Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   45   46   47   48   49   50   51   52   53

 
çox sahələrində mülkiyyətin inkişafını, bu mülkiyyətdə 
əsaslanan sahibkarlığın soail-iqtisadi inkişafın güclü amilinə 
çevrilməsi təmin ediləcəkdir. Bu gün həlledici sənaye sahələri 
özəlləşdirmə prosesindən bilavasitə kənardadırlar. Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət 
müəssisələrinin özəlləşmə proqramında yanacaq-energetika 
sahələrinin xüsusiyyətləri müəyyənləşdirilmişdir. Bununla 
yanaşı, bir müddətdən sonra neftqazçıxarma sənayesində  də 
özəlləşdirmənin aparılması reallığa çevriləcəkdir. Bunu dünya 
ölkələrinin təcrübəsi  əyani sürətdə subut edir. ARDNŞ ilə 
Xəzərin təbii sərvətlərindən istifadə edilməsi ilə  əlaqədar 
bağlanılan kontraktların demək olar ki, hamısı özəl xarici neft 
kompaniyalarıdır. Hər halda, bu haqda fikir mübadiləsi etmək, 
bu və ya digər neftqazçıxarma idarəsi üzrə şoxlu araşdırmalar, 
hesablamalar apardıqdan sonra özəlləşmə barədə  əsaslı 
təkliflər, tövsiyyələr hazırlamaq olar. Onu da qeyd edək ki, bu 
gün neftqazçıxarma sənayesinə xidmət edən bir çox sahələrin 
özəlləşməsi obyektiv zərürətdən doğur. 
Alim və mütəxəssislər haqlı olaraq Azərbaycanda neft 
sənayesinin inkşaf etdirmək məqsədi ilə xarici investorların bu 
işlərə  cəlb olunmasını, Dünya Yenidənqurma və inkişaf 
Bankının kreditvermə tələblərinə uyğun olaraq, neftqazçıxarma 
təşkilatlarının səhmdar cəmiyyətlərlə çevrilməsini tövsiyyə 
edir.  Əsərdə bir cəhət də xüsusi qeyd olunur ki, keçmiş 
«Neftçalaneft» NQÇİ bazası  əsasında  şəxsi türk firması ilə 
birlikdə yaradılmış «Anşad-Petrol» müştərək müəssisəsi 
formalşarkən Azərbaycan sahibkarlarının və yerli sakinlərin 
maraqlı  nəzərə alınmayıb. Müştərək müəssisə  səhmadar 
cəmiyyət formasında təşkil edilmədiyi üçün onlar bu müştərək 
müəssisənin səhmdarı  əvəzinə onun muzdlu işçilərinə 
çevrilmişlər. Gələcəkdə belə müəssisələr yaradılarkən mövcud 
vəziyyətə  nəzərə alınmalıdır
31
. Məlumat üçün qeyd etmək 
                                                           
31
  
А.Х.Мирзаджанзаде, Ч.А.Султанов «Этюды нефтяной концепции 
Азербайджана».Баку 1994. 
 
156


 
lazımdır ki, Rusiyada neft sənayesində ilk müştərək  şirkətlər 
1989-cü ildə yaradılıb 1994-1995-ci illərdə qanun dəyişiklikləri 
ilə əlaqədər olaraq bu müştərək şirkətlər səhmdar cəmiyyətlərə 
çevrilik.  İndi Rusiyada belə  şirkətlərin sayı 40-dan çoxdu və 
hasilatda onların payı 6,5 % əsasən Gərbi Sibir və  Şimalı 
Qafqaz bölgələrinə əhatə edir. 
Dünya iqtisadi sistemində neft sənayesi müxtəlif 
ölkələrdə, müxtəlif mülkiyyət formalarında mövcud olmuşdur. 
Azərbaycanda bu ilk dövrələrdə sahibkarların sərəncamında, 
bolşeviklər hakimiyyəti dövrlərində milliləşdirilərək dövlət 
mülkiyyətində, müstəqilliyimiz illərindəə yenə  də dövlət 
mülkiyyətində qalmışdır. Bu gün Azərbaycanın neft 
sənayesinin heç də tamamilə özəl  əllərə verilməsi zərurəti 
mövcud deyildir. 1972-ci ildə Norveç hpküməti tərəfindən 
yaradılmış «Statoyl» neft şirkəti 25 illik iş  təcrübəsinə öz 
inkişafını yalnız dövlət sektorunda olmaqla müəyyən etmişdir. 
Bu  şirkətin indi də özəlləşdirilməsi problemi qarçıda 
durmamışdır. Lakin burada bir faktı xüsusi ilə  nəzərə almaq 
lazımdır ki, Norveçdə neft hasilatı bir iqtisadi sistemində, bazar 
iqtisadiyyatı  şəraitində dövlət sektorunda başlanğıc götürmüş 
və formalaşmışdır. Burada neftin əksər hissəsi dənizdə hasil 
olunmaqdadır. Bununla yanaşı qeyd etmək lazımdır ki, irili-
xırdalı dövlətlərdə çoxlu sayda şirkətlər mövcuddur və onların 
fəaliyyət göstəriciləri çox parametrlərdə dövlət neft 
şirkətlərinin müvafiq göstəricilərini üstəliyir. Azərbaycan öz 
geosiyasi, geoiqtisadi və milli xüsusiyyətlərinə görə digər 
rergionlardan fərqlənir. Burada hər hansı bir dövlətin və ya 
uğurlu  şirkətin modelini olduğu kimi tətbiq etmək düzgün 
olmazdı. 
Quruda neftqazçıxarmada islahatların aparılması hərtərfli 
xarakter daşımalıdır. Onu da qeyd etmək lazımdır ki, qurudakı 
neft sənayesinin inkişafı və dirşəldilməsi təkcə xarici kapitallı 
müştərək müəssisələrin hesabına edilməməlidir. Rusiya 
Federasiyasının «Lukoyl» şirkətinin ekspertləri qurudakı 
 
157


 
«Bibi-Heybət» yatağına kapital qoyuluşunu hesablayarkən 
müəyyən etmişlər ki, bu sahədə iqtisadi səmərə belə səviyyəli 
şirkət üçün qənaətbəxş deyildir. Sahə cüzi sərmayə qoyuluşu 
tələb edir və onların fikrincə bi işi ayrı-ayrı sahibkarlar və ya 
sahibkarlar qrupu gerçəkləşdirə bilər. 
Azərbaycan Respublikasında  şoxlu işgüzar təşəbbüskar 
mütəxəssislər vardır. Onların  əksəriyyəti hələ çox illər öncə 
enməyə  məruz qalmış neft sənayesini dirçəltməyə  təşəbbüs 
etmişlər. Lazımı normativ hüquqi qanunvericilik bazasının 
olmaması, keçmiş Sovetlər İttifaqının bürokratik totalitar rejini 
belə  təşəbbüsləri kifayət qədər qiymətləndirməmiş  və bu 
işlərdə başlıca mnaneə olaraq qalmışdır. Müstəqilliyimiz 
illərindəə  və elə indinin özündə  də belə  təşəbbüslərə bayağı 
münasibət tam aradan qaldırılmamışdır. Helə Sovet dövlətinin 
iflası ərəfəsində bir çox neft nütəxəssisləri yarnmış kooperativ 
hərəkatının imkanlarından istifadə edərək fəaliyyətsiz quyu 
fondunu icarəyə götürərək onun bərpa olunmasına təşəbbüs 
etmişlər. Bu mütəxəssislər quyuların bərpası üçün heç bir 
vəsait tələb etmirdilər və  hər bərpa edilmiş quyudan əldə 
olunacaq mənfəətin müəyyən hissəsinin onların  şəxsi 
ehtiyaclarının ödənilməsinə yünəldilməsini  şərtləndirirdilər. 
Sərt planlaşma sistemində bu təşəbbüsün geniş xarakter 
almağına imkan verilmirdi. Lakin indiki şəraitdə müvafiq işləri 
həyata keçirmək üçün əlverişli imkanlar yaranmışdır. Müəyyən 
qədər hüquqi bazanın olduğu bir şəraitdə belə  təşəbbüsləri 
müdafiə etmək vaxtı çatmışdır və bu gün xüsusi nəzarət altında 
neft mədənlərində bu kimi ideyaları reallaşıdrmaq böyük 
iqtisadi səmərə ilə  nəticələnər, ölkədə neft sənayesində milli 
sahibkarlığın inkişafına təkan verərdi. 
Bu baxımdan Azərbaycan Respublikası Prezidenti 
1996-ci il 9 fevral tarixli fərmanı ilə  təsdiq edilmiş «Dövlət 
müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə 
verilməsi haqqında»  əsasnamə islahatları  həyata keçirilmək 
nöqteyi-nəzərdən daha çox diqqətə layıqdır.  Əsasnamədə 
 
158


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə