Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
tənzimləmə üsulları ilə əvəz edildi. Məhz buna görə də iqtisadi 
islahatların aparılmasında başlıca  əngəl inzibati amirlik 
faktorunun mövcudluğudur. Yaxın gələcəkdə bu üsulun 
iqtisadi metodlarla əvəz edilməsi reallaşmasa, ümumiqtisadi 
vəziyyət böhran sferasından çıxmayacaq. 
QNQÇİB-də iqtisadi islahatların dərinləşməsi zərurəti 
iqtisadi işin əməli sürətdə yaxşılaşdırılmasını tələb edir. 
Bu gün qeyd olunduğu kimi, iqtisadiyyat xidmətində 
çalışanların hər il keyfiyyətli attestasiyasını aparmaq zəruridirş. 
SSRİ dövlətində kadrların ixtisas dərəcələrinin artırılmasına 
hər zaman diqqət yetirilmiş, hər il yüzlərlə mütəxəssis 
ixtisaslaşma kurslarından keçmiş, imtahanlar vermiş  əlavə 
diplom və  vəsiqələr almışlar.Bir cəhəti də xüsusi vurğulamaq 
zəruridir. Uzun bir dövr ərzində Azərbaycanın neft sistemində 
iqtisadiyyat, mühasibat, maliyyə xidməti  əsasən qeyri 
azerbaycanlılar hesabına olmuşdur. Sanki gizli imperiya 
siyasəti, azərbaycanlı kadrları neftçıxarma sənayesinin tale 
yüklü iqtisadi problemlərinin həllindən uzaqlaşdırmağa 
yönəltmiş, bu zəngin sərvətimizdən xalqımızın xeyrinə daha 
səmərəli istifadə etmək məsələlərindən uzaqlaşdırmışdır.  İndi 
bu sahədə yüzlərlə azərbaycanlı kadr çalışır. Lakin onların yeni 
iqtisadi sistem üslubunda istiqamətləndirilməsi çox vacibdir. 
Bu baxımından iqtisadi islahatlar şəraitində bazar 
iqtisadiyyatının qanunlarına müvafiq olaraq, neftqazçıxarma 
müəssisələrində maliyyə, audit xidməti, münasibət uşotu 
işlərinin yenidən qurulmasına ehtiyac vardır. Mühasibat 
uçotunun hesablar planı da bu günki reallıq baxımından bazar 
iqtisadiyyatının tələblərinin  əhatə  etmir.  Bu  sahədə 
təkmilləşdirmə, konkretləşdirmə 
tədbirlərinə diqqət 
yetirilməlidir. 
Respublikamızda pul maliyyə, mühasibat uçotu ilə 
əlaqədar hazırki qanunlar, normativ hüquqi aktlar 
neftqazçıxarma sənayesində islhatların dərinləşməsi  şəraitinə 
uyğunlaşdırılmalıdır. 
 
147


 
5.4. Quruda neftqazçıxarma sənayesində xarici 
investisiyaların cəlb edilməsi və müştərək müəssisələrin 
təşkili 
 
Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyev 
cənabları  tərəfindən xarici şirkətlərə neft kontraktlarının 
bağlanması  işinin sürətləndirilməsi, milli dövlət mənafeyinin 
qorunması baxımından xarici investorların regiona cəlb 
edilməsi işində illər boyu mövcud olan maneələrin aradan 
qaldırılması Azərbaycanın neftlə bağlı dövlət siyasətinə bir 
aydınlıq gətirdi. Məhz neft amilinin ölkəmizin sosial-iqtisadi 
dirçəlişində oynadığı böyük rolu  nəzərə alaraq, respublika 
rəhbərliyi bu sahənin inkşaf strategiyası ilə bağlı ardıcıl siyasət 
yeritməyi müstəqil Azərbaycanın dövlət siyasətinin aparıcı 
istiqamətlərindən biri kimi müəyyən etdi. Bu dövlət siyasəti 
respublikada iqtisadi islahatların aparılması  işinə  təkan verdi, 
qanunvericilik, xüsusilə xarici investorların hüquqlarının 
qorunması ilə bağlı qanunların, normativ aktların qəbul 
edilməsi işini sürətləndirdi. Ölkədə qarşılıqlı faydalı 
əməkdaşlığa  əsaslanan «Açıq qapı» siyasətinin həyata 
keçirilməsi, xarici investisiyaların qorunmasına təminat 
verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin 
yaradılması 
nəticəsində iqtisadiyyata qoyulan xarici 
investisiyaların həcmi ilbəil sürətlə artmaqdadır. 
Hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll 
edilməsində bir sıra obyektiv çətinliklər mövcuddur ki, 
bunlardan da başlıcası  vəsait qoyuluşunun çatışmaması ilə 
bağlıdır.  əlbətdə bütünlükdə respublika iqtisadiyyatının 
minimal ehtiyaclarını ödəmək üçün yüz milyard manatlarla 
vəsait tələb olunduğu bir şəraitdə  nə  qədər vacib olsa da 
neftqazçıxarma sənayesi üçün vəsait ayırmaq o qədər də çətin 
olan məsələ deyildir. Azərbaycanın iqtisadiyyatının inkişaf 
mərhələlərində neftqazçıxarma sahəsinə ayrılan kapital 
qoyuluşu bütünlükdə xalq təsərrüfatına ayrılan kapital 
qoyuluşunun 2/3 hissəsini təşkil edirdi. Bu gün də yanacaq 
 
148


 
kompleksində ayrılan vəsait respublika iqtisadiyyatına 
investisiya qoyuluşunun yarıdan çoxuna bərabərdir. Lakin bu 
investisiya dənizdə  zəngin neft yataqlarının istismarı ilə 
bağlıdır və bu demək olar ki, tamamilə xarici investorların 
payına düşür. Quruda neftqazçıxarma istehsalının 
normallaşdırmaq üçün isə  vəsait çatışmıt, daha doğrusu 
respublikanın mövcud iqtisadi vəziyyəti buna imkan vermir. 
Əlbətdə bu prose iqtisadiyyatında baş verən sabitləşmə 
meylləri, bir sıra sahələrdə isə iqtisadi artım çeylləri əsas verir 
ki, yaxın gələcəkdə daxili mənbələr hesabına səmərəlilik 
baxımından dənizdəki hasilata nisbətən xeyli aşağıda duran 
quruda neftqazçıxarma sənayesinə investisiya axını  təmin 
edilsin. Bu işdə mənafeləri qorumaq prinsipini rəhbər tutmaqla 
xarici investorların cəlb edilməsi imkanlarından da istifadə 
edilməlidir. 
Hazırda ölkə iqtisadiyyatına xarici investorların cəlb 
edilməsi dövlət siyasətinin ən aparıcı istiqamətlərdən biri kimi 
qiymətləndirilir və Azərbaycan Respublikasının Prezidenti 
H.Ə.Əliyevin 1996-cü ildə Londonda Adam Smit adına 
institutda, 1997-ci ildə ABŞ-a səfəri zamanı etdiyi çıxışlarda, 
dünyanın  ən məhçur informasıya vasitələrinə verdiyi 
müsahibələrdə bu problem tam açıqlığı ilə qeyd olunmuşdur. 
Onun dünyanın  ən inkişaf etmiş ölkələrinin rəhbərləri, iş 
adamları ilə apardıqları danışıqların nəticəsidir ki, xaricin 
neftqazçıxarma sənayesinə, eləcə  də bütünlükdə respublika 
iqtisadiyyatına maraqları artır.  Əgər 4-5 il bundan əvvəl 
Azərbaycanda xaricilərin sərmayə qoyuluşu riskli sayılırdısa, 
indi burada 1,5 milyard dollara yaxın investisiya qoyulmuş, 10 
milyard dollara kimi investisiyaların gətirilməsi nəzərdə 
tutulmuşdur. Hazırda respublikanın ictimai-siyasi, sosial-
iqtisadi həyatında yaranmış  əlverişli  şərait quruda da hasilat 
işinə xarici investorların cəlb edilməsini zəruri edir. 
«Xəzərdənizneftqaz-98» sərgisində  iştirak edən ABŞ-ın 
«Frontera Resourses» şirkətinin prezidenti Stiv Nikandros qeyd 
 
149


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə