Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
Dioqram 4 
Dünyada neft ehtiyatlarının regionlar üzrə təsnifatı
 
(milyard ton)
 
 
1
64%
2
8%
3
7%
4
6%
5
2%
6
1%
7
10%
8
2%
1
2
3
4
5
6
7
8
 
 
 
(milyon ton)
 
Yax
ın  Orta 
Şə
rq 
Ş
imal
ı Amerika 
C
ənubi 
Amerika 
Afrika 
Avstraliya, 
Okeaniya C
ən
ub-
Şə
rqi Aziya. 
Q
ərbi  Avropa
 
Rusiya 
Az
ərba
ycn 
90,1 11,8  9,9  8,2  3,4  1,37 14,2  3,4 
 
 
131


 
Dünya ölkələrinin, o cümlədən Qərbin Azərbaycana 
maraqları  əsasən bu amil hesabınadır. Neft ehtiyatlarının yer 
üzündə qeyri-bərabər bölüşdürülməsi, ABŞ-da, eləcə də bir sıra 
ölkələrdə neft hasilatının səmərəlilik göstəricilərinin aşağı 
olması (hesablamalara görə ABŞ neft ehtiyatlarının ödənilməsi 
göstəricisi və ya neftin aşkar edilməsi dəyərinə görə dünyada 
axırıncı yerlərdən birini tutur). Azərbaycana xüsusi marağın 
onun zəngin neft resurslarının mənimsənilməsində böyük 
miqdarda investisiya qoyulmasını  zəruri edir. Artıq bu sahədə 
çox konkret addımlar atılmışdır. Bununla belə, quruda olan neft 
ehtiyatlarının mənimsənilməsi məsələsi də diqqət mərkəzində 
olmalıdır. Bu təkcə  sırf iqtisadi məsələ deyildir və qeyd 
etdiyimiz kimi bunu mənəvi baxımdan da nəzərə almaq 
lazımdır. Məlum həqiqətdir ki, köhnə neft rayonları neft 
mədənləri onların uzun müddət SSRİ dövlətinə verdikləri 
neftin müqabilində kifayət qədər inkişaf etməmişlər. Bazar 
münasibətləri  şəraitində onların illər boyu yığılıb qalmış 
problemlərinin həlli köhnə yataqlarda oln neftin çıxarılması, 
onun həmin rayonların inkişafına əvvəlki illərdən fərqli olaraq 
daha çox hissəsinin ayrılması şəraitində mümkün ola bilər. 
Bu gün neftqazçıxarma ilə bağlı elmi-texniki potensial 
quruda neft hasilatı problemləri ilə daha fəal məşğul olmalıdır. 
Quruda neftqazçıxarma istehsalında iqtisadi islahatlar bütün bu 
cəhətləri nəzərə almalı, Azərbaycanın neftqazçıxarma 
sənayesində  əvvəllərdə buraxılmış  səhvlər təkrar edilməməli, 
sahənin ahəngdar, dinamik inkişafına kömək edəcək 
istiqamətləri müəyyən olunmalıdır. 
 
 
5.2. Kompleksdə ilk islahat tədbirləri və onun nəticələri 
 
Məlumdur ki, keçmiş Sovetlər İttifaqında 60-70-ci illərdə 
iqtisadiyyatda islahatlar aparılması sahəsində müəyyən cəhdlər 
edilir, planlı təsərrüfatın, inzibati amirlik metodlarının yaratdığı 
 
132


 
çətinliklərdən azad olmaq üçün konkret addımlar atılırdı. 
Sahələrin, sonralar müəssisələrin hüquqlarının 
genişləndirilməsi, onların təsərrüfat hesabı, özünü 
maliyyələşdirməprinsipləri  əsasında işləmələri üçün imkanlar 
axtarılır, müasir idarə etmə metodlarından istifadə sahəsində 
cəhdlər edilirdi. 1965-ci ilin təsərrüfat islahatı, 70-ci illərin 
axırları, 80-ci illərin  əvvəllərində  təsərrüfat mexanizminin 
təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər, bir sıra iqtisadi 
eksperimentlər ilk mərhələrdə müəyyən müsbət dəyişikliklərə 
səbəb olsa da ardıcıl xarakter daşımırdı. Çünki iqtisadi 
münasibətlərdə köklü dəyişikliklərin edilməsi nəzərdə 
tutulmurdu. Boşluqları doldurmaq, sistemsiz tədbirlərə 
iqtisadiyyatda olan kəskin ziddiyətləri aradan qaldırmaq qeyri 
mümkün idi. Maraqlı burasıdır ki, ölkə iqtisadiyyatını 
durğunluq vəziyyətindən çıxarmaq üçün SSRİ kimi nəhəng bir 
ölkə getdikcə daha artıq dərəcədə xammal resursları hesabına 
dolanmağa üstünlük verirdi. Məhz buna görə  də ölkənin 
iqtisadi böhran vəziyyətinin aradan qaldırlması üçün xam 
neftin xaricdə satışına xüsusi yer verilirdi. Onu göstərmək 
kifayətdir ki, 1971-1985-ci illərdə SSRİ dövləti xam neftin və 
neft məhsullarının satışından 300 miyard dollar vəsait  əldə 
etmişdi. 90-cı illərin 
əvvələrində dünyada neftin 
satışqiymətinin kəskin sürətdə aşağı düşməsi SSRİ dövlətini bu 
mühüm gəlir mənbəyindən xeyli dərəcədə məhrum etdi ki, bu 
da ölkə iqtisadiyyatında həll edilməmiş problemlıri çox qabarıq 
şəkildə ortaya çıxartdı. Bəzi qərb ekspertlərinin fikirincə SSRİ-
nin daöılmasının, onun ziddiyətlərinin kəskinləşməsinin  ən 
başlıca səbəblərindən biri dünyada neftin qiymətinin aşağı 
salınması siyasəti oldu. 
1990-1991-cı illərdə  zəifləməkdə olan SSRİ-də iqtisadi 
islahatlar pərdəsi altında aparılan sistemsiz dəyişikliklər 
respublika iqtisadiyyatına, o cümlədən neftqazçıxarma 
sənayesində  də ciddi təsir edirdi. SSRİ dağıldıqdan sonra isə 
respublikanın neftqazçıxarma kompleksi ölkə iqtisadiyyatında 
 
133


 
yaranmış böhranlı  vəziyyətdən bir müddət qurtara bilmədi. 
Müstəqilliyin ilk illərində ittifaq tərəfindən maliyyələşdirmənin 
kəsilməsi ilə əlaqədar olaraq sahənin inkişafına ayrılan vəsaitin 
miqdarı  kəskim sürətdə azaldı. Bir müddət sahədə yaranmış 
problemlərin həllinə biganəlik açıq aşkar hiss edilirdi. 
Respublika üzrə iqtisadi inkişaf konsepsiyasının olmaması, 
maliyyə kredit, idarəetmə sistemdəki hərcmərclik, tezliklə 
xarici bazara çıxmaq, yeni portnoyrlar axtarmaq sahəsində 
atılan addımların səmərə verməməsi, sahənin inkişafına çox 
ağır təsir edirdi. Respublikada qeyri-siyasi sabitlik, Qarabağ 
probleminin kəskinləşməsi, bir neçə  sərhəd rayonlarının 
ermənilər tərəfindən işğalı bütünlükdə respublika 
iqtisadiyyatına, o cümlədən neftqazçıxarmaya çox ağır təsirini 
göstərirdi. Belə  şəraitdə ARDNŞ, Nazirlər Kabineti 
səviyyəsində  həyata keçirilən tədbirlər lokal vəziyyətin 
normallaşdırılması üçün kifayət etmirdi. Dövlət siyasətində ən 
böyük çatışmamazlıq ondan ibarət idi ki, neft amilindən 
respublikanın sosila-iqtisadi dirçəli.i naminə çox zəif istifadə 
olunurdu. 
Son üç ildə respublika iqtisadi islahatların aparılması 
sahəsində mühüm addımlar atılmışdır. Mahiyyət etbarı ilə 
bazar iqtisadiyyatına xidmət edən bütün strukturlar yaranmış, 
iqtisadiyyatın liberallaşdırılması, özəlləşmə, mülkiyyət 
münasibətlərinin köklü sürətdə  təkmillışdirilməsi ilə  əlaqədar 
əsas qanunlar qəbul edilmiş, bir sıra  əməli tədbirlər həyata 
keçirilmişdir.  Ən başlıca cəhət ondan ibarətdir ki, sərt 
planlaşdırma metodlarından imtina edilmiş, iqtosadiyyatın 
idarə edilməsində iqtisadi amillərin rolu ön plana çəkilmişdir. 
Lakin SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, 
bazar iqtisadiyyatına keşmək məqsədiylə SSRİ ölkəsi 
miqyasında 1992-ci ilin əvvəllərində  «Şok» terapiyası 
tədbirləri respublika iqtisadiyyatına ciddi zərbə vurdu. 
Azərbaycanın bir neçə il iqtisadi blokadada olması,  Şimal 
dəmir yolunun bağlanması, Qarabağ probleminin həll 
 
134


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə