Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

 
dərəcədə köhnə iqtisadiyyatın dağılmasına nail oldular. İndiki 
mürəkkəb çəraitdə bu və ya digər səbəblərlə  əlaqədar olaraq 
ölkənin iqtisadi, siyasi müstəqilliyində  həlledici amillərdən 
olan yancaq-energetika kompleksinin əsas və mühüm hissəsi 
dövlətin nəzarəti, dövlətin himayəsi altında olmalıdır.  İnkişaf 
etmiş bütün ölkələrdə  dıvlətin iqtisadiyyatdakı rolu inkar 
edilməzdir. 
Unutmaq olmaz ki, tarixin inkişaf mərhələlərində istehsal 
üsulundan asılı olmayaraq dövlət iqtisadi-sosial inkişafımızın 
barometri olmuş və olmaqda davam edir. 
Azərbaycanda neft hasilatı  məsələsi bu gün dünya 
siyasətində müzakirə olunan vacib məsələlərdən birinə 
çevirilir. Belə bir vəziyyətdə neftqazçıxarma istehsalında yaxın 
və uzaq gələcəkdə dövlətin rolu əvəzedilməzdir. Bu strateji xətt 
heç də o demək deyildir ki, sahədə bazar münasibətləri 
formalaşmasın, mülkiyyət münasibətləri dəyişməz qalsın və s. 
Əksinə, dövlət bu strateji sahəni özünün nəzarətində 
saxlamaqla orada bazar münasibətlərinin inkişafına, 
kommersiya strukturlarının, sahibkarlığın inkişafına  əlverişli 
şərait yarada bilər. 
Bu gün reallıqdan doğıan, sahədə iqtisadi islahatların 
zəruriliyini ön plana çəkən bir sıra məsələlərə müraciət edək. 
Əvvəla, bazar iqtisadiyyatının «sərt oyun qaydaları» 
neftqazçıxarma sənayesində xüsusilə, quruda yerləşən 
müəssisələrin təsərrüfat fəaliyyətinə bilavasitə təsir edir və bu 
təsirin az itkilərlə başa gəlməsi üçün quruda neftqazçıxarma 
sahəsində iqtisadi islahatların aparılması hər bir istiqamət üzrə 
müəyyənləşdirilməli, prioritet məsələlərə üstünlük verilməlidir. 
Daha sonra, onu da nəzərə almaq lazımdır ki, illər boyu 
quruda neftqazçıxarma istehsalının təmin edilməsiylə əlaqədar 
olaraq güclü istehsal və sosial infrastrukturu yaranmışdır. B u 
gün neftqazçıxarma istehsalının fəaliyyət göstərməsi üçün 
güclü maddi-texniki təchizat, nəqliyyat, energetika 
sektorlarının inkişafı  tələb edilir. Bu sahələrdən hər birində 
 
128


 
iqtisadi islahatların özünəməxsus xüsusiyyətləri, prioritetləri 
vardır ki, onların da gələcək taleləri müvafiq qanunlar, 
normativ sənədlərlə  tənzimlənməlidir. Yəni, neftqazçıxarmada 
islahatlar, təkcə əsas istehsalla deyil, ona xidmət edən sahələrin 
bazar münasibətləri  şəraitində  fəaliyyətləri ilə bağlı olacaqdır. 
Bu cəhət neftqazçıxarma sənayesində iqtisadi islahatların 
taleyini respublika üzrə aparılacaq iqtisadi islahatların 
strategiyası  və taktikasından asılı edir. Vəziyyətdən müəyyən 
mənada çıxış yolu dünya təcrübəsinə istinad edərək, inkişaf 
etmiş neftqazçıxarma istehsalına malik olan ölkələrdə istifadə 
edilən iqtisadi mexanizmlərdən respublikanın xüsusiyyətlərini 
nəzərə almaqla istifadə etməkdən ibarətdir. Burada bir cəhəti 
xüsusi qeyd etmək lazımdır ki, quruda neftqazçıxarma 
sənayesində uiqtisadi islahatların həyata keçirilməsini ləngidən 
mühüm səbəblərdən biri bu sahə üçün tələb olunan əsaslı 
vəsaitin çatışmamazlığıdır. Əgər ittifaq höküməti 1986-1990-cı 
illərdə bütünlükdə respublikanın neft səbnayesinin ehtiyaclarını 
ödəmək məqsədi ilə orta hesabla hər il 250 miyon dollar 
ayrılmışdısa, bu rəqəm 1991-ci ildə cəmi bir neçə milyon dollar 
təşkil etmişdir. Müstəqilliyin ilk illərində 1992-ci ildə bu 
sahəyə valyuta ayrılmamış, 1993-cü ildə bu rəqəm 17,3 milyon 
dollar. 1994-cü ildə 31,8 milyon dollar, 1995-ci ildə isə 33,7 
milyon dollar təşkil etmişdir. Belə bir vəziyyət sahədə 
fondların, texnika və avadanlıqların köhnəlməsi və texniki 
vəziyyətin pisləşməsinə,  əsas fondları  təzələmək imkanlarını, 
qazma işləri və  əsaslı tikinti həcmlərinin kəskin sürətdə 
azalmasına gətirib çıxarmışdır. Belə ki, bütünlükdə sahə üzrə 
maddi-texniki təchizat sisteminin pisləşməsi nəticəsində 4 
mindən artıq istismar quyusu dayanmışdır. 
İstehsalat Birliyində iqtisadi islahatların səmərəliyi 
NQMİ-lərin maliyyə  vəziyyətinin sağlamlaşdırılması ilə 
bilavasitə bağlıdır. Bu sahədə illər boyu yığılıb qalmış 
problemlər həllini gözləyir. Debitor, kreditor borcların 
azalmasına yönəldilmiş  tədbirlərin həyata keçirilməsinə 
 
129


 
baxmayaraq onların məbləği artmaqda davam edir. NQÇİ-lər 
də kommunal xidmətləri, elektrik enerjisi, sıxılmış hava, buxar, 
texniki su və s. Ilə bağlı on milyard manatlarla borcları vardır. 
Müəssisələrin hesablaşma hesabına vəsait olmaması 
səbəbindən də vaxtında ödənilməyən borclar yüksək rəqəmlərlə 
ifadə olunur. Bu məsələ o qədər ciddidir ki, onun həlli 
İstehsalat Birliyi üzrə maliyyə vəziyyətinin kompleks şəklində 
təhlili əsasında mümkündür. Ayrı-ayrı NQÇİ-lər üzrə maliyyə 
sağlamlaşdırılması ilə  əlaqədar konkret tədbirlət görülməsinin 
əhəmiyyətini azaltmamaq şərti ilə QNQÇİB-yı üzrə daha təsirli 
tədbirlər həyata keçirilməlidir. Eyni zamanda problemin həlli 
üçün hökümətin köməyinə ciddi ehtiyac vardır. 
Yaranmış problemin həlli quruda neft və qaz sənayesinin 
bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulmasını, 
geniş iqtisadi islahatların aparılmasını tələb edir. 
Yaxın və uzaq gələcəkdə Azərbaycan dünyanın  ən çox 
neft ehtiyatına malik olan regionlarından biri kimi tanınacaqdır. 
Hesablamalara görə Azərbaycanın neft ehtiyatları cənubi-şərqi 
Asiya, Avstraliya və Okeaniya ölkələrinin birlikdə götürülmüş 
ehtiyatlarına bərabərdir. Adambaşına Azərbaycanda 143 ton 
neft ehtiyatı düşür ki, bu rəqəm də ABŞ üzrə müvafiq 
göstəricilərdən 9 dəfə, İngiltərədən 15 dəfə, Misirdən 20 dəfə, 
Türkiyədən 65 dəfə  və s.çoxdur. Neft ehtiyatlarının 
mənimsənilməsi proqnozları da Azərbaycanın uzun bir dövr 
ərzində neft sənayesində ən aparıcı mövqelərdən birini tutmağa 
əsas verir. Akademik Mirzəcanzadənin hesablamalarına görə, 
yaxın gələcəkdə Azərbaycanda neft hasilatı 40-45 milyon ton 
arasında olması reallıqdır. 
Aşağıda dünyada neft ehtiyatlarının regionlar üzrə 
təsnifatı qrafik şəklində verilmişdir
24

 
 
                                                           
24
 Təsnifat
 
А.Х.Мирзаджанзаде,  Ч.А.Султанов  «Этюды  нефтяной 
концепции Азербайджана» kitabı əsasında hazırlanmışdır.
 
 
130


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə