Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   45   46   47   48   49   50   51   52   53

 
bundan sonra artırılması mürəkkəb məsələdir, çünki bu cür 
istiqamət bir müddətdən sonra bazar münasibətlərinin tələbləri 
ilə ziddiyət təşkil edəcəkdir. Quruda neftqazçıxarma 
sənayesinin normal fəaliyyətinin təmin edilmısi, səmərəlilik 
göstəricilərinin, birinci növbədə, istehsal xərclərinin aşağı 
salınması kimi strateji əhəmiyyət kəsb edən bir məsələ ilə sıx 
əlaqədardır. Təhlil göstərir ki, QNQÇİB-də maddi texniki 
təchizat sistemindəki çatışmamazlıqlar 
ən kəskin 
problemlərdən biri olaraq qalır. Hesablamalara görə  təkcə 
maddi texniki təchizat sisteminin lazımı  səviyyədə olmaması 
üzündən 100 min tonlarla hasilat əldə edilmir. Bu məqsədlə 
sahədə maddi texniki təchizatın köklü sürətdə yaxşılaşdırılması 
ehtiyacını nəzərə alaraq təklif olunur ki, QNQÇİB-də kontrakt 
sisteminin tətbiqi məqsədəuyğun sayılsın. 
İslahatların, səmərəliliyi təkcə  əsas istehsalla deyil, ona 
xidmət edən sahələrin bazar münasibətləri  şəraitində 
fəaliyyətləri ilə bağlıdır. Bu cəhət isə neftqazçıxarma 
sənayesində iqtisadi islhatların taleyini respublika üzrə 
aparılacaq iqtisadi islahatların taleyini respublika üzrə 
aparılacaq iqtisadi islahatların strategiyası və taktikasından asılı 
edir. Xarici ticarətin liberallaşdırılması ilə bağlı  tədbirlər 
neftqazçıxarma sənayesinə də müsbət təsir göstərmişdir. 1996-
1997-ci illərdə neftin satışından gəlirin daha çox hissəsi 
sahənin ehtiyaclarına sərf edilmişdir. Bununla belə
neftqazşıxarma müəssisələrinin neftin satışında bilavasitə 
sərbəstliyinin artması, valyuta ehtiyatlarının sahənin ehtiyacları 
üçün istifadə olunması, müəssisənin marağını təmin edilməsinə 
kömək edə bilər. QNQÇİB-də iqtisadi islahatların səmərəliliyi 
sahənin maliyyə 
vəziyyətinin sağlamlaşdırılması, bu 
istiqamətdə ayrı-ayrı neftqazçıxarma müəssisələri üzrə daha 
təsirli tədbirlərin həyata keçirilməsini, yaranmış problemlərin 
həllinə hökümət qayğısının tələb edir. 
QNQÇİB-də iqtisadi islahatların strategiyasında mühüm 
istiqamətlərindən biri məşğulluq priblemidir ki, bu problem 
 
163


 
yaxın illərdə quruda neftqazçıxarma sənayesində iqtisadi 
islahatların ən çətin, ən mürəkkəb, sosial əhəmiyyət kəsb edən 
istiqamətlərindən biri olacaqdır. Bu işin taktiki cəhətdən 
düzgün olaraq işlənməsi, həyata küçirilməsi təkcə 
neftqazçıxarma müəssisələrindən asılı olmayacaqdır. Bununla 
belə biz hesab edirik ki, quruda neftqazçıxarma istehsalında 
iqtisadi islahatlara bağlı  məşğulluq problemi həll edilərkən 
burada mövcud olan istehsal və sosial infrastrukturanın, 
sahibkarlığın inkişaf etdirilməsi imkanlarından istifadə 
edilməlidir. 
Yeni iqtisadi münasibətlərə uyğun idarəetmə 
strukturlarının yaradılması respublika iqtisadiyyatının 
dirçəlməsi üçün ən mühüm şərtlərdən biridir və indiki şəraitdə 
onun elmi həllinə böyük ehtiyac vardır. Təcrübə göstərir ki, 
idarəetmə strukturunu təkmilləşdirmək pərdəsi altında özünü 
doğrultmayan eksperimentlərin həyata keçirilməsi prosesləri 
dövlətə çox baha başa gələ bilər. Ona görə  də, bu sahənin 
idarəetmə mexanizminin çoxlu kompleks amilləri nəzərə alaraq 
həyata keçirilməlidir.  İdarəetmə strukturunun səmərəliliyi 
sahənin inkişafı üçün yaradılan imkanların reallaşması ilə 
ölçülür. Bunula belə sahənin idarə olunması sadə olmalı, 
minimal xərclərlə yüksək mənfəət  əldə edilməsi imkanalrı 
müəyyən edilməlidir. 
Tədqiqat nəticəsində QNQÇİB-də neft və qaz hasilatının 
istehsal xərclərinə təsir edən aşağıdakı amillər aşkarlanmışdır. 
 
QNQÇİB-in hazırki strukturunun hasilata mütənasib 
olmaması; 
 
SSRİ dövləti dağıldıqdan sonra bir çox ümumi ittifaq 
neft sənayesi təşkilatlarının Azərbaycan 
Respublikasının  ərazisində  və onların qismən 
istehsalat profili nəzərə alınmaqla QNQÇİB-nin 
strukturuna daxil edilməsi; 
 
bir çox struktur təşkilatlarının və müəssisələrinin 
səmərəsiz fəaliyyəti; (ticarət, tikinti, nəqliyyat); 
 
164


 
 
idarəetmə sistemində inzibati amirlik üsulunun 
davam etməsi, islahatlar prosesinin geniş miqyaslı 
aparılmaması; 
 
istifadəsiz  əsas istehsal fondlarının bolluğu və bu 
səbəbdən amortizasiya ayırmalarının yüksək məbləğdə 
olması; 
 
elektrik enerоisi, yanaсağın müvafiq norma və 
normativlərindən artıq miqdarda israfçılıqla istifadə 
olunması, qiymət prosesinin ciddi tənzimlənməməsi; 
(İstehsal xərclərinin əsas hissəsini əhatə edən bir sıra 
avadanlıqlar, xüsusilə nasos, kompressor borularının 
və digər ehtiyyat hissələrinin baha qiymətlərlə 
alınması); 
 
vergi sistemində çatışmamazlıqlar (neft sənayesi 
vergi növlərinin həcminə  və müxtəlifliyinə görə 
respublikada ən öncül kompleksdir). 
 
quyuların təmir işinin keyfiyyətsiz aparılması ilə 
əlaqədar səmərəsiz xərclərin miqyaslı olması; 
 
əksər avadanlığın texnikanın qurğularının istismar 
müddətinin başa çatması ilə  əlaqədar istismar 
xərclərinin yüksək səviyyəsi; 
 
bazar iqtisadiyyatının tələblərinə cavab verən peşəkar 
təşkilatçı, iqtisadçı kadrların azlığı, islahat 
təşəbbüskarlığının zəif olması. 
Tədqiqat işində QNQÇİÇ-nin idarəetmə strukturuna daxil 
olan  əsas bölmələrin fəaliyyəti təhlil edilmiş, onların 
strukturunun sadələşdirmək, təkmilləşdirmək, müəyyən qismini 
isə  ləğv etməklə bağlı konkret təkliflər  əsaslandırılmışdır. Bu 
istiqamətdə  təklif edilən variantlara münasibətini bildirən, 
müəllif bir daha qeyd etməyi zəruri hesab edir ki, bütün 
hallarda neftqazçıxarma sənayesinin, Azərbaycan 
Respublikasının iqtisadi siyasi müstəqilliyinin 
möhkəmləndirilməsində, onun dünya inteqrasiyasına 
qoşulmasında həlledici rolu nəzərə alınmalıdır. Bununla belə 
 
165


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə