Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
D.Bünyadzadə RK(b)P MK göstərişi ilə 1919-cu ilin iyu-
lunda bir neçə inqilabçı ilə Zaqafqaziyada gizli partiya işi apar-
maq üçün Həştərxandan gəmi ilə Bakıya gəlir. Burada o, polis 
tərəfindən həbs edilir. Lakin Bakı fəhlələrinin tələbi ilə tezliklə 
azad olunur və yenidən inqilabi mübarizəyə qoşulur. O, bu 
dövrdə Bakı  Fəhlə Konfransı  sədrinin müavini, Həmkarlar 
İttifaqı Komitəsinin üzvü kimi fəhlə  və  kəndlilər arasında 
təbliğati-təşviqati iş aparmışdır. 
1919-cu il sentyabrın 25-də Qazax şəhərində Qazax qəzası 
kəndlilərinin qurultayı çağırılmışdır. Qurultayda Bakı 
Komitəsinin və Hümmət təşkilatının göstərişi ilə  Ə.Qarayev, 
A.Yusifzadə və b. görkəmli inqilabçılarla yanaşı D.Bünyadzadə 
də  iştirak etmişdir. Qurultayda çıxış edən D.Bünyadzadə AXC 
hökumətinin apardığı siyasəti tənqid edərək nümayəndələrə mü-
raciətlə demişdir: «Hökumət də, parlament də sizi aldadır, bun-
lardan siz gün gözləyə bilməzsiniz. Bunlar sizi fəlakətə aparır». 
D.Bünyadzadə Azərbaycan KP təşkilatçılarından və 
yaradıcılarından biri olmuşdur. 1920-ci il fevralın 11-12-də 
Bakıda Azərbaycanda fəaliyyət göstərən kommunist təşkilatların 
(RK(b)P Bakı komitəsi, Hümmət, Ədalət) I qurultayı qeyri-leqal 
şəraitdə çağırılmışdır. D.Bünyadzadə qurultayda fəal iştirak 
etmiş və təşkilat məsələsi haqqında məruzə etmişdir. O, qurultay 
tərəfindən yeni yaradılan AK(b) P MK-ya üzv sevilmişdir. 
Sonra o, hərbi-inqilab qərargahının, onun əməliyyat qurumunun 
üzvü seçilir və fəhlə döyüş dəstələrinin təşkil olunmasına, silah-
landırılmasına rəhbərlik edir. 
1920-ci il martın 15-də Bakı  Fəhlə klubunda mitinq 
keçirildi. D.Bünyadzadə bu mitinqin təşkilatçılarından və  fəal 
iştirakçılarından biri olmuşdur. Mitinqin keçirilməsindən xəbər 
tutan polis onun təşkilatçılarını, o cümlədən D.Bünyadzadəni də 
həbs edir. Hökumət orqanları onu AXC-yə qarşı silahlı üsyan 
hazırlayan qurumun üzvü kimi güllələnməyə  məhkum edir. 
D.Bünyadzadəni bu ölümdən 1920-ci il aprelin 28-də edilən 
bolşevik çevrilişi xilas etmişdir. 
 
56


 
D.Bünyadzadə 1920-ci il aprelin 28-də başda N.Nərima-
nov olmaqla təşkil edilmiş Azərbaycan Müvəqqəti  İnqilab Ko-
mitəsinin üzvü və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 
tərkibinə daxil olur. D.Bünyadzadə Azərbaycan SSR xalq maarif 
komissarı  və xalq fəhlə-kəndli müfəttişliyi komissarı seçilmiş-
dir. O, bütün qüvvə  və bacarığını Azərbaycanın tərəqqisinə  və 
inkişafına sərf etməyə başlayır. O, birinci növbədə savadsızlığın 
tezliklə aradan qaldırılması üçün köhnə  məktəbləri kökündən 
dəyişib yeniləri ilə  əvəz etmək, həmin məktəblərdə  fəhlə  və 
kəndli balalarının oxuması üçün hər cür şərait yaratmaq, 
müəllimlərin şəraitini yaxşılaşdırmaq məsələləri ilə məşğul olur. 
Respublikada gənc, savadlı mütəxəssislər hazırlanması üçün ali 
məktəblər, texnikumlar açılması işinə də o, böyük fikir vermiş-
dir. Gənc nəslin düzgün tərbiyələndirilməsi, onların elmi 
biliklərə səylə yiyələnməsi D.Bünyadzadənin diqqət mərkəzində 
idi. 
1922-1923-cü illərdə D.Bünyadzadə Azərbaycan SSR xalq 
ərzaq komissarı, Ali İqtisadi  Şura və XKS sədrinin müavini, 
Zaqafqaziya xalq ərzaq komissarı  vəzifələrində çalışmışdır. O, 
bu məsul dövlət vəzifələrində  ərzaq vergisinin tətbiqi və to-
planması sahəsində  əzmlə çalışmış  və respublikanın qarşısında 
duran vəzifələrin yerinə yetirilməsinə nail olmuşdur. 
D.Bünyadzadə 1923-1930-cu illərdə Azərbaycan SSR xalq 
torpaq komissarı, XKS və AİŞ sədrlərinin müavini, Dövlət plan 
komissiyasının sədri, Zaqafqaziya pambıq komitəsinin sədri və 
s. vəzifələrdə  işləmişdir. O, bu vəzifələrdə Azərbaycan kənd 
təsərrüfatının inkişafı, yeni-yeni əkin sahələrinin və pam-
bıqçılığın genişləndirilməsi, texnikanın tətbiqi, kooperativ və 
kolxoz təsərrüfatlarının təşkili, qolçomaqlara qarşı mübarizə 
sahəsində xeyli iş görmüşdür. 
D.Bünyadzadə kənd təsərrüfatının kollektivləşməsi uğrun-
da gedən mübarizənin ön sıralarında gedərək bu dövrdə 
Azərbaycanda fərdi, xırda təsərrüfatların kolxoz yoluna 
yönəldilməsində bütün imkanlardan istifadə etmək üçün var 
qüvvəsini sərf edirdi. O, fərdi təsərrüfatçılara yalnız torpaq 
 
57


 
verməyin az olduğunu qeyd edərək göstərirdi ki, torpaqdan 
başqa yoxsul fərdi təsərrüfatlara hər cür dövlət yardımı ol-
malıdır. Fərdi təsərrüfatçının kənd təsərrüfatı  mədəniyyətini 
yüksəltmək üçün bütün müasir aqrotexniki üsullardan istifadə 
etmək üçün ona yardım etmək lazımdır. 
1930-1932-ci illərdə D.Bünyadzadə Azərbaycan SSR-in 
ən yüksək vəzifələrindən birini – Azərbaycan SSR Xalq Komis-
sarları Sovetinin sədri vəzifəsini tutmuşdur. O, bu yüksək 
vəzifədə Azərbaycan neft sənayesinin, maşınqayırma və me-
tallurgiyasının, kənd təsərrüfatının, elm və  mədəniyyətin inki-
şafı, fəhlə  və  kəndlilərin vəziyyətinin yaxşılaşdırılması 
sahəsində xeyli əmək sərf etmişdir. 
D.Bünyadzadə 1932-1936-cı illərdə ZSFSR xalq torpaq 
komissarı və s. vəzifələrdə çalışmışdır. O, bu vəzifələrdə də Za-
qafqaziya respublikalarında kollektivləşdirilmənin tamamilə 
başa çatdırılması, kolxozların maddi-texniki bazalarının 
möhkəmləndirilməsi, maşın-traktor stansiyalarının təşkili və 
kənd təsərrüfatı üçün mütəxəssislər hazırlanması sahəsində xeyli 
iş görmüşdür. D.Bünyadzadə  məhz belə bir tədbirlərin həyata 
keçirilməsinə  əzmlə çalışmaqla böyük təşkilatçılıq bacarığına 
malik olduğunu, fəhlə və kəndlilərin etibarını qazandığını dönə-
dönə sübut etmişdir. 
Adi fəhləlikdən görkəmli siyasi və dövlət xadimi 
səviyyəsinədək yol keçmiş D.Bünyadzadə Azərbaycan 
zəhmətkeşləri tərəfindən dəfələrlə AK(b)P, Zaqafqaziya partiya 
təşkilatlarının plenum, konfrans, qurultaylarının nümayəndəsi 
seçilmiş, AK(b)P MK, Zaqafqaziya Ölkə Komitəsinin və 
bürolarının üzvlüyə namizəd və üzvü olmuşdur. Azərbaycan 
MİK və ZSFSR MİK rəyasət heyətinin üzvü idi. SSRİ III 
sovetlər qurultayından başlayaraq SSRİ MİK-nin üzvü seçilmiş-
dir. 
D.Bünyadzadə kənd təsərrüfatında, xüsusən pambıqçılıqda 
qazanılan müvəffəqiyyətlərə görə dövlət tərəfindən Azərbaycan 
 
58


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə