Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   45   46   47   48   49   50   51   52   53

 
müəssisələrin (obyektlərin) 
fərdi layihələr 
əsasında 
dirçəldilməsini təmin etmək üçün müvafiq tədbirlərin həyata 
keçirilməsini nəzərdə tutulur. Müvafiq əsasnamə müəssisələrin 
(obyektlərin) müqavilə  əsasında idarəetməyə verilməsinin 
ümumi qaydalarını o halda müəyyən edir ki, obyektin 
özəlləşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyildir, 
yaxud hələ vaxtı çatmamışdır.  Əsasnamədə eyni zamanada 
müəssisələrin idarəetməyə verilməsinin  əsas mexanizmi, bu 
prosesdə hüquqi və fiziki şəxslərin şərtləri, onların təkliflərinə 
baxılması, müəssisənin (obyektin) idarəedilməsinə dair 
müqavilələrin rəsmiləşdirilməsi və təsdiqi qaydalarını müəyyən 
olunmuşdur. Müəssisənin idarəetməyə verilməsi yolu ilə 
dirçəldilməsi haqqında qərar Azərbaycan Respublikası 
Prezidenti tərəfindən qəbul olunur. Bundan başqa respublikada 
mövcud «İcarə haqqında» qanunun da imkanlarından istifadə 
olunmasına  şərait yaradılmalıdır. Bütün bunlarla yanaşı xarici 
kapitallı müştərək müəssisələrə verilən hüquq və imtiyazlar 
çərçivəsində neftqazçıxarma müəssisələrini ya bütövlükdə, 
yaxıd da bir mədən, yataq çərçivəsində yenidən təşkil edərək 
müvafiq idarəetməyə verilməsi məsələsi nəzərdən 
keçirilməlidir. 
Aparılan iqtisadi islhatların yekunu kimi, Azərbaycan 
Respublikası Nazirlər Kabineti, ARDNŞ-in və onun quruda 
fəaliyyət göstərən neftqazçıxarma idarələrini, hüquq və 
imkanlar sferasını genişləndirilməli,  əsrin  əvvəllərində olduğu 
kimi xarici ticarət, iqtisadi əlaqədar məsələlərində «Azneft» 
İB-ə verilən hüquqlara oxşar səlahiyyət və imtiyazlar 
verməlidir. Azərbaycan xalqının vətənini sevən, vətənpərvər 
övladları bu imkanlardan istifadə  edib  neft  sənayesində 
sahibkarlığa yol açacaqdır. Böyük istiqlal şairi Xəlil Rza 
Ulutürkün dediyi kimi «Sahibi, sahibkarı olsa basılmaz 
vətən». 
Bir sözlə, Azərbaycanda neft sənayesində sahibkarlıq və 
biznesi inkişaf etdirmək üçün Dövlət öz sahibkarlarına geniş 
 
159


 
imkanlar açmalıdır. Bunun üçün respublikada əlverişli iqtisadi 
mühit yaranmaqdadır. Neftqazçıxarma sənayesinin inkişafı 
xarici investorların sərmayələri hesabına təmin olunmaqla 
yanaşı, daxili imkanlar hesabına da inkişaf etdirilməlidir. 
Respublika prezidenti H.Ə.Əliyev cənablarının 18.04.98.il 
tarixli Milli Məclisə müraciətində qeyd olunmuşdur ki, 
«Azərbaycanda sahibkarlığın inkişafı strategiyası milli mədəni 
xüsusiyyətlərə uyğun müəyyən edilməlidir»
32
.  Şübhəsiz ki, 
neft sənayesində  də sahibkarlığın inkişafında bu xüsusiyyətlər 
nəzərə alınmalıdır. Neft sənayesində özəlləşdirməni 
reallaşdırmaq üçün ilk əvvəl ölü yataqların, fəaliyyətsiz, aşağı 
debitli quyuların sahibkar əllərə verilməsi prosesi başlamalıdır. 
Hazırda Azərbaycanda neftçilər arasında, neftqazçıxarma 
müəssisələrinin kollektivlələ, verilməsi və ya səhmdar 
cəmiyyətlərə çevirilməsi fikirləri daha çox səslənməkdədir. 
Hətta bu proseslərin neftçilər arasında reallaşdırmasına cəhd 
göstərən ayrı-ayrı  təşəbbüskar  şəxslər də vardır. Bu işə 
başlamaq üçün müvafiq normativ, hüquqi aktlar qəbul 
edilməlidir.  İqtisadi islahatlar aparılarkən Azərbaycan 
vətəndaşlarının, onun sahibkarlarının mənafeləri xüsusən 
nəzərə alınmalıdır. 
                                                           
32
 «Azərbaycan» qəzeti. 18 aprel 1998. 
 
160


 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
Azərbaycan neftqazçıxarma sənayesinin 100 ildən artıq 
keşdiyi yolun tədqiq olunması, onun XX əsrdə inkişafına təsir 
edən amilləri, meylləri müəyyən etmək elmimizin aktual 
vəziflərindən biridir. Bu sahə xüsusilə 80-cı illərin axırlarından 
başlayaraq ölkədə aparılan sistemsiz yenidənqurmanın təsiri 
nəticəsində böhranlı  vəziyyətə düşmüş, keşmiş SSRİ-nin neft 
sənayesinin flqmanı olmuş quru sahələrində vəziyyət isə daha 
ağır xarakter almışdır. Quyu fondu, avadanlıqlar köhnəlmiş, 
maliyyə imkanları azalmış, bütün struktur və bölmələrdə həllini 
gözləyən problemlər meydana çıxmışdır. Məhz buna görə  də 
Azərbaycan iqtisadiyyatının dirçəlişi və  tərəqqisində mühüm 
rol oynayan neftqazçıxarma sənayesinin bu gün bazar 
iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması, 
islahatların aparılması obyektiv zərurətə çevrilmişdir. 
Tədqiqat  işində Azərbaycanın XX əsrdə quruda 
neftqazçıxarma istehsalının dinamikası, inkişaf mərhələləri və 
meylləri yeni baxışlar baxımından təhlil edilmiş iqtisadiyyatın 
bu mühüm sahəsinin tarixinin öyrənilməsinə kpmək müəyyən 
nəticələr əldə edilmişdir; 
 
bazar münasibətləri  şəraitndə müstəqil Azərbaycan 
Respublikasında Quruda neftqazçıxarma sənayesində, ilk dəfə 
olaraq islahatların aparılması kompleks şəkildə  tədqiq 
edilmişdir; 
 
quruda neftqazçıxarma sənayesinin yenidən təşkilində 
investisiyaların rolu, o cümlədən, xarici investorların cəlb 
edilməsi, daxili ehtiyatların səfərbər edilməsi yolları, yanacaq 
kompleksinin tərkib hissəsi kimi perspektivdə inkişaf meylləri 
açıqlanmışdır; 
 
quruda neftqazçıxarma sənayesini idarə etmə strukturu 
təhlil edilmiş, onun təkmilləşməsi istiqamətləri təklif 
olunmuşdur; 
 
 
161


 
 
neftqazçıxarma sənayesində istehsal xərclərinin 
səviyyəsi strukturu, təhlil edilmişdir; 
 
QNQÇİB-nin normal fəaliyyətinin təmin edilməsində 
maya dəyərinin aşağı salınması yolları göstərilmişdir; 
 
quruda neft biznesinin, milli sahibkarlığın inkişafı, bu 
sahədə özəlləşdirmənin aparılması xüsusiyyətləri araşdırılmış, 
milli dövlət mənafelərinə uyğun gələn istiqamətlər müəyyən 
edilmişdir; 
 
Akademik A.Mirzəcanzadənin apardığı kompleks 
tədqiqatlara, hesabatlara arxalanaraq neftqazçıxarma 
müəssisələrinin iqtisadi göstəricilərini yaxşılaşdırmaq 
imkanları öyrənilmişdir. 
Aparılan təhlil bir daha göstərmişdir ki, quruda 
neftqazçıxarma istehsalının sabitləşməsi və  gələcəkdə indiki 
səviyyəyə nisbətən artırılması imkanlarından səmərəli istifadə 
olunmur. 
Tədqiqat prosesində hasilatın təmin edilməsini iqtisadi, 
maliyyə amilləri geniş  təhlil edilmiş  və aydın olmuşdur ki, 
debitor, kreditor borcları «ödəməmələr» problemi, 
neftqazçıxarma müəssisələrinin maliyyə  vəziyyətini xeyli 
pisləşdirmişdir. Yaranmış problemin həlli quruda neft 
sənayesinin bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən 
qurulmasını, hasilatın müasir dünya standartlarına uyğun 
üsullarla aparılmasını tələb edir. 
Bu gün Azərbaycan müstəqil dövlət kimi sərbəst iqtisadi 
siyasət yeridir ki, onun da tərkib hissələrindən biri neftin 
qiymətinin müəyyən edilməsidir. Tədqiqat nəticəsində 
müəyyən edilmişdir ki, quruda neftqazçıxarma sənayesində 
köklü dəyişikliklərin  əldə edilməsi, iqtisadi göstəricilərinin 
yaxşımasına, xam neftin maya dəyərinin aşağı salınmasına 
yönəldilməlidir. Bu məqsədlə  işdə xüsusi olaraq dünyada 
aparılan neft siyasətinin  əsas istiqamətlərindən biri olan xam 
neftin qiyməti məsələsi, tədqiq, təhlil edilmiş  və belə  nəticə 
əldə olunmuşdur ki, quruda hasil edilən xam neftin qiymətinin 
 
162


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə