Bakının 
müdafiəsində iştirak edir. Bakıda sovet hakimiyyət 1918-ci ildə 
yıxıldı. M.Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə 
birlikdə Həştərxana gedir. 
1918-1920-ci illərdə M.Bağırov Həştərxanda dəmir 
polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun 
hərbi komissarı, XI Ordunun Hərbi  İnqilab  Şurasının mühüm 
tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı  dəstənin hərbi 
komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz 
bürosunun  əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının 
müvəkkili vəzifələrində çalışmışdır. Onun başçılıq etdiyi dəstə 
Həştərxanda  əksinqilabi mart qiyamının yatırılmasında, Ural, 
Voronej, Volqaqrad ətrafında ağ qvardiyaçılara qarşı 
döyüşlərdə, Cənubi Dağıstanın və Quba qəzasının  əksinqilabi 
qüvvələrinin təmizlənməsində vuruşmuş, özünü bacarıqlı bir 
komandir və zəhmətkeşlərin azadlığı uğrunda mübariz bir əsgər 
kimi göstərmişdir. M.Bağırov göstərdiyi igidlik və  mərdliyə 
görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı 
bayraq ordeni ilə mükafatlandırılmışdır.  
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 
M.Bağırov Azərbaycan Müvəqqəti  İnqilab Komitəsi tərəfindən 
Dağlıq Qarabağa göndərilir. O, Dağlıq Qarabağ vilayət inqilab 
komitəsi sədrinin müavini və XI ordunun Hərbi inqilabi şurası-
nın müvəkkili kimi fəaliyyət göstərmiş  və burada Azərbaycan 
ordusu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırıl-
 
61


 
masında, erməni-daşnak və  əksinqilabi qüvvələrin darmadağın 
olunmasında xeyli əmək sərf etmişdir. 
1920-1921-ci illərdə XI ordunun Hərbi İnqilabi Şurasının 
sərəncamında olan M.Bağırov II briqadanın komandiri, I atıcı 
diviziyanın hərbi tribunalının, XI ordu Hərbi tribunalının səyyar 
sessiyasının sədri, Azərbaycan diviziyasının hərbi komissarı 
vəzifələrində çalışmışdır.  O,  bu  məsul hərbi vəzifələrdə 
Azərbaycan ordusunun yaradılmasında, onlara azərbaycanlıların 
cəlb edilməsində, 
əsgərlərin nizam-intizamının 
möhkəmləndirilməsində, yeni silahlarla silahlanmalarında, 
döyüş qabiliyyətinin yüksəldilməsində xeyli iş görmüşdür. 
1921-ci il fevralın 25-də Azərbaycan Kommunist Partiyası 
Mərkəzi Komitəsi siyasi bürosunun iclasında iştirak edən 
M.Bağırova Azərbaycanda ali idarəedici orqan olacaq 
Azərbaycan Fövqəladə Komissiyasının (AzFK-AzÇK) təşkil 
edilməsi tapşırılır. O, martın 28-də siyasi büroda AzFK-AzÇK 
haqqında çıxış edir və aprelin 2-də isə əlavələrlə məruzə edir. O, 
bu çıxış və məruzəsində Azərbaycanda Fövqəladə Komissiyanın 
– AzÇK-nın yaranmasının  əhəmiyyəti, təşkili və quruluşu 
haqqında məlumat verir. M.Bağırov 1921-ci il aprelin 2-də 
AzFK sədri təsdiq edilir. Bu qərar 1921-ci il mayın 6-19-da 
keçirilmiş I Ümumazərbaycan sovetlər qurultayı  tərəfindən 
bəyənilmiş  və M.Bağırov N.Nərimanov başda olmaqla təşkil 
edilmiş Azərbaycan  SSR Xalq Komissarları Sovetinin tərkibinə 
seçilmişdir. O, bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına 
kimi çalışmışdır. Bağırov eyni zamanda bu illərdə AzFK sədri 
olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı  və 
Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşımış-
dır. N.Nərimanovun təklifi ilə M.Bağırov RK(b)RMK siyasi 
bürosunun 1921-ci il oktyabrın 15-də keçirilən iclasında Qaf-
büronun tərkibinə tövsiyə edilmişdir. M.Bağırov ağır və  çətin 
olan bu vəzifələrdə ilk gündən antisovet qüvvələrə qarşı amansız 
mübarizə aparmış, üsyanları qəddarlıqla yatırmış, Azərbaycanda 
kəşfiyyat işinin təşkilində  və möhkəmlənməsində, bu sistemə 
azərbaycanlıların cəlbi sahəsində xeyli iş görmüşdür. M.Bağırov 
 
62


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə