Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

 
zavodların, elektrik stansiyalarının Azərbaycanın müxtəlif 
rayonlarında tikilməsi, şəhər və kəndlərin planlı qaydada abad-
laşdırılması sahələrinə kapital qoyulması, yeni tikilən 
müəssisələrin bacarıqlı kadrlarla təmin olunması işinə xeyli fikir 
vermişdir. 
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyevin tövsi-
yəsi ilə  Ə.İbrahimov 1970-1981-ci illərdə Azərbaycan SSR 
Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ Nazirlər Sovetinin üzvü 
olmuşdur. Artıq təcrübəli və bacarıqlı  təşkilatçı kimi özünü 
göstərmiş  Ə.İbrahimov respublikanın bu məsul vəzifəsində 
Azərbaycan sənayesinin, iqtisadiyyatının, mədəniyyətinin 
hərtərəfli inkişaf etməsi işində var qüvvəsi ilə çalışmış, böyük 
əmək sərf etmişdir. 
Ə.İbrahimov 1981-ci ilin yanvarında öz xahişi ilə  İttifaq 
əhəmiyyətli pensiyaya getdiyi üçün Azərbaycan SSR Nazirlər 
Soveti sədri vəzifəsindən çıxmışdır. H.Əliyevin imzaladığı, 
1981-ci il yanvarın 16-da Azərbaycan KP MK-nın çıxardığı 
qərarda yazılır: «Ə.İ.İbrahimovun pensiyaya getməsi ilə 
əlaqədar Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsindən 
azad edilməsi haqqında xahişini yerinə yetirmək». 
Ə.İbrahimov dəfələrlə Azərbaycan KP MK və Sov. İKP 
MK üzvlüyünə namizəd, Azərbaycan KP MK və bürosunun, 
Azərbaycan Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans 
və qurultayların nümayəndəsi, SSRİ  və Azərbaycan SSR Ali 
Sovetinin deputatı seçilmiş və sessiyaların işində iştirak etmişdir. 
Ə.İbrahimovun  əmək fəaliyyəti dövlət tərəfindən yüksək 
qiymətləndirilmişdir. O, 3 dəfə Lenin ordeni, 3 dəfə  Qırmızı 
Əmək Bayrağı ordeqi və müxtəlif medallarla təltif edilmişdir. 
Ə.İbrahimov 1990-cı il fevralın 15-də Bakı şəhərində vəfat 
etmişdir. 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.77, iş 1224. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.IV. Bakı, 1980. 
 
104


 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Onuncu 
çağırış. Bakı, 1982. 
 
105


 
HƏSƏN NEYMƏT OĞLU SEYİDOV 
yanvar 1981 – yanvar 1989 
 
Azərbaycanın siyasi və dövlət xadim-
lərindən biri H.Seyidov olmuşdur. 
Həsən Neymət oğlu Seyidov 1932-ci il 
avqustun 16-da Gürcüstan Respublikasının 
Marneuli rayonunun Qaçağan kəndində orta-
bab kəndli ailəsində anadan olmuşdur. O, 
1951-ci ildə  kənd orta məktəbini bitirib 
Bakıya gəlmişdir. 
H.Seyidov 1951-ci ildə Ç.İldırım adına 
Azərbaycan Politexnik İnstitununun mexanika fakultəsinə daxil 
olmuşdur. 1956-cı ildə institutu müvəffəqiyyətlə bitirən 
H.Seyidov Bakı  şəhərindəki l.Şmidt adına maşınqayırma 
zavoduna işə göndərilir. O, bu zavodda 1956-1965-ci illərdə usta 
köməkçisi, böyük mühəndis-texnoloq, növbə, sahə rəisi, zavodun 
baş mühəndisinin müavini işləmişdir. Bu vəzifələrdə özünü 
çalışqan, istehsalat təşəbbüsləri irəli sürən işçi, fəal ictimaiyyətçi 
kimi göstərmişdir. Zavod işçilərinin və rəhbər dairələrin nüfuzunu 
qazanmış H.Seyidov zavoda direktor təyin edilmişdir. O, 1965-
1971-ci illərdə l.Şmidt adına maşınqayırma zavodunun direktoru 
olmuşdur. H.Seyidov direktor olduğu ilk gündən zavodda birinci 
növbədə nizam-intizamın möhkəmlənməsinə, istehsalatın 
təmərküzləşdirilməsinə, yeni-yeni neft avadanlıqlarının və qazıma 
dəzgahlarının istehsalının artırılmasına, keyfiyyətlərinin yaxşılaş-
dırılmasına, dünya standartlarına uyğunlaşmasına xeyli fikir 
vermişdir. O, zavodun ölkə miqyasında maşınqayırma 
müəssisələri arasında qabaqcıllar sırasında adının çəkilməsinə 
nail olmuşdur. 
Özünü bacarıqlı istehsalat rəhbəri kimi göstərən H.Seyi-
dov 1971-1981-ci illərdə Azərbaycan KP MK-nın  əvvəlcə 
sənaye-nəqliyyat şöbəsinin müdiri, sonralar isə Azərbaycan KP 
MK katibi vəzifələrində çalışmışdır. O, bu vəzifələrdə  sənaye 
sahəsini bilən bir mütəxəssis kimi MK-nın sənaye problemləri 
 
106


 
ilə məşğul olmuş və Azərbaycan sənayesinin müxtəlif sahələri-
nin hərtərəfli inkişaf etməsinə, yeni texnika və texnologiyanın 
istehsalata tətbiq olunmasına, Sumqayıt, Daşkəsən, Əli Bayram-
lıda müxtəlif sənaye müəssisələrinin tikilib istifadəyə 
verilməsinə səylə çalışmışdır. 
H.Əliyevin tövsiyəsi  əsasında H.Seyidov 1981-1989-cu 
illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olmuşdur. O, baş 
nazir kimi Azərbaycan xalq təsərrüfatının daha da tərəqqi 
etməsi,  şəhər və  kəndlərinin abadlaşdırılması, respublika zəh-
mətkeşlərinin maddi rifahının yaxşılaşdırılması, sənaye və kənd 
təsərrüfatı məhsulları istehsalı sahəsində qarşısında duran dövlət 
tapşırıqlarının yerinə yetirilməsi işinə xeyli əmək sərf etmişdir. 
H.Seyidov 1989-2004-cü illərdə «Azərinkom» informasiya-
kommersiya birliyinin rəhbəri olmuşdur. 
H.Seyidov dəfələrlə Azərbaycan KP MK-nın plenum, kon-
frans, qurultaylarının nümayəndəsi seçilmiş, Azərbaycan KP 
MK üzvlüyünə namizəd, üzv, Sov. İKP MK üzvlüyünə namizəd 
seçilmişdir. SSRİ, Azərbaycan SSR Ali Sovetinin deputatı, 
Azərbaycan Ali Soveti rəyasət heyətinin və SSRİ Nazirlər 
Sovetinin üzvü olmuşdur. 
H.Seyidov Lenin ordeni, iki dəfə  Qırmızı  Əmək Bayrağı 
ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 
H.Seyidov 2004-cü il dekabrın 8-də  vəfat etmiş  və  Fəxri 
xiyabanda dəfn olunmuşdur. 
 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.61, iş 48; f.1, siy.62, iş 138; 
f.1, siy.68, iş 362. 
- Azərbaycan Sovet Ensiklopediyası. C.VIII. Bakı, 1984. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Səkkizinci 
çağırış. Bakı, 1973. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Onuncu 
çağırış. Bakı, 1982. 
- «Azərbaycan» qəz., 2004, 9 dekabr, №285. 
 
107


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə