Azərbaycanin baş naziRLƏRİ


QƏZƏNFƏR MAHMUD OĞLU MUSABƏYOV



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 
QƏZƏNFƏR MAHMUD OĞLU MUSABƏYOV 
aprel 1922 – mart 1930 
 
Qəzənfər Mahmud oğlu Musabəyov 
1888-ci il iyulun 26-da Quba qəzasının Pirə-
bədil kəndində varlı kəndli ailəsində anadan 
olmuşdur.  İlk təhsilini Quba şəhərində alan 
Musabəyov onu davam etdirmək məqsədilə 
Bakı şəhərinə gəlir və I Bakı gimnaziyasına 
daxil olur. Xoşxasiyyəti, səmimiliyi və mü-
layimliyi, möhkəm iradə  və hafizəsi ilə 
gimnaziyada müəllim və 
şagirdlərin 
hörmətini qazanır. 1911-ci ildə Q.Musabəyov gimnaziyanı 
müvəffəqiyyətlə bitirir. 
Biliyə, elmə can atan Q.Musabəyov həkim olmaq istəyirdi. 
O dövrdə Bakıda ali məktəb yox idi. Azərbaycanlılar ali təhsil 
almaq üçün Rusiya şəhərlərinə gedirdilər. Məhz buna görə  də 
Q.Musabəyov həkim olmaq üçün Kiyev şəhərinə getmək 
məcburiyyətində qalır. O, 1912-ci ildə Kiyev şəhərinə gedib 
universitetin tibb fakültəsinə daxil olur. Qəzənfər ilk gündən 
siyasi məsələlərlə maraqlanır və gizli fəaliyyət göstərən 
tələbələrə yaxınlaşır, həmyerlilər təşkilatına daxil olur və 
tezliklə onun rəhbərlərindən birinə çevrilir. 1912-ci ildə Kiyevdə 
bilavasitə Q.Musabəyovun təşəbbüsü ilə bütün müsəlman 
tələbələrinin gizli qurultayı keçirilir. Qurultayın müzakirə etdiyi 
əsas məsələ siyasi məsələ olmuşdur. 
1917-ci ilin yazında Kiyev universitetini müvəffəqiyyətlə 
bitirən Q.Musabəyov vətənə inqilabçı bir həkim kimi qayıdır. O 
özünün yazdığı kimi: «Özünün geridə qalmış xalqının içərisində 
işləmək arzusu ilə Bakıda qalmaq istəməyib Qubaya getdi». 
Qubaya gələn Q.Musabəyov tezliklə zəhmətkeşlərə pulsuz tibbi 
yardım göstərməyə başlayır və  şəhər  əhalisi arasında böyük 
hörmət və nüfuz qazanır. 
 
47


 
1917-ci ilin iyun ayında Qubada fəhlə və əsgər deputatları 
Soveti  İcraiyyə Komitəsinə seçkilər keçirildi. Quba 
zəhmətkeşləri gənc həkim Q.Musabəyova böyük ehtiram 
göstərərək Quba fəhlə  və  əsgər deputatları Soveti İcraiyyə 
Komitəsinin sədri, 1917-ci il iyulun 11-də Quba Qəza  Ərzaq 
Komitəsinin yığıncağında isə Quba Qəza  Ərzaq Komitəsinin 
sədri seçmişdir. O, bu iki vəzifəni daşımaqla yanaşı həkimliyini 
də edirdi. Bu dövrdə Q.Musabəyov tez-tez zəhmətkeşlər qarşıs-
ında çıxış edir, kəndlərə gedir və görüşür, onları maraqlandıran 
məsələləri başa salır, öz azadlıqlarını axıra kimi müdafiə etməyə 
çağırır, qəzada  ərzaq və  sənaye mallarına olan ehtiyacları sah-
mana salmağa səy göstərir. 
1917-ci il noyabrın 12-də  ərzaq məsələsini qaydaya sal-
maq məqsədilə Bakı Sovetinin geniş iclası çağırılmışdı.  İclas 
ərzaq işini qaydaya salacaq ali orqan olan Ərzaq konfransı təsis 
etdi. Noyabrın 19-da isə Bakıda  ərzaq komissiyalarının, 
Həmkarlar  İttifaqı  Şurası, quberniya və  şəhər  ərzaq idarələri 
nümayəndələrinin iştirakı ilə fövqəladə konfrans keçirildi. Kon-
frans ərzaq təşkilatlarına rəhbərlik etmək üçün özünün İcraiyyə 
orqanını – Mərkəzi  Ərzaq Komitəsini yaratdı. Q.Musabəyov 
konfransda Quba Qəza  Ərzaq Komitəsinin nümayəndəsi kimi 
iştirak etmiş və yeni yaradılmış Bakı Quberniya Ərzaq Komitəsi 
sədrinin müavini seçilmişdir. Q.Musabəyov bu vəzifədə Bakı 
zəhmətkeşlərini aclıqdan xilas etmək üçün möhtəkirlərə qarşı 
mübarizədə,  ərzağın düzgün bölünməsində, kartoçkalar paylan-
masında və s. işlərdə yaxından iştirak etmişdir. 
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti 
yaradıldı. XKS Q.Musabəyovu Bakı quberniyasında və Dağıstan 
vilayətində  məhsul tədarükü üzrə komissar təyin etmişdir. 
Musabəyov bu dövrdə  ərzaq cəhətdən çox ağır çətinliklər 
keçirən Bakının xilas edilməsi, çörək və başqa ərzaq məhsulları 
ilə  təchizi sahəsində var qüvvəsilə çalışmış  və  zəhmətkeş  əhali 
arasında böyük hörmət və nüfuz qazanmışdır. 
1918-ci ilin iyul ayının axırlarında eser-menşeviklərin və 
xarici müdaxiləçilərin təzyiqi ilə Bakı XKS hakimiyyətdən  əl 
 
48


 
çəkdi və sovet hökuməti yıxıldı. Bu zaman Azərbaycanın bir 
sıra inqilabçıları ilə birlikdə Q.Musabəyov da Həştərxan 
şəhərinə getmişdir. 
1918-1919-cu illərdə Q.Musabəyov Həştərxanda N.Nəri-
manovla birlikdə müsəlman hərbi xəstəxanası təşkil edir və iki il 
onun baş  həkimi işləyir. O, eyni zamanda Həştərxanda olduğu 
dövrdə müxtəlif partiya tapşırıqlarını yerinə yetirir: RK(b)P 
Həştərxan təşkilatı müsəlman bölməsinin katibi, Hümmət 
təşkilatının Həştərxan  şöbəsinin sədri, Zaqafqaziya müsəl-
manlarının işləri üzrə komissar vəzifələrini də daşımışdır. 
Q.Musabəyov 1919-cu il noyabr ayının axırlarında Mosk-
vaya çağırılır və 1920-ci ilin fevral ayında gizli inqilabı iş apar-
maq məqsədilə Bakıya göndərilir. O, aprel ayının  əvvəllərində 
Dağıstanın Petrovsk (Mahaçqala) şəhərinə  gəlir. Burada 
Azərbaycana hücuma hazırlaşan XI ordu hissələrinə qoşulur və 
aprelin 27-dən 28-ə keçən gecə «III İnternasional» zirehli qata-
rında bir neçə Azərbaycan inqilabçısı ilə birlikdə Bakıya girir. 
XI ordu tərəfindən Bakı işğal olunduqdan sonra Azərbay-
canda sovet hakimiyyəti qurulur. Aprelin 28-də başda N.Nəri-
manov olmaqla Müvəqqəti  İnqilab Komitəsi və Azərbaycan 
SSR Xalq Komissarları Soveti təşkil olunur. Q.Musabəyov 
XKS-in ilk tərkibinə respublikanın xalq ərzaq komissarı kimi 
daxil olur. Ona yeni yaranmış Azərbaycan hökumətinin tapşırığı 
ilə Xalq Ərzaq Komissarlığı ilə yanaşı Xalq Torpaq Komissar-
lığının və Xalq Təsərrüfatı  Şurasının təşkili işlərinə  rəhbərlik 
etmək tapşırılır. O, var qüvvəsini bu komissarlıqların təşkili, ha-
kimiyyətin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi və 
mədəni inkişafına həsr edir. 
Q.Musabəyov imperialist və vətəndaş müharibələri nəticə-
sində, daxili və xarici müdaxiləçilər tərəfindən bərbad hala 
salınmış xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi yolunda, 
əhalinin  ərzaqla təmini, aclıqla mübarizə  işində çalışmışdır. 
1920-ci ilin sentyabr-oktyabr aylarında Q.Musabəyov Quba 
 
49


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə