Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

 
N.Nərimanov 1921-ci il noyabrın 15-16-da Azərbaycan 
MİK rəyasət heyətinin və Azərbaycan XKS iclasında iştirak et-
mişdir. İclasda «Zaqafqaziya respublikalarının vahid siyasi-iqti-
sadi ittifaqda birləşməsi» məsələsi müzakirə olunmuşdur. Rəya-
sət heyəti N.Nərimanov başda olmaqla komissiya yaratmış  və 
konstitusiyanın layihəsini hazırlamağı tapşırmışdır. 
1921-ci il dekabrın 30-da türk əlifbası komitəsinin I kon-
fransı keçirilmişdir. Giriş sözü ilə konfransı açan N.Nərimanov 
yeni  əlifbanın üstünlüklərindən və  əhəmiyyətindən,  ərəb 
əlifbasının nöqsanlarından danışaraq demişdir: «Hərgah biz indi 
bu əlifbaya keçməsək, o zaman 10 ildən sonra bu əlifba öz-özünə 
itəcək. Odur ki, indi keçməli və elə etməli ki, on ildən sonra 
olacaq zəhmətkeş ədəbiyyatını zəhmətkeş balaları oxuya bilsin». 
N.Nərimanov Azərbaycanda məktəb 
şəbəkəsinin 
genişləndirilməsi, onlara azərbaycanlı balalarının cəlbi və 
məktəblərdə Azərbaycan dilində dərslərin çoxaldılması sahəsinə 
çox fikir verirdi. Lakin bəzi rəhbər işçilər buna maneçilik törədir 
və  mətbuatda çıxış edərək məktəblərdə Azərbaycan dilində 
dərslərin azaldılmasını irəli sürürdülər. N.Nərimanov onları 
tənqid edərək 1922-ci il iyunun 15-də «Bakinski raboçi» və 
iyunun 18-də «Kommunist» qəzetlərində «Bir neçə yoldaşlara 
cavab» məqaləsi ilə  çıxış etmişdir. O, yazırdı: «Azərbaycanda 
hakimiyyət kimin əlindədir? Fəhlə  və yoxsul kəndlilərin 
əlindədir. 2/3 savadsız, məzlum, avam və şüursuz yoxsul kəndli 
və  fəhlə türkdür; 1/3 başqa millətlərdir – ruslar, ermənilər, 
yəhudilər, savadlılıq münasibətində 
və ümumiyyətlə, 
mədəniyyət cəhətdən yüksəkdə dururlar. 
Türk fəhlə  və  kəndlisinin uşaqlarını başqa millətlərin 
uşaqlarını hansı dilə yaxınlaşdırmaq istəyirsiniz?… 
Burada i üzərinə nöqtə qoyaq, deyək: mənim rus dili xo-
şuma gəlir, rus dilində hər şey mənə yüngül və başa düşüləndir, 
Puşkinin gözəl  şerləri bu dildə yazılmışdır. Mən istəyirəm ki, 
türk uşaqları bunu bilsinlər. 
Türk uşaqları ancaq Puşkinin  şerlərini deyil, Şekspiri, 
Şilleri də bilməlidirlər. Ancaq, əvvəlcə onlar əsil proletar şairi 
 
40


 
Sabirin acıqlı, mübariz şerlərini, Vaqif, Zakir, Vidadi kimi xalq 
şairlərini bilməlidirlər…» 
1922-ci il yanvarın 27-də Moskvada çağırılmış Ümumru-
siya MİK fövqəladə sessiyasında  İtaliyanın Genuya şəhərində 
keçiriləcək konfransa gedəcək nümayəndələr seçilmişdir. 
Nümayəndə heyətinin tərkibinə Azərbaycandan N.Nərimanov 
daxil edilmişdir. 
1922-ci il martın 11-12-də Tiflisdə Azərbaycan, Gürcüs-
tan, Ermənistan Mərkəzi  İcraiyyə Komitələrinin səlahiyyətli 
konfransında Zaqafqaziya Sovet Sosialist Respublikaları Federa-
tiv  İttifaqı (ZSSRFİ) təşkil edildiyi bildirilmiş, ZSSRFİ-nin 
rəyasət heyəti seçilmişdir. Onun tərkibinə N.Nərimanov da daxil 
olmuşdur. Sonra konfrans ZSSRFİ-nin N.Nərimanov, 
A.Bekzadyan və P.Midvanidən ibarət Mərkəzi  İcraiyyə 
Komitəsinin üç sədrini seçdi. Onlar növbə ilə Zaqafqaziyanın 
bütün işlərinə rəhbərlik etmişlər. 
1922-ci il aprelin 10-dan mayın 19-dək İtaliyanın Genuya 
şəhərində iqtisadi və maliyyə  məsələləri üzrə beynəlxalq kon-
frans çağırılmışdır. Konfransda sovet nümayəndə heyəti də 
iştirak etmişdir. Sovet nümayəndə heyətinin tərkibinə: G.Çiçe-
rin, L.Krasin, M.Litvinov, A.İoffe, V.Vorovski, Y.Rudzutak, 
X.Rakovski, N.Nərimanov, B.Mdivani, A.Bekzadyan, A.Şlyap-
kin daxil idi. Azərbaycan hökuməti ona bəyanat vermək, çıxış 
etmək və  sənəd imzalamaq üçün səlahiyyət vəsiqəsi – mandat 
vermişdir. Vəkalətdə oxuyuruq: «Nəriman Nərimanov 
ümumsovet nümayəndələrinin tərkibində Azərbaycan Sovet 
Sosialist Respublikasının mənafeyini təmsil etməyə, Azərbaycan 
sovet hökuməti adından hər cür bəyanat verməyə, konfransda 
müzakirə olunacaq məsələlər üzrə  qərarlar qəbul etməyə, 
Azərbaycan hökuməti adından sazişlər, müqavilələr, konvensi-
yalar, müşahidələr və s. bağlamağa vəkil edilmişdir». 
N.Nərimanov aprelin 10-dan mayın 6-a kimi Genuya kon-
fransında iştirak etmiş, sovet nümayəndələrinin mövqeyində 
durmuş, Bakı neftinə sahib olmağa çalışan kapitalist 
 
41


 
dövlətlərinin hər bir cəhdini rədd etmişdir. O, Bakı neft 
mədənlərinin bir qisminin xaricilərə konsessiyalara verilməsinə 
tərəfdar olmuşdur. Nərimanov Genuya konfransından sonra bir 
sıra qəzetlərin müxbirlərinə müsahibələr vermiş, konfranslarda, 
qurultaylarda, iclas və müşavirələrdə  çıxış edərək konfrans 
haqqında, sovet nümayəndələrinin mövqeyi haqqında məlumat 
vermiş  və yazdığı  «Əqil sərmayənin cəngində», «Genuya 10 
aprel 1922 q.» məqalələrdə  hərtərəfli izah etmişdir. 
N.Nərimanov sonralar ziyalıların, fəhlələrin və  kəndlilərin bu 
məsələyə marağını  nəzərə alaraq verdiyi müsahibələri, 
bəyanatları, çıxışları və məqalələrini bir yerə toplayıb, «Genuya 
nədir?» adlı 6 fəsillik kitabça hazırlamış, lakin nəşr 
etdirməmişdir. Kitabça Azərbaycan Respublikası Siyasi Partiya-
lar və  İctimai Hərəkatlar Dövlət arxivində N.Nərimanovun 
fondunda saxlanır. 
1922-ci il noyabrın 8-də Bakıda Sabir adına bağda 
M.Sabirin heykəli qoyulmuşdur. Onun açılışında Azərbaycan 
dövlət və ictimai xadimləri, ziyalılar, tələbələr iştirak etmişdir. 
Həmin vaxt Bakıda olan N.Nərimanov da heykəlin açılışında 
iştirak etmiş  və nitq söyləmişdir. N.Nərimanov M.Sabirin 
yaradıcılığına böyük qiymət verib yalnız fəhlə  və  kəndli 
hökuməti tərəfindən ona heykəl qoyulduğunu qeyd edərək de-
mişdir: «Sabir Nikolay hökumətinin  ən qorxulu günlərində heç 
kəsdən qorxmayıb özünün kəndli və  fəhlə  tərəfdarı olduğunu 
hamıya bildirdi. Öz şerləri və yazıları ilə  kəndlilərin və 
fəhlələrin haqlarını müdafiə edirdi… Buna görə heç kəs təəccüb 
etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) 
dikəldən biz kəndli və fəhlə tərəfdarı oldu!». 
1922-ci il dekabrın 10-13-də Bakıda Zaqafqaziyanın Bir-
inci sovetlər qurultayı toplandı. Qurultayı giriş nitqi ilə 
N.Nərimanov açaraq demişdir: «Bu təntənəli tarixi gündən 
bütün Zaqafqaziya zəhmətkeşlərinin ürəkləri sevinclə döyünür
çünki bu gün elə bir evin təməli qoyulur ki, həmin evdə 
Zaqafqaziyanın bütün zəhmətkeşləri öz kədər və sevinclərini 
bölüşdürəcəklər… 
 
42


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə