Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
bütün dünya inqilabı  fırtınasında qərq olmaq istəmirsinizsə
Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin». 
N.Nərimanov 1917-ci ilin aprel-dekabr aylarında Hümmət 
təşkilatının iclaslarına sədrlik etmiş, komitəsinin sədri seçilmiş, 
onun redaktorluğu altında «Hümmət» qəzeti nəşr olunmuş, Bakı 
şəhər dumasına seçilmiş, Oktyabr inqilabı münasibətilə Azadlıq 
meydanındakı mitinqdə  çıxış etmiş, o eyni zamanda Balaxanı, 
Sabunçu mədən fəhlələri xəstəxanalarında, Ümumqafqaz tələbə 
cəmiyyətində siyasi vəziyyətlə  əlaqədar məruzə etmiş «Hüm-
mət», «Bakinskiy raboçi», «Kaspiy» və s. qəzetlərdə məqalələri 
dərc olunmuşdur. O, bu məqalələrində  və  əhali qarşısındakı 
çıxışlarında rus inqilablarının Azərbaycan xalqının və bütün 
Şərq xalqlarının azadlığa çıxmasında böyük rol oynadığını qeyd 
etmişdir. 
1918-ci il martın 17-dən (30-a) – 20-sinə (aprelin 1) kimi 
Bakıda mart qırğını baş vermişdir. Başda S.Şaumyan olmaqla 
bolşevik-daşnak qüvvələri sovetləri möhkəmləndirmək pərdəsi 
altında mart qırğınını törətmişdilər. Martın 30-da silahlı to-
qquşmaya rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi 
Müdafiə Komitəsi təşkil olunmuşdur. Onun tərkibinə 
S.Şaumyan, P.Çaparidze, Q.Korqanov və b. yanaşı 
N.Nərimanov da daxil edilmişdir. N.Nərimanov ilk gündən bu 
qanlı  qırğının qarşısını almağa çalışmış, öz mənzilində 
S.Şaumyanın, M.Əzizbəyovun və b. bolşeviklərin iştirakı ilə 
müşavirə çağırmış  və onlardan tezliklə bu əksinqilabi milli 
qırğının dayandırılmasını  tələb etmişdir. Onun «Hümmət» 
qəzetində çap olunmuş «Bakı, 1 Aprel», «Bizi aldatmışlar və 
aldadırlar» məqalələrində  və «S.Şaumyana və P.Çaparidzeyə» 
göndərdiyi açıq məktubunda onların daşnak silahlı 
qüvvələrindən istifadə etmələrini, müsəlmanlara – 
azərbaycanlılara qarşı düzgün siyasət yeritməmələrini və sovet 
hakimiyyəti ilə qorxutduqlarını  kəskin tənqid edərək yazırdı: 
«… Bu sovet hakimiyyətinə ləkədir və adına xələl gətirir. Əgər 
Siz yaxın vaxtlarda bu qara pərdəni cırıb və bu ləkəni 
 
31


 
silməsəniz, bolşevik fikri və Sovet hakimiyyəti burada qala 
bilməz. 
Sizə  məlumdur ki, silah gücünə  əldə edilmiş hakimiyyəti 
xalq müdafiə etməsə, yaşaya bilməz». 
N.Nərimanov bu dövrdə Bakı  şəhəri  İnqilabi Müdafiə 
Komitəsinin tapşırığı ilə milli toqquşmanın qarşısını almaq üçün 
zəhmətkeşlərə daha yaxın olan müsəlman sosialist partiyalarının 
bürosunu təşkil etmiş, S.Şaumyan və b. komissarlarla birlikdə 
Bakı  və onun regionlarında erməni silahlı qüvvələrini tərksilah 
etmək üçün Erməni Milli Komitəsinə göndərilən  əmri imzala-
mış, Təzəpir məscidində Bakı zəhmətkeşlərinin mitinqində çıxış 
etmişdir. O, eyni zamanda «Hümmət» qəzetinin səhifələrində 
«Biz ayıq olmalıyıq», «Çağırış», «Bakı, 18 aprel», «İnqilab və 
əksinqilab, inqilabçılar və  əksinqilabçılar» məqalələrlə  çıxış 
edərək Bakıda, istərsə  də Azərbaycanın başqa yerlərində baş 
vermiş milli qırğını törədənləri kəskin tənqid etmiş  və 
milliyyətindən asılı olmayaraq Azərbaycan zəhmətkeşlərini 
qardaşlığa, dostluğa və həmrəyliyə çağırmışdır. 
1918-ci il aprelin 25-də Bakı  fəhlə,  əsgər və matros 
Sovetinin iclasının qərarı ilə Bakı Xalq Komissarları Soveti 
yaradıldı. Azərbaycanda və bütün Zaqafqaziyada ilk sovet 
hakimiyyəti olmuş Bakı Xalq Komissarları Sovetinin tərkibinə 
S.Şaumyan, P.Çaparidze, İ.Fioletov və b. ilə yanaşı 
N.Nərimanov da daxil olmuş və ona şəhər təsərrüfatı komissarı 
vəzifəsi tapşırılmışdır. N.Nərimanov ilk gündən bir komissar 
kimi  şəhərin sanitar vəziyyəti ilə tanış olmağa başlamış, 
xəstəxanalara, məktəblərə, müəssisələrə getmiş, Bakı 
dəmiryolunun II stansiyasında məskunlaşmış Quba və Muğan 
qaçqınlarının vəziyyəti ilə tanış olmuş,  əmək intizamını 
möhkəmləndirmək haqqında  şəhər xalq təsərrüfatı komissarlığı 
üzrə əmri imzalamışdır. 
1918-ci il mayın 26-28-də Bakı  qəzası  kəndli deputatları 
sovetlərinin qurultayı keçirildi. N.Nərimanov qurultaya sədrlik 
etmiş, onu təbrik nitqi ilə açmış, ikinci iclasında hakimiyyət 
 
32


 
məsələsi haqqında məruzə etmişdir. O, məruzəsində qeyd etmiş-
dir ki, indiki hökuməti hiss etmək üçün köhnə hökumətin 
fəaliyyətinə nəzər salmalıyıq. Köhnə hökumət istibdad hökuməti 
idi, «heç müstəbid istəməz ki, onun əlinin altında olan əhali 
gözüaçıq olsun». Sonra o, Rusiya inqilabının köhnə hökumətin 
iç üzünü açması və onları devirmələri, yeni hökumətin yaradıl-
ması haqqında kəndlilərə  məlumat vermişdir. N.Nərimanov 
məruzəsində inqilabın hakimiyyəti yeni hökumətə – bolşeviklərə 
verdiyini qeyd edərək deyirdi: «İxtiyar və hökumət biz 
bolşeviklərin, yəni camaatın  əlinə keçdi. Bu hökumət nə  tələb 
edir? Bu hökumət çalışır ki, Rusiyada inqilab hiss olunsun, 
camaata yer verilsin; fəhlələr 8 saat işləsinlər, çox məvacib 
alsınlar,.. fabriklər milliləşdirilsin». Qurultay Bakı qəzası kəndli 
deputatları sovetinin 15 nəfərdən ibarət  İcraiyyə Komitəsini 
seçdi. Onun tərkibinə M.Əzizbəyov, D.Bünyadzadə, M.Vəzirov 
ilə yanaşı N.Nərimanov da daxil olmuşdur. 
Xalqının azadlığa çıxması və müstəqilliyi uğrunda gərgin 
mübarizə aparmış N.Nərimanov 1918-ci ilin iyununda ağır xəs-
tələnərək xəstəxanaya düşmüşdür. Bu vaxt onun xəstələnməsi 
haqqında «Hümmət» qəzeti məlumat vermişdir. N.Nərimanov 
xəstəliyinin ağırlığına görə həkimlərin məsləhəti ilə Həştərxana 
getmişdir. 
1918-1919-cu illərdə N.Nərimanov Həştərxan  şəhərində 
fəaliyyət göstərmişdir. N.Nərimanov Həştərxan Quberniya İcra-
iyyə Komitəsinin hərbi-sanitar, maarif şöbələrinin müdiri, 
Həştərxanda təşkil edilmiş Zaqafqaziya müsəlmanları işləri üzrə 
komissar vəzifəsinə təyin olunmuşdur. 
N.Nərimanov Hümmət təşkilatının Həştərxan bürosunu 
yaratmış və ona başçılıq etmiş, eyni zamanda 1919-cu ilin ma-
yından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuş 
«Hümmət» qəzetini redaktə etmişdir. 
N.Nərimanov Həştərxanda dəfələrlə müsəlman qızıl əsgər-
ləri, kommunistləri, qadınları, ruhani və müəllimləri qarşısında, 
fəhlələrin iclaslarında, yığıncağında, kurslarında müxtəlif 
 
33


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə