Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
maq istəyirəm… respublikamızın ən böyük ali məktəbləri olan… 
Azərbaycan Dövlət Universiteti və Kənd Təsərrüfatı İnstitutu son 
dərəcə  ağır bir şərait içərisindədirlər. Bu iki ali məktəbdə 10 
mindən artıq adam oxuyur, laboratoriyalar isə  təchiz 
edilməmişdir, avadanlıq qoyulmamışdır, lazımi kabinetlər 
yoxdur». 
1958-1961-ci illərdə S.Rəhimov respublika Nazirlər 
Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət 
və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə  sədrlik etmişdir, 
1961-1965-ci illərdə isə o, Bakı Baş Tikinti İdarəsinin rəisi ol-
muşdur. S.Rəhimov bir tikinti təşkilatının başçısı kimi Bakı şə-
hərinin abadlaşdırılmasında, yeni-yeni mikrorayonlar salın-
masında, sənaye müəssisələrinin, kinoteatr və mədəniyyət saray-
larının tikilib istifadəyə verilməsində yaxından iştirak etmişdir. 
S.Rəhimov 1965-1975-ci illərdə Azərbaycan SSR Yüngül 
Sənaye Nazirliyinə başçılıq etmişdir. O, düz on il bu məsul 
vəzifədə çalışaraq respublika yüngül sənayesinin hərtərəfli 
inkişaf etməsində, sənaye müəssisələrinin yeni texniki avadanlıq 
və yenidən qurulmasında, xalq istehlakı mallarının istehsalının 
artırılması üçün xeyli əmək sərf etmişdir. 
S.Rəhimov dəfələrlə Azərbaycan KP MK və onun büro-
sunun, Azərbaycan SSR Ali Soveti və onun rəyasət heyətinin 
üzvü olmuş, Azərbaycan, SSRİ Ali sovetlərinin deputatı, 
keçirilmiş plenum, konfrans, qurultay və sessiyalarda 
nümayəndə kimi iştirak etmişdir. 
Onun xidmətləri Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı 
Əmək Bayrağı, Şərəf nişanı ordenləri və medallarla qeyd olun-
muşdur. 
S.Rəhimov 1975-ci il iyunun 11-də Bakı  şəhərində  vəfat 
etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
* * * 
 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.87, iş 1350. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Altıncı 
çağırış. Bakı, 1965. 
 
84


 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Yeddinci 
çağırış. Bakı, 1968. 
- Dördüncü çağırış SSRİ Ali Sovetinin iclasları (dördüncü 
sessiya; 26-29 dekabr 1956-cı il). Stenoqrafik hesabat. M., 1956. 
- «Kommunist» qəz., 1975, 13 iyun, №137. 
 
 
85


 
VƏLİ YUSİF OĞLU AXUNDOV 
iyul 1958 – iyul 1959 
 
Azərbaycanın görkəmli ictimai, siyasi 
və dövlət xadimlərindən, ziyalılarından söz 
düşdükdə  Vəli Axundovun adı xüsusi 
hörmətlə  çəkilir. Vəli Yusif oğlu Axundov 
1916-cı il mayın 14-də Bakı quberniyasının 
Saray kəndində  fəhlə ailəsində anadan ol-
muşdur.  İlk təhsilini Saray kənd məktəbində 
alan Vəli 1929-cu ildə həmin məktəbi bitirib 
Biləcəri stansiyasındakı fabrik-zavod 
məktəbinə daxil olmuşdur. O, 1931-ci ildə  sənət məktəbini 
bitirib Bakı  Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə 
texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə 
yiyələnmişdir. O, təhsilini davam etdirmək və ali təhsil almaq 
məqsədi ilə  əvvəlcə Azərbaycan Sənaye  İnstitutunun hazırlıq 
kursunda oxumuş, 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna 
daxil olmuşdur. V.Axundov institutda oxumaqla yanaşı ATİ-nin 
ictimai elmlər kafedrasının laborantı, «Tibbi kadrlar uğrunda» 
qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində 
çalışmışdır. 1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirən 
V.Axundov orduya çağırılır. 
V.Axundov 1941-1945-ci illər Böyük Vətən 
müharibəsində 20-ci atıcı diviziyanın tərkibində bir həkim kimi 
adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri 
vəzifəsinədək yüksəlmiş, Rusiya, Belorusiya, Almaniya, 
Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 
1946-cı ildə ordudan tərxis olunan V.Axundov ATİ-na qa-
yıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş  və Epi-
demiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi 
işçisi, direktoru olmuşdur. Lakin o, tezliklə Azərbaycan Tibb 
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilir. 
 
86


 
V.Axundov 1946-1949-cu illərdə bu vəzifədə çalışmış, ilk 
gündən həmkarlar ittifaqı aparatının və onun rayon 
komitələrinin bacarıqlı, enerjili kadrlarla möhkəmləndirilməsi, 
tibb işçiləri arasında mədəni-kütləvi tədbirlərin yaxşılaşdırıl-
ması, respublika əhalisinin tibbi və sanitariya-profilaktik 
müalicəsinin yaxşılaşdırılması sahəsində fəal iştirak etmişdir. 
V.Axundov 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə 
nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti 
səhiyyə  şöbəsinin müdiri olmuşdur. O, bu vəzifələrdə Bakı 
vilayətində  səhiyyə  işinin yaxşılaşdırılmasında özünü işi bilən, 
bacarıqlı bir rəhbər-təşkilatçı olduğnu göstərmişdir. 
1953-1954-cü illərdə V.Axundov Azərbaycan KP MK-da 
inzibati, ticarət-maliyyə  və plan orqanları  şöbəsi müdirinin 
müavini vəzifəsində işləmişdir. 
V.Axundov 1954-1958-ci illərdə isə Azərbaycan SSR 
səhiyyə naziri vəzifəsini aparmışdır. O, Azərbaycanda səhiyyə 
işinin yaxşılaşdırılması, zəhmətkeşlərin səhhətinin qorunması, 
yeni-yeni tibb müəssisələrinin açılması, bacarıqlı tibb işçiləri ilə 
təmin edilməsi, xəstəxana və poliklinikaların müasir tibb 
avadanlıqları ilə təmin olunmaları üçün xeyli səy göstərmişdir. 
O, 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən 
biri seçilmiş, bir qədərdən sonra – 1958-ci ilin iyulunda isə 
Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə  təyin 
edilmişdir. O, bu məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna 
qədər çalışmışdır. V.Axundov bu vəzifələrdə özünü bacarıqlı, 
tələbkar, hazırlıqlı, istedadlı, işgüzar bir rəhbər işçi olduğunu 
göstərmiş  və Azərbaycanın hərtərəfli inkişafı sahəsində xeyli 
əmək sərf etmişdir. 
Getdikcə bir rəhbər işçi kimi inkişaf edən V.Y.Axundov 
işgüzarlığı, təvazökarlığı, özünə  və tabeliyində olanlara yüksək 
tələbkarlığı  və prinsipiallığı, kamil dünyagörüşlülüyü ona xalq 
arasında böyük nüfuz qazandırmışdır. 
 
87


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə