Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

 
mövzuda təbliğat  əhəmiyyətli çıxış  və  məruzələr etmiş, onlara 
Rusiyada və bütün dünyada baş verən hadisələrdən ətraflı dan-
ışmışdır. 
N.Nərimanovu bu dövrdə daima Azərbaycan 
zəhmətkeşləri ilə  əlaqə saxlamış  və burada baş verən hadisələr 
haqqında məlumatlar almışdır. Onun yazdığı  və imzaladığı 
«Zaqafqaziyaya biz nə  şüarla gedirik», «Qafqaz fəhlə  və 
kəndlilərinə» müraciətləri Bakıya göndərilmişdir. O, bu 
müraciətlərdə Qafqaz və Zaqafqaziya zəhmətkeşlərini xarici 
müdaxiləçiləri öz torpaqlarından qovmağa, fəhlə-kəndli 
hökuməti olan sovetlər qurmağa və kapitalist-mülkədar 
hakimiyyətinə qarşı çıxmağa çağırmışdır. 
N.Nərimanov 1919-cu il iyunun axırlarında RK(b)P MK 
tərəfindən Moskvaya çağırılmışdır. O, ilk dəfə olaraq burada 
RSFSR Xalq Komissarlar Sovetinin sədri V.İ.Leninlə görüşmüş-
dür. O, V.İ.Leninlə Qafqazda baş verən hadisələr, sovet 
hakimiyyəti uğrunda mübarizə problemləri, kommunistlərin 
fəaliyyəti,  Şərqdə sovet hakimiyyəti və s. məsələlər haqqında 
ətraflı söhbət etmişdir. V.İ.Lenin ilk dəqiqələrdən hiss edir ki, 
onun həmsöhbəti N.Nərimanov  Şərq məsələlərini dərindən və 
incəlikləri ilə bilən bir şəxsdir. 
1919-cu ilin iyulundan 1920-ci ilin mayına qədər Mos-
kvada fəaliyyət göstərmiş N.Nərimanov bu dövrdə müxtəlif 
vəzifələr daşımışdır: RSFSR Xalq Xarici İşlər Komissarlığının 
Yaxın  Şərq  şöbəsinin müdiri, RSFSR xalq millətlər komissa-
rının müavini və komissarlığın kollegiya üzvü. O, eyni zamanda 
bu dövrdə Moskvada keçirilən iclas və müşavirələrdə  iştirak 
etmiş, məruzə  və nitq söyləmişdir. Millətlər Komissarlığının 
müxtəlif məsələləri müzakirə etmiş bir sıra kollegiya iclasları 
onun çədrliyi altında keçmişdir. O dövrki mətbuatda dərc olun-
muş RSFSR xalq xarici işlər komissarı G.Çeçerin ilə birlikdə 
imzaladığı «Türkiyə  fəhlə  və  kəndlilərinə», «Azərbaycan, Da-
ğıstan və Gürcüstan kəndlilərinə» və  «İran fəhlə  və 
kəndlilərinə» müraciətlərdə Türkiyə  və  İran zəhmətkeşlərini 
 
34


 
xarici müdaxiləçiləri ölkələrindən qovmağa, sultan və  şah 
rejimini inqilab edib devirməyə, sovet Rusiyası ilə  əlaqələr 
yaratmağa, azərbaycanlıları, gürcüləri və Dağıstan 
zəhmətkeşlərinin  əldə etdikləri azadlığı qoruyub saxlamağa, 
denikinçilərə qarşı mübarizəyə çağırmışlar. 
1919-cu il noyabrın 22-dən dekabrın 3-dək Moskvada 
Şərq xalqları kommunist təşkilatlarının II Ümumrusiya qurultay-
ında N.Nərimanov iştirak etmiş və Tatar-Başqırd muxtar respub-
likasının yaradılması haqqında çıxış etmişdir. O, bu çıxışında 
qeyd etmişdir ki, sovet hakimiyyəti dəfələrlə  hər bir xalqa 
müstəqillik vermək, muxtar respublikası yaratmaq haqqında 
bəyanatlar vermişdir. Biz Tatar-Başqırd muxtar respublikasının 
yaranmasının  əleyhinə deyilik, lakin onun sonralar burjua 
nümayəndələrin  əlinə keçməsindən qorxuruq. «Bu məsələnin 
həllinə ehtiyatla yanaşmaq lazımdır». Qurultay RK(b)P MK 
yanında  Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi büro-
sunun yeni tərkibini seçmişdir. N.Nərimanov RK(b)P MK Siyasi 
bürosunun iclasında  Şərq xalqları kommunist təşkilatlarının 
mərkəzi bürosuna üzv seçilmişdir. 
1920-ci il fevralın 11-12-də Bakıda gizli şəraitdə keçirilən 
Azərbaycan komunist təşkilatlarının I qurultayında V.İ.Lenin və 
N.Nərimanovu fəxri sədr seçildilər. 
V.İ.Leninin göstərişi ilə Qafqaza gedən N.Nərimanovun 
üzərinə 1920-ci il aprelin 5-də RSFSR Xalq Millətlər Komissar-
lığı Kollegiyasının qərarı ilə Zaqafqaziya müsəlmanları  işləri 
üzrə komissar vəzifəsi də qoyulur. 
N.Nərimanov Azərbaycana yola düşməmişdən əvvəl apre-
lin 20-də V.İ.Leninlə görüşmüş və bir saatdan çox söhbət etmiş-
dir. O, V.İ.Leninlə Azərbaycanın iqtisadi və siyasi vəziyyət 
haqqında məlumat vermiş,  Şərqdə, o cümlədən Azərbaycanda 
sovet hakimiyyəti məsələləri və onun istiqlalı haqqında fikir 
mübadiləsi etmişdir. Sonralar N.Nərimanov Bakıda iclasların 
birində V.İ.Leninlə bu söhbəti haqqında danışaraq qeyd edirdi: 
«Lenin mənə dedi ki, bizə ancaq Bakı və Xəzər sahili torpaqlar 
 
35


 
lazımdır. Mən isə cavabında dedim ki, Bakı Azərbaycansız, 
Azərbaycan da Bakısız yaşaya bilməz.» 
Aprelin 27-də Azərbaycan Müvəqqəti  İnqilab Komitəsi 
yaradılmış və N.Nərimanov qiyabi olaraq onun sədri seçilmişdir. 
Aprelin 28-də Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinin 
iclasında Azərbaycan Xalq Komissarları Soveti (Azərbaycan 
XKS) təşkil olundu. Azərbaycan Xalq Komissarları Sovetinin 
sədri və xalq xarici işlər komissarı  vəzifələrinə N.Nərimanov 
təsdiq edilmişdir. 
Mayın 16-da N.Nərimanov Bakıya gəlmişdir. Qırmızı bay-
raqlarla,  şüarlarla bəzədilmiş Bakı vağzalında o, böyük təntənə 
ilə qarşılanmışdır. Onu qarşılamağa gəlmiş  şəhər  əhalisi 
içərisində  İnqilab Komitəsinin üzvləri ilə yanaşı  məktəblilər, 
partiya və ordu nümayəndələri var idi. N.Nərimanov vaqondan 
düşəndən sonra nitq söyləyərək hamını qırmızı Moskva və ordu 
adından təbrik etmiş, Azərbaycan fəhlə  və  kəndli hökumətinin 
qızıl  Şərq inqilabı üçün əhəmiyyətindən bəhs etmiş  və 
Azərbaycan zəhmətkeşlərinin  şimal qardaşları ilə birlikdə 
gələcəklərinə əmin olduğunu bildirmişdir. 
N.Nərimanov 1920-ci il aprelin 28-dən 1922-ci il martın 
12-nə kimi Azərbaycan XKS sədri olmaqla yanaşı Azərbaycan 
İnqilab və Müdafiə Şurasının sədri vəzifələrində də çalışmışdır. 
O, Azərbaycan sovet hakimiyyətinin ilk vaxtlarında daxili və 
beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar olaraq 1920-ci ilin 
aprelindən mayın axırlarına kimi Azərbaycan xalq xarici işlər 
komissarı  vəzifəsini də daşımış, sonralar bu vəzifəni müavini 
M.Hüseynova həvalə etmişdir. 
N.Nərimanov Azərbaycana rəhbərliyə başladığı ilk gündən 
Azərbaycanın yeni istiqamətdə tərəqqisi işinə gərgin fəaliyyətlə 
başlamışdır. Onun və  İnqilab Komitəsinin başqa üzvlərilə 
birlikdə imzaladıqları – əhalini sovet hakimiyyəti  ətrafında 
birləşdirmək, inqilabi qaydalara əməl etmək, orduya yardım 
etmək, sovet quruculuğunu və onun möhkəmləndirilməsinə 
 
36


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə