Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
neftqazçıxarma istehsalının müasir mərhələsində obyektiv 
amillərin mühüm rol oynadığını inkar etmək səhv olardı. 
Yuxarıda qeyd edildiyi kimi bir əsrdən çox müddətdə quruda 
yataqların intensiv istismarı nəticəsində hasilatın həcmi, əmək 
məhsuldarlığı  dəfələrlə azalmış  və buna müvafiq olaraq işçi 
qüvvəsinə  tələb azalmışdır. 1975-ci ildə 56662 min ton neft 
hsilatına 42111 nəfər, 1990-cı ildə 2582,2 min ton üçün 28200 
nəfər, 1997-ci ildə 1563 min ton neft hasilatına 28600 nəfər 
cəlb edilmişdir ki, bu da mübafiq olaraq bir adam üçün 1975-ci 
ildə 134, 1990-cı ildə 91, 19970ci ildə isə 54 ton olmuşdur. 
Mövcud problem yaxın illərdə quruda neftqazçıxarma 
sənayesində iqtisadi islahatların  ən çətin,  ən mürəkkəb, sosial 
əhəmiyyət kəsb edən istiqamətlərindən biri olacaqdır. Bu işin 
taktiki cəhətdən düzgün olaraq işlənməsi, həyata keçirilməsi 
təkcə neftçıxarma müəssisələrindən asılı olmayacaqdır. 
Bununlabelə eyni zamanda, quruda neftqazçıxarma istehsalında 
iqtisadi islhatlarla bağlı  məşğulluq problemi həll edilərkən 
burada mövcud olan istehsal və sosial infrastrukturanın, 
sahibkarlığın inkişaf etdirilməsi imkanlarından da istifadə 
edilməlidir. Məsələnin az ağırlı keçməsi üçün bu sahə üzrə 
xüsusi proqramın işlənməsi və ona xüsusi status verilməsi 
vacib məsələlərdəndir. 
İslahatların aparılması, 
əmək 
ehtiyatlarının formalaşması prosesini də  əhatə etməkdədir. 
Lakin bu sahədə müəssisə  səviyyəsində müasir tələblər 
baxımından görülən işlər çox aşağı  səviyyədədir. Bu məsələ 
çoxcəhətltidir, onun müasir tələblər baxımından həlli müəssisə 
rəhbərliyin işində köklü dəyişikliklər tələb edir. Kadrların 
seçilməsi, hazırlanması, qəbulu, işçilərin vəzifə funksiyaları, 
peşəyönümü sosial adaptasiya məsələləri, müəssisənin inkişaf 
etdiyi və ya fəaliyyətin məhdudlaşdırıldığı  şəraitdə  əmək 
resurslarının idarə edilməsi, fəaliyyət göstəricilərin 
qiymətləndirilməsi, idarəetmə  və sair bu kimi məsələlər yeni 
baxışlar  əsasında həll edilməlidir.  İnkişaf etmiş ölkələrin bu 
sahədəki naliyyətləri ilə tanış olduğda, tam qənaətə  gəlmək 
 
141


 
olur ki, İstehsalat Birliyinin mərkəzi aparatında, istərsədə 
müəssisələrdə köklü dəyişikliklər edilməlidir
27

Məlumdur ki, respublikamızın neftqazçıxarma sənayesi 
özünün yüksək enerji tutumluğuna görə  fərqlənir. Daha 
doğrusu, respublika sənayesində istehsal edilən elektrik 
enerjisinin yarıdan çoxu neftqazçıxarma sənayesinin payına 
düşür
28
. Bu sahənin vacibliyini nəzərə alaraq, onun elektrik 
enerjisi ilə  təmin olunmasında demək olar ki, uzun bir dövr 
ərzində heç bir məhdudiyyət qoyulmamışdır. Ona görə  də 
sahədə elektrik enerjisindən qənaətlə istifadə edilməsi 
məsələsini bir növ arxa plana atmışdır. Müşahidələr göstərir ki, 
neftqazçıxarma müəssisələrində icarəyə verilmiş obyektlərin 
əksəriyyətində elektrik enerjisinin itkisinin uçotu dəqiq 
aparılmır.  İlk baxışından adi görünən bu məsələ respublika 
əhəmiyyətli bir məsələdir. Məlum olduğu kimi çoxlu sayda 
kommersiya strukturları neftqazçıxarma idarələrinin 
sərəncamında olan elektrik enerjisindən rəsmi qaydada istifadə 
edirlər. Bu təşkilatların  əksəriyyətində enerji sayğacları 
qurulmamış  və yaxud da işlək vəziyyətdə deyildir. Bundan 
başqa mədən sahələrində mövcud digər yaşayış binaları, 
yardımçı  təsərrüfatlar, kommersiya strukturları NQÇİ-lərin 
elektrik enrjisi xəttindən qanunsuz istifadə edirlər. Elektrik 
enerjisi üzrə  rəsmi abonentlərinin borcları vaxtında ödənilmir 
və hazırda bir nüçə yüz milyard manat təşkil edir. Enerji 
sisteminə olan borcların vaxtında verilməməsi energetika 
                                                           
27
 Майк  Мексон,  Майкл  Альберт,  Франклин  Хедойли.  Основы 
менеджмента. М: Дело. 1995. стр. 565-595. 
28
 Neftqazçıxarma sənayesinin yüksək enerji tutumluluğu hesabına 
respublika sənayesində  əməyin enerji ilə silahlanması xeyli yüksəkdir. 
Lakin bu orta rəqəmin arxasında emaledici sahələrə  əməyin enrji ulə 
silahlanması göstəricisinun səviyyəsinin bir neçə dəfə aşağı olduğu gizlənir. 
Bu məsələ Z.Səmədzadənin «Структура и эффективность общественного 
производства» (Bakı 1980) və «Azərbaycan SSR-də  əmək məhsuldarlığı 
və əhalinin məşğulliyət quruluşu» kitablarında ətraflı şərh edilmişdir. (Bakı 
«Elm» nəşriyyatı, 1973). 
 
142


 
sisteminin rekonstruksiyası, avadanlıqların təzələnməsi işini 
məhdudlaşdırır, sahənin dinamik inkişafına mənfi təsir edir. 
Bazar iqtisadiyyatı qanunları  tələb edir ki, borcunu ödəməyən 
müəssisələrə bu və ya digər xidmət göstərilməsin.  Əlbətdə, 
məsələnin qısa bir müddətdə  həllini gözləmək də  səhv fikir 
olardı. Ona görə  də iqtisadi islahatları  ləngidən amilə 
çevirilmiş borc probleminin həlli strategiyası hazırlanmalıdır. 
Bu hər il milyard manatlarla ölçülən, itkilərin azaldılmasına 
kpmək edər və bununla da iqtisadi islahatların maliyyə 
bazasının möhkəmləndirilməsinə səbəb olardı. Dünyanın bütün 
inkişaf etmış ölkələrində elektrik enerjisindən istifadə məsələsi 
prioritet sahələrdəndir. Təsadüfi deyildir ki, Dünya Bankı, 
Avropa Yenidənqurma və  İnkişaf Bankı, eləcədə dünyanın 
digər iri kredit təşkilatları yeni müstəqil dövlətlərdə, o 
cümlədən respublikamızda bu sahədə qayda-qanunun 
yaradılmasına kömək edəcək proqramların həyata keçirilməsini 
məqsədəuyğun hesab edirlər. Aparılan təhlil göstərir ki, 
neftqazçıxarma sənayesinin enerji ilə  təmin olunması, 
QNQÇİB-nin enerji sistemindən istifadə edən obyektlərlə 
münasibətlərin təhlili aparılmalı, onların «Azərenerji» Səhmdar 
Cəmiyyətinin vəsaitilə  təmin edilməsi məsələsinə yenidən 
baxılmalıdır. Son vaxtlar elektrik enerjisindən səmərəli istifadə 
olunması üzrə  tədbirlər görülsə  də, onların səmərəsi böyük 
deyildir. Maraqlıdır ki, son 10 il ərzində neftqazçıxarma 
sahəsində istehlak olunan elektrik enerjisinin miqdarının aşağı 
düşməsi meyli özünü göstərsə  də, bu azalma neft və qaz 
hasilatının enməsinə nisbətdə mütənasıb olamışdır. Belə bir 
müqayisə aşağıdakı cədvəldə verilmişdir. 
 
 
 
 
 
 
 
143


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə