Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 
edilməməsi, 1 milyondan çox qaçqın problemi respublikanın 
ictimai-siyasi, sosial-iqtisadi həyatına ciddi təsir etməklə 
iqtisadiyyatın bütün sahələrində, böhran hallarını  dərinləşdirdi 
və bu 1993-1995-ci illərdə istehsalın  əvvəlki illərə nisbətən 
xeyli aşağı düşməsi, digər iqtisadi göstəricilərin pisləşməsi ilə 
nəticələndi. Belə ki, 1990-cı ilə nisbətən 1995-ci ildə ümumi 
daxili məhsul istehsalı 2,5 dəfə, sənaye məhsulunun həcmi 2,9 
dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə bütün maliyyə 
mənbələri hesabına kapital qoyuluşu 3,6 dəfə azalmışdı. Əmək 
haqqı üzrə borcların çoxalması maliyyə  çətinlikləri, ödəmələr 
problemi, maliyyə-kredit resurslarından səmərəli istifadə 
olunmaması ölkənin büdcəsində 
vəziyyəti xeyli 
gərginləşdirmişdir. 1994-cü ildə hakimiyyəti zorla devirmək 
cəhdləri həm iqtisadiyyat, həm də  əhalinin sosial vəziyyətinə 
güclü zərbə vurdu 1994-cü ilin son aylarında inflasiya 
səviyyəsi 60-70% arasında tərəddüd edirdi. 1994-cü ildə illik 
inflyasiya 1880% olmuşdur. 
1995-1998-ci illərdə maliyyə-kredit sahəsində ciddi 
islahatların aparılması, pul kütləsi üzərində  nəzarətin 
gücləndirilməsi, büdcədən maliyyələşdirilən xərclər üzərində 
nəzarət inflyasiyanın dəfələrlə, büdcə  gəsirinin isə xeyli 
azalmasını  təmir etdi. Bunun ən mühüm nəticələrindən biri 
ölkədə maliyyə sabitliyinin təmin edilməsidir.  Əgər 1994-cü 
ildə manatın ABŞ dollarına nisbətən məzənnəsi 12 dəfə 
azalmışdısa, 1995-ci ildə bu rəqəm cəmi 3,6% olmuşdur. 1995-
1998-ci illər də manatın sabitləşməsi sahəsində müsbət işlər 
davam etmiş, milli valyuta inam bərpa olunmuşdur, manatın 
daxili dönərliyinin təmin olunması üçün əlverişli zəmin 
yaranmışdır. Bununla belə qeyd etmək lazımdır ki, yaranmış 
əlverişli makroiqtisadi sabitlikdən islahatların kompleks 
şəkildə aparılması üçün tam istifadə olunmadı. 1995-1996-cı 
illərdə iqtisadiyyatda tənəzzülün aradan qaldırılması  tədbirləri 
heçdə  hər yerdə sistemli şəkildə aparılmasada iqtisadiyyatda 
sabitləşmə meylərinin yaranmasında öz müsbət nəticələrini 
 
135


 
artıq göstərməkdədir.Son illərdə xarici ticarətin 
liberallaşdırılması sahəsindəki addımlar neftqazçıxarma 
sənayesində  də müsbət təsir göstərmişdir. 1993-cü ilə  qədər 
neft məhsullarının satışı iki neftayırma zavodu tərəfindən 
həyata keçirilirdi, bu da neft-qazçıxarma müəssisələrinin 
mənafelərini pozurdu. 1993-cü ildə ilk dəfə olaraq Dövlət Neft 
Şirkətinə xaricə  sərbəst çıxmaq üçün 1 milyon 382 min ton 
kvota ayrılmışdı. 1995-ci ildə xaricə 1 milyon 635,8 min ton 
neft satılmışdır (1994-cü ildəkindən 696 min ton çox). Satışdan 
daxil olan valyutanın 33% Dövlət Neft Şirkətinin ehtiyaclarına 
yönəldilmişdir. 1996-19970ci illərdə neftin satışından gəlirin 
daha çox hissəsi sahənin ehtiyaclarına sərf edilmişdir. 
Neftqazçıxarma müəssisələrinin məhsulun satışından  əldə 
olunan valyuta resusrlarında sərbəstliyin artması, birinci 
növbədə sahənin ehtiyaclarə üçün istifadə olunması iqtisadi 
islahatların daha da ardıcıllıqla, eyni zamanda müəssisə 
kollektivinin marağı baxımından aparılmasına kömək edə bilər. 
Keçmiş Sovetlər  İttifaqının  ən mühüm yanacaq bazası 
olan Rusiyada neftqazçıxarma sənayesində iqtisadi islahatların 
hansı  səviyyədə aparıldığını izləmək maraq doğurardı. 
İslahatlar bu ölkədə ilk əvvəl qanunvericilik sahəsini  əhatə 
etmiş, neftə aid çoxlu qanunlar qəbul edilmişdir. 
Neftqazçıxarma sənayesi və ümumiyyətlə yanacaq energetika 
kompleksi bazar iqtisadiyyatının qanunlarına uyğun yenidən 
qurulmuş və bütün kompleks yanacaq energetika strukturunda 
cəmlənmişdir. Bir çox neftqazçıxarma birlikləri səhmdar 
cəmiyyətlərə çevirilmiş, özəlləşdirmə prosesləri aparılmışdır. 
Rusiya Federasiyasının bir neçə neftqazçıxarma istehsalat 
birliyi bazasında yaradılmış «Lukoyl» Səhmdar Cəmiyyəti qısa 
bir zamanda dünyanın 10 nəhəng neft şirkətindən birinə öz 
səhmlərini dünya bazarına çıxarmaqla məşğuldur. Rusiyada 
yeni yaradılmış «Surqutneftqaz», «Yukas», «Rosneft» 
şirkətləri də artıq öz potensialı ilə nəhəng neft kompaniyalarına 
çevrilmişlər. Yeni qanunvericilik sistemi belə iri neft 
 
136


 
şirkətlərinin yaranması  və  uğur qazanmasına səbəb olmuşdur. 
Hazırda Rusiya Federasiyasından Yanacaq energetika 
nazirliyində nazir müavininin rəhbərlik etdiyi «Maliyyə  və 
kommersiya qanunvericiliyi» bölməsi fəaliyyət göstərir. 
Yanacaq energetika kompleksində islahatların aparılması üçün 
Rusiya federasisında bu sahədə konsepsiya işlənib hazırlanmış 
və  həyata keçirilməkdədir. Bu konsepsiyaya görə enerji 
resurslarının qiymətini və vergi haqlarının mərhələ-mərhələ 
dünya qiymətləri standartlarına yaxınlaşdırmaqla islahatların 
2000-ci ildə başa çatdırılması nəzərdə tutulur
25

Lakin bütün bunlara istinadən qeyd etmək lazımdır ki, 
quruda neftqazçıxarma sənayesində ilk islahat tədbirləri 
iqtisadi transformasiya ilə  əlaqədar olmuş, geniş miqyas 
daşımalıdır. Aparılmış islahat tədbirləri mahiyyət etibarı ilə 
əsaslı, proqramlı, sistemli olmamış, bir növ kosmetik xarakter 
daşımamıır. Konkret islahat konsepsiyasının olmaması, 
xüsusən islahat aparmaq təfəkkürünün kifayət qədər inkişaf 
etməməsi, təşəbbüskarlığın ardıcıl prinsipial səviyyə 
daşımaması, məhz islahatların nəinki neft sənayesində, hətta 
ümumilikdə respublika miqyasında radikal inkişafını təmin edə 
bilməmişdir. İslahatçı təşəbbüslərinin dəstəklənməsi, sistemsiz, 
kortəbii aparılan islahat tədbirləri uğurlu nəticələrə 
gətirməmişdir. Bazar iqtisadiyyatı  təfəkkürünün hələ  də keçid 
mərhələsində yaşaması, yeni iqtisadi sistemə uyğun kamil 
iqtisadi düşüncə  tərzinin çinovnik nomenklaturasında geniş 
inkişaf tapmaması iqtisadi islahatların ləngiməsində  əsas 
cəbəblərindən olmuşdur.  
 
 
 
 
                                                           
25
 Э.С.Кудинов  «Экономические  проблемы  развития  топливного 
комплекса Российской Федерации» Москва 1996 г. 
 
 
137


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə