Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
Məmməd Əbdül oğlu İsgəndərov yoldaş Azərbaycan SSR 
Ali Soveti rəyasət heyətinin sədri seçilsin, Azərbaycan SSR 
Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilsin». 
Uzun müddət təsərrüfat, partiya, sovet işləri sahələrində 
rəhbər vəzifədə işləmiş, böyük həyat təcrübəsi, xalqın hörmətini 
qazanmış M.İsgəndərov 1962-1969-cu illərdə respublikanın bu 
ən ali və  məsul vəzifəsində çalışmış, sovetlərin idarəçilik 
işlərində  fəaliyyətlərinin artması, təkmilləşdirilməsi, həyatın 
müxtəlif problemlərinin həll edilməsi, həyata keçirilməsi və s. 
məsələləri ilə ciddi məşğul olmuşdur. O, Ali Sovetin sessiya-
larında Azərbaycanın sosial-iqtisadi, mədəni həyatı ilə əlaqədar 
məsələləri müzakirəyə qoymuş və məruzələrlə çıxış etmişdir. 
1967-ci il oktyabrın 25-26-da Azərbaycan SSR Ali 
Sovetinin yeddinci çağırış ikinci sessiyasının iclasları olmuşdur. 
İclasın gündəliyində müzakirə olunan məsələlərdən biri «Kənd 
və qəsəbə zəhmətkeş deputatlar sovetlərinin işini yaxşılaşdırmaq 
haqqında» olmuşdur. Bu məsələ ilə  əlaqədar məruzə üçün 
Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri M.İsgən-
dərova söz verilmişdir. O, məruzədə respublika xalq 
təsərrüfatının sürətlə inkişaf etdiyini, əmək məhsuldarlığının, 
mənfəətlər və digər texniki-iqtisadi göstəricilərin xeyli artdığını, 
kənd təsərrüfatı  zəhmətkeşlərinin də yüksək nəticələr  əldə 
etdiklərini göstərməklə yanaşı bu sahədə sovetlərin 
fəaliyyətindən, onların qarşılarında duran vəzifələrdən də xeyli 
danışmışdır. O demişdir: «… Respublikada yerli sovetlərinin 
son illərdə fəaliyyətini təhlil etdikdə görürük ki, … rayon, şəhər 
sovetlərinin, həm də kənd və qəsəbə sovetlərinin çoxu istehsalat 
məsələlərinə yaxından fikir verməyə, öz ərazilərində yerləşən 
təsərrüfat təşkilatlarına tələbkarlıqla yanaşmağa, bu təşkilatların 
işinin vəziyyəti qayğısına qalmağa başlamışlar. 
… Sovetlərin icraiyyə komitələri, daimi komissiyaları, 
deputatları öz işlərini yeni tələblərə uyğun surətdə qura bilmiş, 
əsas diqqəti iqtisadiyyat məsələlərinə verməyə başlamışlar.  
… Sovetlər tərbiyə  işi ilə daha çox və konkret məşğul 
olur, tapşırılan sahə üçün, dövlət və  əmək intizamına  əməl 
 
94


 
edilməsi üçün hər bir kolxozçunun, sovxoz fəhləsinin 
məsuliyyət hissini artırmağa çalışırlar… 
Təcrübə göstərir ki, hazırkı  mərhələdə iqtisadiyyat və 
mədəniyyətin inkişaf mənafeyi yerli sovetlərin hüquqlarını daha 
da genişləndirməyi, hər bir sovetin, hər bir icraiyyə komitəsinin 
… səlahiyyətini dürüstləşdirməyi və  vəzifələrini aydın 
müəyyənləşdirməyi tələb edir. 
«Kənd və  qəsəbə  zəhmətkeş deputatları Sovetlərinin işini 
yaxşılaşdırmaq haqqında» … qərar qarşımıza bütün sahələrdə, ən 
əvvəl, təsərrüfat, maliyyə, torpaq məsələlərinin həllində, yerli 
sənaye müəssisələrinə, əhaliyə məişət xidməti və ictimai-mədəni 
xidmət göstərən müəssisələrə  rəhbərlikdə  kənd və  qəsəbə 
sovetlərinin hüquqlarını genişləndirmək vəzifəsini qoyur». 
1970-1971-ci illərdə M.İsgəndərov Azərbaycan EA Dərin 
Neft və Qaz yataqları Problemləri  İnstitutunun direktoru vəzi-
fəsini daşımışdır. O, ilk gündən institutda neft və qaz 
yataqlarının layihələşdirilməsi və  təhlili metodlarının yaradıl-
ması, təkmilləşdirilməsi, yataqların ehtiyatlarının 
müəyyənləşdirilməsi, neft və qaz-kondensat yataqlarının tex-
noloji sxemlərinin tərtib edilməsi sahəsinə bilavasitə  rəhbərlik 
etmişdir. 
Məmməd  Əbdül oğlu  İsgəndərov 1972-ci ildən  İttifaq 
əhəmiyyətli pensiyaçı olmuşdur. 
M.İsgəndərov dəfələrlə Azərbaycan KP MK və Bakı 
Komitəsinin, onların bürolarının üzvü, Azərbaycan və SSRİ Ali 
sovetlərin deputatı, plenum, konfrans, qurultay, sessiyaların 
nümayəndəsi olmuşdur. 
O, iki dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və medal-
larla təltif olunmuşdur. 
Məmməd  Əbdül oğlu  İsgəndərov 1985-ci il mayın 28-də 
Bakı şəhərində vəfat etmişdir. 
 
* * * 
 
- Azərbaycan Ali Sovetinin deputatları. Yeddinci çağırış. 
Bakı, 1968. 
 
95


 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.77, iş 577; siy.35, iş 211. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Altıncı 
çağırış. Bakı, 1965. 
- Beşinci çağırış Azərbaycan SSR Ali Sovetinin iclasları 
(səkkizinci sessiya). Stenoqrafik hesabat. Bakı, 1962. 
- Yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinin iclasları. 
İkinci sessiya. Stenoqrafik hesabat. Bakı, 1968. 
 
96


 
ƏNVƏR NƏZƏR OĞLU ƏLİXANOV 
dekabr 1961 – aprel 1970 
 
Azərbaycanın siyasi, dövlət 
xadimlərindən, neftçi geoloqlarından biri 
Ə.Əlixanov olmuşdur. 
Ənvər Nəzər oğlu  Əlixanov 1917-ci il 
aprelin 14-də Bakı  şəhərində  fəhlə ailəsində 
anadan olmuşdur. O, 1924-cü ildə Bakı 
şəhəri 19 saylı natamam orta məktəbə get-
miş, məktəbi müvəffəqiyyətlə bitirib 1931-ci 
ildə Bakı  şəhəri Sabunçu qəsəbəsindəki tex-
nikuma daxil olmuşdur.  Ə.Əlixanov 1934-cü ildə texnikumu 
bitirib texnik-geoloq peşəsinə yiyələnir. O, gənc texnik-geoloq 
kimi Zığda neft mədənlərində əmək fəaliyyətinə başlayır, 1936-
cı ilin sentyabrına kimi burada çalışır. 
1936-1941-ci illərdə  Ə.Əlixanov Azərbaycan Sənaye  İn-
stitutunun kəşfiyyat-geologiya fakültəsinin tələbəsi olmuş, 
1941-ci ilin mayında institutu bitirib mədən mühəndis-geoloqu 
ixtisasını almışdır. 
Ə.Əlixanov institutu bitirdikdən sonra Kaqanoviçneft tres-
tinin 3-cü mədəninə geoloq göndərilir. Burada bir neçə ay 
işlədikdən sonra orduya çağırılır. 
1941-1942-ci illərdə  Ə.Əlixanov sovet ordusunda xidmət 
etmişdir. O, əvvəl Tbilisi şəhərindəki topçuluq məktəbində oxu-
muş  və leytenant rütbəsi almışdır. O, gənc topçu zabit kimi 
Krım və  Şimali Qafqaz cəbhələrində gedən döyüşlərdə  iştirak 
etmişdir. 
Ə.Əlixanov neftçi olduğu üçün 1942-ci ilin oktyabrında 
Dövlət Müdafiə Komitəsinin  əmri ilə ordudan tərxis olunub 
Bakıya qayıdır. 
1942-1945-ci illərdə  Ə.Əlixanov Leninneft trestinin 7-ci 
mədənində baş geoloq kimi çalışmış, döyüşən orduya çoxlu neft 
və neft məhsulları göndərilməsi üçün xeyli iş görmüşdür. 
 
97


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə