tənzimləmə üsulları ilə əvəz edildi. Məhz buna görə də iqtisadi
islahatların aparılmasında başlıca əngəl inzibati amirlik
faktorunun mövcudluğudur. Yaxın gələcəkdə bu üsulun
iqtisadi metodlarla əvəz edilməsi reallaşmasa, ümumiqtisadi
vəziyyət böhran sferasından çıxmayacaq.
QNQÇİB-də iqtisadi islahatların dərinləşməsi zərurəti
iqtisadi işin əməli sürətdə yaxşılaşdırılmasını tələb edir.
Bu gün qeyd olunduğu kimi, iqtisadiyyat xidmətində
çalışanların hər il keyfiyyətli attestasiyasını aparmaq zəruridirş.
SSRİ dövlətində kadrların ixtisas dərəcələrinin artırılmasına
hər zaman diqqət yetirilmiş, hər il yüzlərlə mütəxəssis
ixtisaslaşma kurslarından keçmiş, imtahanlar vermiş əlavə
diplom və vəsiqələr almışlar.Bir cəhəti də xüsusi vurğulamaq
zəruridir. Uzun bir dövr ərzində Azərbaycanın neft sistemində
iqtisadiyyat, mühasibat, maliyyə xidməti əsasən qeyri
azerbaycanlılar hesabına olmuşdur. Sanki gizli imperiya
siyasəti, azərbaycanlı kadrları neftçıxarma sənayesinin tale
yüklü iqtisadi problemlərinin həllindən uzaqlaşdırmağa
yönəltmiş, bu zəngin sərvətimizdən xalqımızın xeyrinə daha
səmərəli istifadə etmək məsələlərindən uzaqlaşdırmışdır. İndi
bu sahədə yüzlərlə azərbaycanlı kadr çalışır. Lakin onların yeni
iqtisadi sistem üslubunda istiqamətləndirilməsi çox vacibdir.
Bu baxımından iqtisadi islahatlar şəraitində bazar
iqtisadiyyatının qanunlarına müvafiq olaraq, neftqazçıxarma
müəssisələrində maliyyə, audit xidməti, münasibət uşotu
işlərinin yenidən qurulmasına ehtiyac vardır. Mühasibat
uçotunun hesablar planı da bu günki reallıq baxımından bazar
iqtisadiyyatının tələblərinin əhatə etmir. Bu sahədə
təkmilləşdirmə, konkretləşdirmə
tədbirlərinə diqqət
yetirilməlidir.
Respublikamızda pul maliyyə, mühasibat uçotu ilə
əlaqədar hazırki qanunlar, normativ hüquqi aktlar
neftqazçıxarma sənayesində islhatların dərinləşməsi şəraitinə
uyğunlaşdırılmalıdır.
147
5.4. Quruda neftqazçıxarma sənayesində xarici
investisiyaların cəlb edilməsi və müştərək müəssisələrin
təşkili
Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyev
cənabları tərəfindən xarici şirkətlərə neft kontraktlarının
bağlanması işinin sürətləndirilməsi, milli dövlət mənafeyinin
qorunması baxımından xarici investorların regiona cəlb
edilməsi işində illər boyu mövcud olan maneələrin aradan
qaldırılması Azərbaycanın neftlə bağlı dövlət siyasətinə bir
aydınlıq gətirdi. Məhz neft amilinin ölkəmizin sosial-iqtisadi
dirçəlişində oynadığı böyük rolu nəzərə alaraq, respublika
rəhbərliyi bu sahənin inkşaf strategiyası ilə bağlı ardıcıl siyasət
yeritməyi müstəqil Azərbaycanın dövlət siyasətinin aparıcı
istiqamətlərindən biri kimi müəyyən etdi. Bu dövlət siyasəti
respublikada iqtisadi islahatların aparılması işinə təkan verdi,
qanunvericilik, xüsusilə xarici investorların hüquqlarının
qorunması ilə bağlı qanunların, normativ aktların qəbul
edilməsi işini sürətləndirdi. Ölkədə qarşılıqlı faydalı
əməkdaşlığa əsaslanan «Açıq qapı» siyasətinin həyata
keçirilməsi, xarici investisiyaların qorunmasına təminat
verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin
yaradılması
nəticəsində iqtisadiyyata qoyulan xarici
investisiyaların həcmi ilbəil sürətlə artmaqdadır.
Hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll
edilməsində bir sıra obyektiv çətinliklər mövcuddur ki,
bunlardan da başlıcası vəsait qoyuluşunun çatışmaması ilə
bağlıdır. əlbətdə bütünlükdə respublika iqtisadiyyatının
minimal ehtiyaclarını ödəmək üçün yüz milyard manatlarla
vəsait tələb olunduğu bir şəraitdə nə qədər vacib olsa da
neftqazçıxarma sənayesi üçün vəsait ayırmaq o qədər də çətin
olan məsələ deyildir. Azərbaycanın iqtisadiyyatının inkişaf
mərhələlərində neftqazçıxarma sahəsinə ayrılan kapital
qoyuluşu bütünlükdə xalq təsərrüfatına ayrılan kapital
qoyuluşunun 2/3 hissəsini təşkil edirdi. Bu gün də yanacaq
148
kompleksində ayrılan vəsait respublika iqtisadiyyatına
investisiya qoyuluşunun yarıdan çoxuna bərabərdir. Lakin bu
investisiya dənizdə zəngin neft yataqlarının istismarı ilə
bağlıdır və bu demək olar ki, tamamilə xarici investorların
payına düşür. Quruda neftqazçıxarma istehsalının
normallaşdırmaq üçün isə vəsait çatışmıt, daha doğrusu
respublikanın mövcud iqtisadi vəziyyəti buna imkan vermir.
Əlbətdə bu prose iqtisadiyyatında baş verən sabitləşmə
meylləri, bir sıra sahələrdə isə iqtisadi artım çeylləri əsas verir
ki, yaxın gələcəkdə daxili mənbələr hesabına səmərəlilik
baxımından dənizdəki hasilata nisbətən xeyli aşağıda duran
quruda neftqazçıxarma sənayesinə investisiya axını təmin
edilsin. Bu işdə mənafeləri qorumaq prinsipini rəhbər tutmaqla
xarici investorların cəlb edilməsi imkanlarından da istifadə
edilməlidir.
Hazırda ölkə iqtisadiyyatına xarici investorların cəlb
edilməsi dövlət siyasətinin ən aparıcı istiqamətlərdən biri kimi
qiymətləndirilir və Azərbaycan Respublikasının Prezidenti
H.Ə.Əliyevin 1996-cü ildə Londonda Adam Smit adına
institutda, 1997-ci ildə ABŞ-a səfəri zamanı etdiyi çıxışlarda,
dünyanın ən məhçur informasıya vasitələrinə verdiyi
müsahibələrdə bu problem tam açıqlığı ilə qeyd olunmuşdur.
Onun dünyanın ən inkişaf etmiş ölkələrinin rəhbərləri, iş
adamları ilə apardıqları danışıqların nəticəsidir ki, xaricin
neftqazçıxarma sənayesinə, eləcə də bütünlükdə respublika
iqtisadiyyatına maraqları artır. Əgər 4-5 il bundan əvvəl
Azərbaycanda xaricilərin sərmayə qoyuluşu riskli sayılırdısa,
indi burada 1,5 milyard dollara yaxın investisiya qoyulmuş, 10
milyard dollara kimi investisiyaların gətirilməsi nəzərdə
tutulmuşdur. Hazırda respublikanın ictimai-siyasi, sosial-
iqtisadi həyatında yaranmış əlverişli şərait quruda da hasilat
işinə xarici investorların cəlb edilməsini zəruri edir.
«Xəzərdənizneftqaz-98» sərgisində iştirak edən ABŞ-ın
«Frontera Resourses» şirkətinin prezidenti Stiv Nikandros qeyd
149
Dostları ilə paylaş: |