Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 
- Bababəkirli P. Seyidli nəsli. Bakı, 2002. 
 
108


 
AYAZ NİYAZ OĞLU MÜTƏLLİBOV 
27 yanvar 1989 – 25 yanvar 1990 
 
Azərbaycanın dövlət və siyasi 
xadimlərindən biri Ayaz Niyaz oğlu Mütəlli-
bovdur. O, 1938-ci il mayın 12-də Bakı şəhə-
rində qulluqçu ailəsində anadan olmuşdur. 
1956-cı ildə Bakıda 189 saylı orta məktəbi 
bitirmişdir. 1962-ci ildə M.Əzizbəyov adına 
Azərbaycan Neft və Kimya İnstitutunu bitir-
mişdir. 
Əmək fəaliyyətinə 1958-ci ildə 
başlamışdır. 
1958-1959-cu illərdə Azərbaycan Hidrotexnika və melio-
rasiya ETİ-də mexanizasiya şöbəsinin texniki, 1959-1966-cı 
illərdə Bakı Soyuducular zavodunda mühəndis-konstruktor, baş 
mühəndis, yığma sexinin ustası, texniki nəzarət şöbəsinin rəisi, 
konstruktor bürosunun rəisi, 1966-1974-cü illərdə Soyuducular 
zavodunun direktoru, 1974-1977-ci illərdə isə Bakı elektron 
məişət cihazları birliyinin baş direktoru olmuşdur. 
A.Mütəllibov bu vəzifələrdə Azərbaycan sənayesinin yeni 
sahələri olan soyuducu və  məişət cihazları istehsalı  işinə 
rəhbərlik edərək, onların istehsalının gün-gündən artırılması, 
zəhmətkeşlərin tələbatının ödənilməsi, zavodların işin öhdəsin-
dən gələ bilən, bacarıqlı kadrlarla təmin olunması və fəhlələrin 
maddi rifahının yaxşılaşdırılmasına qayğı göstərmişdir. 
1977-ci il sentyabrın 21-də Bakı şəhəri Nərimanov Rayon 
Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1980-ci il yanvarın 5-
də bu vəzifədən azad olunaraq H.Əliyevin tövsiyəsi ilə 
Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. 
1982-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti 
sədrinin müavini, Azərbaycan SSR Plan Komitəsinin sədri ol-
muşdur. A.Mütəllibov Plan Komitəsinə başçılıq edərkən 
respublika xalq təsərrüfatının müxtəlif sahələrinə,  əsasən 
Sumqayıt, Mingəçevir,  Əli Bayramlı kimi şəhərlərdə yeni-yeni 
 
109


 
sənaye müəssisələri salınması üçün kapital qoyuluşunun 
artırılmasına, işlərin planlı surətdə aparılmasına səy 
göstərmişdir. 
Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin 1989-cu il    
27 yanvar tarixli qərarı ilə Nazirlər Sovetinin sədri təyin 
edilmişdir. 
1990-cı il 20 yanvar hadisələrindən sonra yanvarın 24-25-
də çağırılmış Azərbaycan KP MK plenumunda A.N.Mütəllibov 
Nazirlər Sovetinin sədri vəzifəsindən azad olunaraq Azərbaycan 
KP MK-nın birinci katibi seçilmişdir. Azərbaycan SSR Ali 
Sovetinin 26 yanvar tarixli qərarı ilə Nazirlər Sovetinin sədri 
vəzifəsindən azad olunmuşdur. 
A.Mütəllibov 1990-1991-ci illərdə Azərbaycan KP MK-ya 
rəhbərlik etmişdir. Lakin bu dövrdə yaranmış ağır ictimai-siyasi 
şərait onu bu vəzifəni aparmağa imkan vermədi, respublikada 
Kommunist Partiyasının fəaliyyətini dayandırmağa məcbur etdi. 
1991-ci il sentyabrın 14-də Azərbaycan KP-nin fövqəladə 
XXXIII qurultayı çağırıldı. O, qurultayda respublikada 
kommunist partiya təşkilatlarının fəaliyyətinin dayandırılması 
təklifi ilə çıxış etdi. Bundan sonra qurultay Azərbaycan KP-nin 
buraxılması haqqında qərar qəbul etdi. 
1990-cı ilin may ayından Azərbaycanda prezident idarəçi-
liyinə keçildi. Mayın 18-də Azərbaycan SSR Ali Sovetinin 
növbəti sessiyası çağırıldı. Sessiya «Azərbaycan SSR prezidenti 
vəzifəsinin təsis edilməsi haqqında qanunun qüvvəyə minməsi 
haqqında» qərar qəbul etdi və A.Mütəllibovu Azərbaycan SSR-
in prezidenti seçdi. A.Mütəllibov Azərbaycanın tarixinə ilk 
prezident kimi daxil olmuş və 1990-1992-ci illərdə bu vəzifədə 
olmuşdur. Bu dövrdə Azərbaycanda qüvvətlənməkdə olan milli 
azadlıq hərəkatı, erməni-azərbaycanlı münaqişəsi və Ermənistan 
qoşunlarının Azərbaycan torpaqlarını  işğala başlaması, AXC 
liderlərinin hakimiyyəti 
ələ keçirmələri nəticəsində 
A.Mütəllibov prezidentlikdən istefa vermək və ölkəni tərk edib 
Rusiyada yaşamaq məcburiyyətində qaldı. 
 
110


 
A.Mütəllibov dəfələrlə Azərbaycan KP MK və bürosunun 
üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans 
və qurultayların, sessiyaların, müşavirələrin nümayəndəsi 
olmuşdur. 
Texniki jurnallarda bir neçə elmi məqaləsi çap edilmişdir. 
O, iki dəfə  Qırmızı  Əmək Bayrağı ordeni və müxtəlif 
medallarla təltif edilmişdir. 
 
* * * 
 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f. 8.2, siy.25, iş 575. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. On birinci 
çağırış. Bakı, 1985. 
- «Baku» qəz., 1990, 29 yanvar, №16. 
- «Kommunist» qəz., 1989, 28 yanvar, №24. 
 
111


 
HƏSƏN ƏZİZ OĞLU HƏSƏNOV 
yanvar 1990 – aprel 1992 
 
Azərbaycanın ictimai, dövlət və siyasi 
xadimlərindən, diplomat və alimlərindən biri 
də H.Həsənovdur.  
Həsən  Əziz oğlu Həsənov 1940-cı il 
oktyabrın 20-də Tbilisidə  fəhlə ailəsində 
anadan olmuş, «Şeytan bazar» deyilən mü-
səlman məhəlləsində böyümüş, gürcü, 
erməni, rus və  yəhudi gəncləri arasında 
yetkinləşmiş, onların milli, dini və  mənəvi 
xüsusiyyətlərini dərindən öyrənmişdir. 
1948-ci ildə Tbilisi şəhər 43 saylı məktəbə gedən H.Həsə-
nov tezliklə  məktəbin çalışqan və  fəal  şagirdlərindən olmuş, 
biliyi və intizamı ilə müəllimlərin və  şagirdlərin hörmətini 
qazanmışdır. 1958-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən 
H.Həsənov Bakıya gəlmiş  və Ç.İldırım adına Azərbaycan 
Politexnik İnstitutuna daxil olmuşdur. 
1958-1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun 
inşaat fakültəsinin tələbəsi olmuş və institutu bitirərək yollar ti-
kintisi mühəndisi peşəsinə yiyələnmişdir. H.Həsənov tələbəlik 
illərindən ictimai fəaliyyətə başlamışdır: O, 1960-cı ildə Bakı 
Tələbə Şurasının sədri, 1961-ci ildə institut komsomol komitəsi 
katibinin müavini, 1962-ci ildə Azərbaycan LKGİ Bakı Komi-
təsinin təlimatçısı, 1962-1965-ci illərdə Oktyabr rayon komitə-
sinin katibi, 1965-1966-cı illərdə Azərbaycan LKGİ MK-da 
komsomol təşkilatı bölməsinin müdiri olmuşdur.  
H.Həsənov 1966-1967-ci illərdə S.Dadaşov adına Azər-
baycan  İnşaat materialları  və konstruksiyası institutunun 
aspiranturasında oxumuşdur. 
H.Həsənov 1967-ci ilin mayından yenidən partiya işinə 
qayıdır, 1969-cu ilin yanvarına kimi Azərbaycan KP MK tikinti 
və  şəhər təsərrüfatı  şöbəsinin təlimatçısı, 1969-1971-ci illərdə 
 
112


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə