Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
1992-ci il mayın 15-də Ali Sovetin sessiyası çağırılmışdır. 
Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan 
olunmuş, A.Mütəllibov prezidentliyə qaytarılmış  və  təklif 
edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Respublikanın 
tanınmış iqtisadçısı kimi R.Hüseynovun namizədliyi irəli sürül-
müşdür. R.Hüseynov Azərbaycan Respublikasının baş naziri 
seçilmişdir. 
R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayın-
da kimi müstəqil Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır. 
Respublikanın ən yüksək vəzifələrindən biri olan bu vəzifəyə rəh-
bərlik işində pillə-pillə yüksələn R.Hüseynov artıq təcrübəli, 
respublika iqtisadiyyatını yaxşı bilənlərdən biri kimi, ölkənin ağır 
şəraitdən çıxara biləcək bir şəxs kimi gəlmişdi. O, baş nazir vəzifə-
sinə başlayarkən Azərbaycan Xalq Cəbhəsi nümayəndələri qarşı-
sında siyasətə qarışmayacağı haqqında  şərt qoymuşdur. R.Hü-
seynov xatirələrində bu barədə yazır: «Mən açığı bunlara bildir-
dim: - Mən siyasətə qarışmıram.  Əgər doğrudan da siz Azər-
baycanın iqtisadiyyatı ilə  məşğul olmaq, bu cür çətin vəziyyətdə, 
gərginlikdə  və müharibə  şəraitində  iş görərək iqtisadiyyatı qal-
dırmaq işini mənə həvalə edirsinizsə, mənə mane olmayacaqsınız-
sa, işimə qarışmayacaqsınızsa, onda işləyə bilərik… 
Elçibəy dedi: 
- Yox, siz bizim ağsaqqalımızsınız, biz sizin işinizə 
qarışmayacağıq, siz iqtisadiyyatla, Azərbaycanın istehsalatı ilə 
məşğul olun, biz də öz siyasətimizlə». 
R.Hüseynov belə bir şərtlə baş nazir vəzifəsini icra etməyə 
başlamışdır. O, bu vəzifədə Azərbaycan nümayəndə heyətinin 
başçısı kimi Braziliyada keçirilmiş ekologiya məsələlərinə həsr 
edilmiş ümumdünya konfransında, Türkiyənin  İzmir  şəhərində 
keçirilmiş Şərq ölkələri üzrə iqtisadi konfransda iştirak və çıxış 
edərək Azərbaycan dövlətinin müstəqil siyasət yeritməyə 
başladığı haqqında məlumat vermişdir. Bu konfranslar zamanı 
ABŞ, Fransa, Türkiyə və s. ölkələrin prezidentləri, baş nazirləri 
ilə görüşmüşdür. 
 
120


 
R.Hüseynov AXC hakimiyyəti dövründə yaranmış  çətin, 
ağır vəziyyətə baxmayaraq, Azərbaycan sənayesini və  kənd 
təsərrüfatını dağılmaqdan xilas etməyə  və bir sıra problemləri 
həll etməyə çalışırdı. Lakin cəbhəçilər ona bu işləri görməyə 
imkan vermir və idarəçiliyi bacarmayanlar istədiklərini edirdilər. 
Bütün bunlara dözməyən R.Hüseynov könüllü olaraq baş nazir 
vəzifəsindən getmiş, Azərbaycan Prezidenti Elçibəyin dəfələrlə 
xahiş etməsinə baxmayaraq, baş nazir vəzifəsinə qayıtmamışdır. 
Beləliklə, 40 ildən çox bir müddətdə Azərbaycan xalq 
təsərrüfatının hərtərəfli inkişafı  məsələləri ilə  məşğul olmuş, 
müəyyən müvəffəqiyyətlərə nail olmuş bir şəxs respublikanın 
idarə olunmasından uzaqlaşmış oldu. 
R.Hüseynov dövlət vəzifələrindən getsə  də Azərbaycanın 
iqtisadi məsələləri ilə məşğul olmaqdadır. 
1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də 
Azərbaycan Alimlər və Mühəndislər Birliyi olmuşdur. 
R.Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir. 
1994-cü ildə isə Beynəlxalq «Xəzər» fondu təşkil olunmuşdur. 
Onun təsis konfransında R.Hüseynov yekdilliklə fondun 
prezidenti seçilmişdir və ona başçılıq edir. Eyni zamanda o, 1994-
cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-
prezidentidir. R.Hüseynovun başçılıq etdiyi bu təşkilatlar 
Azərbaycanda elm, texnika, ekologiya, iqtisadi, sosial məsələlər 
ilə  məşğuldurlar. O çalışır ki, həmin təşkilatlar Azərbaycanın 
hərtərəfli inkişafına az da olsa, bacardıqları  qədər nail ola 
bilsinlər. R.Hüseynov bu təşkilatların fəaliyyətini belə izah edir: 
«Xəzər Beynəlxalq Fondu nə ilə  məşğuldur? Ancaq iqtisadiyyat 
və ekologiya məsələləri ilə… iqtisadiyyat ekologiyasız ola 
bilməz, ekologiya iqtisadiyyatsız. Ekologiya pis olsa iqtisadiyyat 
işləyə bilməz. 
Və ya Respublika Alimlər və Mühəndislər  İttifaqı  nə ilə 
məşğul olur? Elmlə, texnika ilə, müasir texnologiyalarla, dünya-
da nə olur, biz informasiyalar alırıq…  İnformasiya mübadiləsi 
imkan verir ki, bizə aid olan, respublikaya lazım olan məsələləri, 
 
121


 
iqtisadi nəzəriyyə formasiyaları burada hökumətə bacardığımız 
səviyyədə təqdim edək». 
R.Hüseynov yuxarıda adları  çəkilən təşkilatların rəhbəri 
kimi bir çlx beynəlxalq konfrans və iclaslarda, müşavirələrdə 
iştirak edir. O, xatirələrində bu barədə yazır: «… Respublika 
Alimlər və Mühəndislər  İttifaqının sədri kimi… Beynəlxalq 
Alimlər və Mühəndislər Birliyinin vitse-prezidenti kimi də 
fəaliyyət göstərirəm. Və  mən həm də Ümumdünya 
Konfederasiyasının həqiqi üzvüyəm. Bu konfederasiya 84 
ölkənin Alimlər və Mühəndislər Birliyini birləşdirir. Ona görə 
də elə il olmur ki, bu konfederasiyanın, ya da hansısa beynəlxalq 
qurumun xətti ilə ümumdünya konqreslərində, konfrans və 
seminarlarda iştirak etməyim». 
R.Hüseynov beynəlxalq görüşlərində dünyanın bir sıra 
siyasi xadimləri, dövlət başçıları ilə söhbət edir, onların ölkələri 
haqqında informasiya aldığı kimi, Azərbaycan həqiqətlərini 
onlara çatdırmaqda xeyli fəaliyyət göstərir. Azərbaycanın 
ermənilər tərəfindən təcavüzə, terrora məruz qaldığını tutarlı 
faktlarla izah edir. 
R.Hüseynovun bilavasitə  gərgin fəaliyyəti nəticəsində 
1999-cu ilin may ayında «Avropa Əmtəə nömrələmə» 
assosiasiyası konqresinin üzvü seçilmişdir və 2000-ci ildə isə 
Beynəlxalq «Xəzər» fondunun nəzdində «Respublika Milli 
Əmtəə nömrələmə» idarəsini yaratmışdır. Bu idarə 
Azərbaycanda istehsal edilən malların dünyanın müxtəlif 
ölkələrinə göndərilməsində mühüm rol oynayır. 
R.Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, 
Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayən-
dəsi olmuşdur. O, Qırmızı  Əmək Bayrağı, Xalqlar dostluğu, 
Şərəf nişanı ordenləri və bir sıra medallarla təltif olunmuşdur. 
 
* * * 
 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. On birinci 
çağırış. Bakı, 1985. 
 
122


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə