dərəcədə köhnə iqtisadiyyatın dağılmasına nail oldular. İndiki
mürəkkəb çəraitdə bu və ya digər səbəblərlə əlaqədar olaraq
ölkənin iqtisadi, siyasi müstəqilliyində həlledici amillərdən
olan yancaq-energetika kompleksinin əsas və mühüm hissəsi
dövlətin nəzarəti, dövlətin himayəsi altında olmalıdır. İnkişaf
etmiş bütün ölkələrdə dıvlətin iqtisadiyyatdakı rolu inkar
edilməzdir.
Unutmaq olmaz ki, tarixin inkişaf mərhələlərində istehsal
üsulundan asılı olmayaraq dövlət iqtisadi-sosial inkişafımızın
barometri olmuş və olmaqda davam edir.
Azərbaycanda neft hasilatı məsələsi bu gün dünya
siyasətində müzakirə olunan vacib məsələlərdən birinə
çevirilir. Belə bir vəziyyətdə neftqazçıxarma istehsalında yaxın
və uzaq gələcəkdə dövlətin rolu əvəzedilməzdir. Bu strateji xətt
heç də o demək deyildir ki, sahədə bazar münasibətləri
formalaşmasın, mülkiyyət münasibətləri dəyişməz qalsın və s.
Əksinə, dövlət bu strateji sahəni özünün nəzarətində
saxlamaqla orada bazar münasibətlərinin inkişafına,
kommersiya strukturlarının, sahibkarlığın inkişafına əlverişli
şərait yarada bilər.
Bu gün reallıqdan doğıan, sahədə iqtisadi islahatların
zəruriliyini ön plana çəkən bir sıra məsələlərə müraciət edək.
Əvvəla, bazar iqtisadiyyatının «sərt oyun qaydaları»
neftqazçıxarma sənayesində xüsusilə, quruda yerləşən
müəssisələrin təsərrüfat fəaliyyətinə bilavasitə təsir edir və bu
təsirin az itkilərlə başa gəlməsi üçün quruda neftqazçıxarma
sahəsində iqtisadi islahatların aparılması hər bir istiqamət üzrə
müəyyənləşdirilməli, prioritet məsələlərə üstünlük verilməlidir.
Daha sonra, onu da nəzərə almaq lazımdır ki, illər boyu
quruda neftqazçıxarma istehsalının təmin edilməsiylə əlaqədar
olaraq güclü istehsal və sosial infrastrukturu yaranmışdır. B u
gün neftqazçıxarma istehsalının fəaliyyət göstərməsi üçün
güclü maddi-texniki təchizat, nəqliyyat, energetika
sektorlarının inkişafı tələb edilir. Bu sahələrdən hər birində
128
iqtisadi islahatların özünəməxsus xüsusiyyətləri, prioritetləri
vardır ki, onların da gələcək taleləri müvafiq qanunlar,
normativ sənədlərlə tənzimlənməlidir. Yəni, neftqazçıxarmada
islahatlar, təkcə əsas istehsalla deyil, ona xidmət edən sahələrin
bazar münasibətləri şəraitində fəaliyyətləri ilə bağlı olacaqdır.
Bu cəhət neftqazçıxarma sənayesində iqtisadi islahatların
taleyini respublika üzrə aparılacaq iqtisadi islahatların
strategiyası və taktikasından asılı edir. Vəziyyətdən müəyyən
mənada çıxış yolu dünya təcrübəsinə istinad edərək, inkişaf
etmiş neftqazçıxarma istehsalına malik olan ölkələrdə istifadə
edilən iqtisadi mexanizmlərdən respublikanın xüsusiyyətlərini
nəzərə almaqla istifadə etməkdən ibarətdir. Burada bir cəhəti
xüsusi qeyd etmək lazımdır ki, quruda neftqazçıxarma
sənayesində uiqtisadi islahatların həyata keçirilməsini ləngidən
mühüm səbəblərdən biri bu sahə üçün tələb olunan əsaslı
vəsaitin çatışmamazlığıdır. Əgər ittifaq höküməti 1986-1990-cı
illərdə bütünlükdə respublikanın neft səbnayesinin ehtiyaclarını
ödəmək məqsədi ilə orta hesabla hər il 250 miyon dollar
ayrılmışdısa, bu rəqəm 1991-ci ildə cəmi bir neçə milyon dollar
təşkil etmişdir. Müstəqilliyin ilk illərində 1992-ci ildə bu
sahəyə valyuta ayrılmamış, 1993-cü ildə bu rəqəm 17,3 milyon
dollar. 1994-cü ildə 31,8 milyon dollar, 1995-ci ildə isə 33,7
milyon dollar təşkil etmişdir. Belə bir vəziyyət sahədə
fondların, texnika və avadanlıqların köhnəlməsi və texniki
vəziyyətin pisləşməsinə, əsas fondları təzələmək imkanlarını,
qazma işləri və əsaslı tikinti həcmlərinin kəskin sürətdə
azalmasına gətirib çıxarmışdır. Belə ki, bütünlükdə sahə üzrə
maddi-texniki təchizat sisteminin pisləşməsi nəticəsində 4
mindən artıq istismar quyusu dayanmışdır.
İstehsalat Birliyində iqtisadi islahatların səmərəliyi
NQMİ-lərin maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə
bilavasitə bağlıdır. Bu sahədə illər boyu yığılıb qalmış
problemlər həllini gözləyir. Debitor, kreditor borcların
azalmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə
129
baxmayaraq onların məbləği artmaqda davam edir. NQÇİ-lər
də kommunal xidmətləri, elektrik enerjisi, sıxılmış hava, buxar,
texniki su və s. Ilə bağlı on milyard manatlarla borcları vardır.
Müəssisələrin hesablaşma hesabına vəsait olmaması
səbəbindən də vaxtında ödənilməyən borclar yüksək rəqəmlərlə
ifadə olunur. Bu məsələ o qədər ciddidir ki, onun həlli
İstehsalat Birliyi üzrə maliyyə vəziyyətinin kompleks şəklində
təhlili əsasında mümkündür. Ayrı-ayrı NQÇİ-lər üzrə maliyyə
sağlamlaşdırılması ilə əlaqədar konkret tədbirlət görülməsinin
əhəmiyyətini azaltmamaq şərti ilə QNQÇİB-yı üzrə daha təsirli
tədbirlər həyata keçirilməlidir. Eyni zamanda problemin həlli
üçün hökümətin köməyinə ciddi ehtiyac vardır.
Yaranmış problemin həlli quruda neft və qaz sənayesinin
bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulmasını,
geniş iqtisadi islahatların aparılmasını tələb edir.
Yaxın və uzaq gələcəkdə Azərbaycan dünyanın ən çox
neft ehtiyatına malik olan regionlarından biri kimi tanınacaqdır.
Hesablamalara görə Azərbaycanın neft ehtiyatları cənubi-şərqi
Asiya, Avstraliya və Okeaniya ölkələrinin birlikdə götürülmüş
ehtiyatlarına bərabərdir. Adambaşına Azərbaycanda 143 ton
neft ehtiyatı düşür ki, bu rəqəm də ABŞ üzrə müvafiq
göstəricilərdən 9 dəfə, İngiltərədən 15 dəfə, Misirdən 20 dəfə,
Türkiyədən 65 dəfə və s.çoxdur. Neft ehtiyatlarının
mənimsənilməsi proqnozları da Azərbaycanın uzun bir dövr
ərzində neft sənayesində ən aparıcı mövqelərdən birini tutmağa
əsas verir. Akademik Mirzəcanzadənin hesablamalarına görə,
yaxın gələcəkdə Azərbaycanda neft hasilatı 40-45 milyon ton
arasında olması reallıqdır.
Aşağıda dünyada neft ehtiyatlarının regionlar üzrə
təsnifatı qrafik şəklində verilmişdir
24
.
24
Təsnifat
А.Х.Мирзаджанзаде, Ч.А.Султанов «Этюды нефтяной
концепции Азербайджана» kitabı əsasında hazırlanmışdır.
130
Dostları ilə paylaş: |