Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 
qəzası  kəndlilərinin birinci qurultayında iştirak edərək dövlətin 
kənddə aparacağı siyasət haqqında məruzə edir. 
1922-ci il aprelin 28 – mayın 3-də II Ümumazərbaycan so-
vetlər qurultayı çağırılmışdır. Bu zaman sovet Rusiyası nüma-
yəndələri tərkibində Genuya konfransında iştirak etdiyi üçün 
N.Nərimanovun əvəzində qurultayda Azərbaycan SSR XKS-nin 
hesabat məruzəsi ilə Q.Musabəyov çıxış etmişdir. O, bu 
məruzədə Azərbaycanın sənayenin, kənd təsərrüfatının bərpası 
sahəsində aparılan işlərdən və qazanılan nailiyyətlərdən, bu işdə 
fəhlə-kəndli ittifaqının mühüm rolundan danışaraq demişdir: 
«Bir tərəfdən, biz Bakı proletariatı sifətində inqilabçı fəhlə sinfi 
malik idik… başqa tərəfdən isə biz geridə qalmış, əsrlərlə zülm 
altında olmuş kənd əhalisinə malik idik. Buna baxmayaraq indi, 
iki il bizim işimizdən sonra, biz burada cəsarətlə deyə bilərik, 
Bakı proletariatı ilə Azərbaycan kəndliləri arasında ittifaqa nail 
olunmuşdur». Q.Musabəyov qurultay tərəfindən yekdilliklə 
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçilir. O, 
1922-1930-cu illərdə  həmin vəzifədə  işləmişdir. Bu məsul 
dövlət vəzifəsində Q.Musabəyov Azərbaycanın xalq təsər-
rüfatının,  əsasən Bakı neft sənayesinin bərpası, kənd 
təsərrüfatının, mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xeyli 
iş görmüşdür. O, bu dövrdə işdə sədaqətli, fəhlə  və  kəndli sin-
finin hər cür düşməninə qarşı amansız bir siyasi və dövlət 
xadiminə çevrilmişdir. 
1930-1931-ci illərdə Q.Musabəyov Azərbaycan SSR MİK 
sədri vəzifəsini daşımışdır. O, respublikanın ali orqanında 
çalışarkən Azərbaycanda sənayenin və  mədəniyyətin müxtəlif 
sahələrinin inkişaf etdirilməsi ilə yanaşı kənd təsərrüfatının inkiş-
afına, xüsusi ilə  kənd təsərrüfatının kollektivləşdirilməsinin 
müvəffəqiyyətlə başa çatdırılması, kənd təsərrüfatının mexanik-
ləşdirilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, kolxoz 
quruculuğunda baş verən  əyintilərin aradan qaldırılması, 
zəhmətkeş  kəndlilərin qolçomaqlara qarşı mübarizəsini təşkil 
etmək sahəsində  də coşğun fəaliyyət göstərmişdir. O, deyirdi: 
 
50


 
«Ölkənin sənayeləşdirilməsi sürətini azaltmadan, bununla yanaşı 
olaraq, kənd təsərrüfatımızı yüksəltməli və yenidən qurmalı». 
Q.Musabəyov 1931-1936-cı illərdə ZSFSR Xalq Komis-
sarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir. O, bu 
vəzifədə çalışarkən Cənubi Qafqaz xalqlarının iqtisadiyyat və 
mədəniyyətini daha da inkişaf etdirmək qayğısına qalmış, 
xalqlar arasında dostluğun daha da möhkəmlənməsi uğrunda 
yorulmadan mübarizə aparmış, Zaqafqaziya respublikalarının 
hərtərəfli inkişafında böyük xidmətləri olmuşdur. O, bir dövlət 
xadimi kimi qarşıda duran vəzifələri həyata keçirmək məqsədilə 
tez-tez fabriklərə, zavodlara, mədənlərə, kolxozlara getmiş, 
fəhlələrlə, kolxozçularla və neftçilərlə görüşmüşdür. O, 1933-cü 
ilin dekabrında SSRİ Millətlər Sovetinin növbəti sessiyasındakı 
çıxışında Zaqafqaziyanın sənayesinin, kənd təsərrüfatının və 
mədəniyyətinin tərəqqisindən geniş danışarkən demişdir: 
«Zaqafqaziya xüsusən son dövrlərdə bir sıra böyük nailiyyətlər 
qazanmış, bu da bizə Zaqafqaziya respublikasının… İttifaqda ən 
qabaqcıl respublikalardan biri olduğunu deməyə haqq verir». 
Q.Musabəyov SSRİ  MİK-nin sədrlərindən biri olmuşdur. 
O, bu vəzifədə proletar beynəlmiləlçiliyi və xalqlar dostluğu 
prinsiplərinə sadiq qalmış, bu dostluğun möhkəmlənməsi, iqtisa-
di, siyasi və  mədəni quruculuq sahəsində yeni-yeni 
müvəffəqiyyətlər qazanılmasında  əzmlə çalışmışdır. Milli 
siyasətin və beynəlmiləlçiliyin alovlu təbliğatçısı olmuş 
Q.Musabəyov deyirdi: «Milli məsələdə… dövlətin yeritdiyi 
düzgün siyasət kiçik və geridə qalmış millətlərin əsil inkişafına 
təkan verdi… Dünyada elə bir başqa dövlət yoxdur ki, həmin 
problemləri bizdəki kimi həll edə bilsin». 
Q.Musabəyov çıxışlarında və mətbuatda dərc olunan yazı-
larında azadlığı  və müstəmləkə zülmündən qurtarmaq uğrunda 
mübarizə aparan Şərq xalqlarının tezliklə  əsarət və  həqarət 
boyunduruğundan xilas olacağını  və müstəqillik  əldə edəcəyini 
irəli sürmüşdür. O, demişdir: «Şərqi azad görəcəyimiz o parlaq 
səhər artıq uzaqda deyildir». 
 
51


 
Q.Musabəyov demək olar ki, fəaliyyət göstərdiyi dövrdə 
demək olar ki, bütün partiya və sovet tədbirlərində iştirak etmiş-
dir. O, dəfələrlə Azərbaycan KP və MK bürosunun, ÜİK (b) P 
Zaqafqaziya Ölkə Komitəsi və MK bürosunun üzvü, ÜİK (b) P 
MK üzvlüyünə namizəd seçilmişdir. Q.Musabəyov Azərbaycan, 
ZSFSR, SSRİ MİK-lərinin üzvü olmuşdur. 
Q.Musabəyov repressiyaya məruz qalmış  və 1938-ci ildə 
həbs edilib güllələnmişdir. 
 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.8, iş 4056a; siy.74, iş 299. 
- Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal 
mübarizələr. Bakı, 1958. 
- Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda 
bolşeviklərin mübarizəsi, sənədlər və materiallar, 1917-1918. 
Bakı, 1960. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.VII. Bakı, 1983. 
-  İbrahimov Z. Sosialist inqilabı  uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. 
- İskenderov M. İz istorii borğbu Kommunistiçeskoy partii 
Azerbaydjana za pobedu sovetskoy vlasti. Baku, 1958. 
- Katibli M. Qəzənfər Musabəyov. Bakı, 1958. 
- Musabekov Q. İzbrannıe statği i reçi. T.1. 1920-1927 qq. 
Baku, 1960. 
- Musabekov Q. İzbrannıe statği i reçi. T.2. 1928-1937 qq. 
Baku, 1962. 
- Rüstəmbəyli M. Xalqın səadəti uğrunda. Bakı, 1971. 
- Revolöüii i postanovleniə Scezdov Sovetov Azer-
baydjanskoy SSR (1921-1937 qq.). Baku, 1961. 
- «Sovet kəndi» qəz., 1968, 25 iyul. 
 
 
 
52


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə