Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
Cədvəl 15 
 
1986-1996-cı illərdə QNQÇİB üzrə elektrik enerjisinin 
neft-qaz hasilatı dinamikası arasındakı əlaqə 
 
İllər  EE 
(min kvt/saat)
Neft 
(min ton)
 
Qaz 
(1000 m
3
)
 
1986 
1206124 3902  653,6 
1987 
1154172 3734 
610,4 
1988 
1101531 3416  573,7 
1989 
1036140 3023  512,5 
1990 
910509 2582 400,4 
1991 
859664 2249 287,7 
1992 
797336 2009 238,3 
1993 
765550 1983 238,1 
1994 
638939 1790 235,2 
1995 
525120 1624 236,7 
1996 
519064 1575 239,0 
 
Cədvəldən göründüyü kimi 1986-ci ildə 1 ton neft 
hasilatı 309 kvt. Elektrik enerjisi tələb edildiyi halda bu rəqəm 
1996-cı ildə 330 KVT olmuşdur. Müqayisəli materialların 
təhlili göstərir ki, İstehsalat Birliyində  əmtəəlik məhsulun 16-
17%-ini təşkil edən elektrik enerjisindən səmərəli istifadə 
etmək üçün bütün imkanlar mövcuddur. Ən mühüm amil-
təsərrüfatçılıq münasibətlərinin inkişaf etdirilməsi və tətbiqidir. 
Neft hasilatı ilə yanaşı qaz hasilatının artırılması 
respublika üçün zəruri problemdir. Bunun üçün kompleksdə 
ayrı-ayrı bölgələrdə təbii qaza olan tələbatı ödəmək məqsədilə 
kifayət qədər qaz ehtiyatları mövcuddur. Bu məqsədlə  səmt 
qazının tutulması, yeni qaz quyularının qazılması qaz itkisinin 
qarşısının alınması, ondan səmərəli istifadə etməklə neft və qaz 
mədənlərinə  mənsub rayonları bu enerji növü ilə tam təmin 
etmək mümkündür. Kompleksdə iş proqramı hazırlanmış, lakin 
məqsədə nail olmaq üçün İB-də kompleks iş proqramı 
hazırlanmalı və ardıcıl sürətdə həyata keçirilməlidir. 
 
144


 
Qeyd etmək lazımdır ki, respublikanın quru sahələrində 
neft və qaz hasilatını artırmaq üçün kifayət qədər ehtiyatlar 
mövcuddur və bu ehtiyatları  hərəkətə  gətirmək lazımdır. Bu 
sərvətləri hasil etmək üçün qazma və ilk növbədə  kəşfiyyat 
işlərinin aparılması ilkin şərtdir. Lakin məlum çətinliklər nəinki 
kəşfiyyat işlərinin artırılmasına  şərait yaradır, hətta neft 
hasilatının sabitləşdirilməsi üçün zəruri olan istismar 
qazmasının da həcminin kəskin surətdə azalmasına səbəb olur. 
Quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar 
qeyd olunduğu kimi ümum dövlət  əhəmiyyətli və strateji bir 
məsələdir və bu proses kompleks şəklində bütün neft və qaz 
sənayesini  əhatə etməklə aparılmalıdır.  Şübhəsiz ki, ilk əvvəl 
neft konsepsiyası yaradılması, respublikanın neft strategiyası 
müəyyən olunmalıdır. Tədqiqatımızda adı tez-tez hallanan 
Norveçin «Statoyl» firmasının neft strategiyası 2020-ci ili 
əhatə etməklə müəyyənləşdirilmişdir. Biz də bu sahədə 
müvafiq addımın atılmasını tezləşdirməliyik. 
İslahatların aparılması üçün hüquqi bazanın yaradılması 
mühüm  şərtlərdən biridir. Ən başlıca məsələlərdən biri də bu 
işin təşkilatı aspektlərinə diqqətin artırılmasıdır. 
Ümumiyyətlə, təhlil göstərir ki, quruda neftqazçıxarma 
istehsalında iqtisadi islahatların düşünülmüş çəkildə aparılması, 
quruda idarəetmə strukturunun hər bir subyekti üzrə  işin 
konkret təhlili, təsəbbüskalığa yol verilməsi, illər boyu yığılıb 
qalmış  və iqtisadi islahatlara bağlı meydana çıxacaq 
problemlərin həllinə kömək edə bilər. Bu təhlil bir daha sübut 
edir ki, müasir mərhələdə iqtisadi islahatların strateji xəttini 
respublikanın sosial-iqtisadi dirçəlişi təşkil etməlidir. Bu və ya 
digər dövlətdə iqtisadi islahatlar dünya təcrübəsində  qəbul 
edilmiş modelləri nəzərə almaqla yanaşı ölkə daxili 
xüsusiyyətləri, nəzərə almalıdır. 
Neft ehtiyatlarının həcmi neft hasilatı ilə mütənasiblik 
təşkil edir. Mövcud amildən istifadə bu və ya digər ölkənin 
siyasi-iqtisadi və eyni zamanda texniki vəziyyətini xarakterizə 
 
145


 
edir. Müasir şəraitdə inkişaf etməkdə olan ölkələrdə siyası  və 
iqtisadi sabitlik neft hasilatından daha çox asılı olur. Dünyanın 
geosiyasi prosesində neft öz əvəzsiz təsir dairəsini 
göstərməkdədir. Məhz bu fikirləri rəhbər tutaraq Azərbaycan 
iqtisadiyyatının inkişafının neft amilindən xeyli asılı olduğunu 
xüsusi ilə bir daha vurğulayırıq. Bizim fikrimizcə 
Azərbaycanın neft sənayesinin gələcək inkişafı üçün 
taxirəsalınmaz tədbirlər kimi böyük neftlə  əlaqədar yaxın 
vaxtlarda neft kompleksində yeni strukturların yaradılması 
problemi diqqət mərkəzində olamlıdır. Bununla belə respublika 
prezidenti yanında neft biznesi ilə  əlaqədar analitik qrupun 
yaradılması, neftlə əlaqədar informasiyaların sistemləşdirilməsi 
sahəsində konkret addımların aparılması  məqsəduyğundur. 
Neft amilinin rolunun artırılmasıla əlaqədar neft kompleksinin 
strukturunda servis, marketinq, kommersiya, əlaqələndirmə 
kimi bölmələrin, müvafiq bank strukturlarının yaradılması 
haqqında da fikirləşmək zəruridir, müvafiq bank strukturlarının 
yaradılması haqqında da fikirləşmək zəruridir. 
Ümumiyyətlə, bu gün Azərbaycan neft sənayesi özünün 
yeni bir mərhələsini yaşayır. Apardığımız təhlil, müşahidələr, 
rəsmi materiaalarla tanışlıq bir daha sübut edir ki, xalqımızın 
malik olduğu neft sərvətlərindən ağıllı düzgün istifadə edilməsi 
vəzifəsi ön plana çəkilməlidir. Bu gün neft məsələsi 
parametrlərdən çıxaraq siyasi xarakter almış beynəlxalq 
münasibətlərdə «neft diplomatiyası» adlı siyasətin yaranmasına 
gətirib çıxarmışdır. 
İslahatların müvəffəqiyyətli təşkili üçün hələ  də ömürlü 
olan inzibati-amirlik üsulu idarəsinə son qoyumalı yeni 
dünyəvi sistemə keçid təmin edilməlidir. Respublikada aparılan 
iqtisadi islahatların ilkin mərhələsində ümid edilirdi ki, amirlik 
metodlarının aradan qaldırılması dövlət müəssisələrinin bazar 
tənzimlənməsinə  şərait yaradacaq. Təəssüflər olsun ki, bu 
ümidlər özünü doğrultmadı  və dövlət bölməsinin birbaşa 
inzibati-amirlik üsulları ilə  tənzimlənməsi dolayı bürokratik 
 
146


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə