Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi


Quruda neft kompleksində iqtisadi islahatların



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

 
5.3. Quruda neft kompleksində iqtisadi islahatların 
istiqamətləri 
 
Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar 
çox  şaxəli, çox istiqamətliliyi ilə  fərqlənməlidir. Bu onunla 
izah edilir ki, neftqazçıxarma sənayesi ölkə  və region 
münasibətindən asılı olmayaraq çox mürəkkəb bir 
kompleksdir. Burada hasilatla bağlı saysız-hesabsız sahələr və 
infrastruktur mövcuddur. Məhz buna görə də sahədə atılan hər 
bir radikal addım dəqiq ölçülüb biçilməli, digər sahələrlə 
sistemli əlaqələndirilməlidir. 
Yüksək fond tutumu ilə  fərqlənən neftqazçıxarma 
sənayesində iqtisadi islahatlar əsas fondların geniş  təkrar 
istehsalı, bu problemlə bağlı olanan amortizasiya problemi ilə 
də  əlaqələndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, 
neftqazçıxarma sənayesində əsas fondların amortazisayisası bir 
sıra xüsusiyyətlə xarakterizə olunur. Uzun illər boyu neft və 
qaz quyularınnı amortaziyası üzrə  xərclər maya dəyərinin  ən 
mühüm tərkib hissələrindən birini təşkil edib. B gün əsas 
fondlar təkrar istehsalın mühüm mənbələrindən sayılan 
amortizasıya fondu məsələsini respublikanın özü həll edir. Bu 
cəhəti başlı-başına buraxmaq olmaz. Ona görə də keçmiş Sovet 
İttifaqında bu sahədə mpvcud olan prinsiplər, metodlar 
araşdırılmalı, onları yeni şəraitə, sahə xüsusiyyətlərinə 
uyğunlaşdırılması  təmin edilməlidir. Xatırladaq ki, neft və qa 
quyularının amortazasiya normaları keşmiş Sovetlər  İttifaqına 
bir neçə  dəfə  dəyişmişdir. 1927-ci ildə Azərbaycan neft 
sənayesi üşün quyuların 5 il müddətinə istifadəsini nəzərdə 
tutan amortazasiya normaları müəyyən edilmişdi. Bu normalar 
qurğuların illər üzrə  bərabər səviyyədə köhnəlməsini nəzərdə 
tuturdu. Belə bir müddəa əsas götürmüşdü ki, quyular birinci il 
daha çox hasilatı təmin edirlər və buna görə də birinci il üçün 
nəzərdə tutulan amortatizasiya normaları quyuların dəyərinin 
30%-ni, ikinci ildə 25%-ni, üçüncü ildə 20%-ni dördüncü ildə 
15%-ni, beşinci ildə isə 10%-ni əhatə edirdi. Bəllidir ki, faktiki 
 
138


 
olaraq quyular daha artıq müddətə istismar olunurdu və bu da 
son nəticədə heç şöbhəsiz ki, maya dəyərinə  təsir göstərirdi. 
Bundan başqa hasiledici sənayedə ildən-ilə bir ton neft, üçün 
tələb edilən xərclər, o cümlədən qurğularınj, quyuların 
istismarı  və  təmiri ilə bağlı  xərclər artmaqda davam edirdi. 
Lakin mövcud normalar isə quyuların  əsaslı  təmirini nəzərə 
almırdı. 
1939-cu ildə  qəbul edilmiş amortazasiya normaları 
quyuların 10 il müddətinə istifadəsini və yeni zamanda əsaslı 
təmir üçün vəsaiti də  nəzərdə tuturdu. Azərbaycan neft 
sənayesində geoloji xüsusiyyətləri nəzərə alaraq illik 
amortazasiya normaları 14%, o cümlədən 4% əsaslı təmir üçün 
müəyyən edildi. Müharibədən sonrakı dövrdə neftqazçıxarma 
sənayesinin problemləri ilə bağlı olaraq  amortazasiya 
normaları 1954 və 1963-cü illərdə bir daha dətişildi. Neft 
quyularınhın 15 il müddətinə amortazasiya normalarının 
hesablanması (ildə 6,7%) müəyyənləşdirildi. Belə düşünülürdü 
ki, quyular hər il bərabər qaydada köhnəlir, yəni amortazasiya 
fondu 15 il müddətinə formalaşmır,  əlbətdə burada quyuların 
debiti nəzərə alınmır, yəni quyuların işləyib işləməməsindən 
asılı olmayaraq əsas fondların təkrar istehsalını  təmin etmək 
əsas götürülür. 
Qaz və qaz kondensat quyuları üzrə quyuların dəyərinin 
ödənilməsi üçün amortazasiya 12 il və ya ildə 8,3% nəzərdə 
tutulmuşdur. Biz quyuların amortazasiya ilə  əlaqədar tarixi 
faktlara ona görə müraciət edirik ki, Quruda Neftqazçıxarma 
İstehsalat Birliyi üzrə bu gün hasilatın ildən-ilə aşağı düşdüyü, 
quyu fondunun çoxdan istismar edildiyi bir çəraitdə 
amortizasiya priblemlərinə diqqətlə yanaşımalı, bir müddət 
sonra onun yenidən hazırlanması barədə fikirləşmək lazımdır. 
1996-cı ildə sahə üzrə amortazasiya ayırmaları 170 milyarad 
manat təşkil etmişdir. Bu rəqəmin az və ya çox olmasını 
birmənalı qeyd etmək çətindir. Ona görə  də amortizasiya 
probleminin yataqların xüsusiyyətlərini,  əsas vəsaitlərin 
 
139


 
keyfiyyət tərkibini nəzərə almaqla yenidən qiymətləndirilməsi 
baxımından əsaslı işlənməsi zəruridir. 
İqtisadi  ədəbiyyatlarda bu məsələ ilə  əlaqədar bəzi 
maraqlı fikirlər mövcuddur. Bəziləri deyirlər ki, amortazasiya 
məbləğinin çıxarılan hər ton neft üzrə müəyyən edilməsi 
quyuların amortizasiya normasının reallığı haqda aydın 
təsəvvür yarada bilərdi.  Əlbətdə uçotun sadələşməsi 
baxımından bu metodun müsbət cəhətləri var. Lakin 
neftqazçıxarma sənayesində hasilatın mərhələlər üzrə 
çıxarılması, yəni mərhələdən-mərhələyə hasilatın azalması 
meyli, quyuların dəyərinin bərpası üçün vəsaiti qeyri-bərabər 
toplanması  və amortizasiyanın bir iqtisadi kateqoriya kimi 
rentabelliyin yüksəlməsinə  səfərbəredici rolunun bu halda 
azalması qeyd edilən metodunun çatışmayan cəhətlərini təşkil 
edir. 
Quruda neftqazçıxarma istehsalında iqtisadi islahatların 
strategiyasında mühüm istiqamətlərundən biri məşğulluq 
problemidir
26
. Ümumiyyətlə, bütün dünya ölkələrində həlledici 
sənaye sahələrində  məşğulluq priblemi ehtiyatların tükəndiyi 
və ya istismarın səmərəli olmadığı hallarda kəskin xarakter alır. 
Məşğulluq probleminin həlli həm obyektiv (hasilatın azalması, 
ehtiyatların tükənməsi, istismarın səmərəliliyinin aşağı olması
həm də subyektiv amillərdən asılıdır. Azərbaycanda quruda 
                                                           
26
 
Respublikada son 25-30 ildə  əmək ehtiyatlarından səmərəli istifadə 
edilməsinə dair sanballı  tədqiqatlar yerinə yetirlmişdir ki, bunların 
içərisində prof. M.Allahverdiyev və Ş.Muradovun əsərləri xüsusi yer tutur. 
Əmək məhsuldarlığı və məşğulluğun struktur problemləri. Z.Səmədzadənin 
əsərlərində və işıqlandırılmışdır. N.Xıdırovun «Azərbaycan SSR-in yanacaq 
sənayesində əmək məhsuldarlığı və onun yüksəldilməsinin bəzi məsələləri» 
adlı namizədlik dissertasiyasında (Bakı. 1974) texniki tərəqqi nəticəsində 
neftçıxarma sənayesində  işçilərin azad edilməsi və istifadəsi məsələləri 
tədqiq edilmişdir. Əməyin təşkili və səmərəliliyi problemləri iqtisad elmləri 
doktoru, prof. T. Quliyev, iqtisad elmləri namizədi T.Quliyevin əsərlərində 
də  təhlil edilmişdir. Lakin yeni bazar münasibətləri  şəraitində  məşğulluq 
problemi spesifik xüsusiyyətlər təşkil etdiyinə görə bu məsələlərin xüsusi 
tədqiq olunması məqsəduyğun sayılmışdır. 
 
140


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə