borclarının həllində uğurlu amil rolunu oynaya bilər. Şübhəsiz,
bütün bunlar ciddi araşdırmalar tələb edən işlərdir.
Hər alda bu
məsələnin tez həlli dövlət mənafei baxımından da çox
gərəklidir. Yanacaq-Energetika Nazirliyinin yaradılması
vəziyyətində QNQÇİB-in ayrıca Səhmdar Cəmiyyətə
çevrilməsi ideyası da reallaşa bilər. Bu baxımdan quruda
neftqazçıxarma kompleksi üçün yeni iqtisadi sistemə keçiddə
ən əlverişli təşkilat forması Səhmdar Cəmiyyət sayıla bilər.
Rusiya kimi nəhəng bir ölkə özünün yanacaq energetika
sistemini səhmdar cəmiyyətlər formasında
inkişaf
etdirməkdədir. Quruda neftqazçıxarma kompleksinin bir çox
lüzumsuz təşkilatları özəlləşdirildikdən sonra onları əmlakı və
ehtiyatlar nəzərə alınmaqla QNQÇİB-nin bazası əsasında ilk
əvvəl qapalı tipli səhmdar cəmiyyət təşkil etmək olar. Bu
istiqamət ondan irəli gəlir ki, həyatını neft işinə sərf etmiş
çoxsaylı neftçi kollektivləri yaratdıqları səhmdar cəmiyyətin
səhmlərinə sahib olmaqla öz maddi ehtiyaclarını daha dolğun
təmin etmiş olsunlar. Bazar iqtisadiyyatı kompleksdə məhz
belə münasibətlərin formalaşmasını diktə edir
və belə idarəçilik
sahədə azad rəqabət prinsiplərinin inkişafına xidmət edəcəkdir.
Şübhəsiz ki, QNQÇİB Səhmdar cəmiyyətə çevriləcəyi təqdirdə
səhmlər paketini əsas hissəsi ilk əvvəl dövlətin sərəncamına
qalacaqdır. İqtisadi münasibətlər inkişaf etdikcə bu nisbətin
azalmasına doğru istiqamət təmin edilə bilər və nəhayət
kompleksdə tam özəlləşmə bərqərar olar. Dünya praktikasında
belə formalı şirkətlər əksəriyyət təşkil edir.
Məlum olduğu kimi idarəetmə üç aspekti özündə ehtiva
edir:
1.
Məlumat və informasiyaların toplanması.
2.
Məlumatlar üzrə təhlilin aparılması.
3.
Qərarların verilməsi
Bütün bunlar idarəetmə prosesində ciddi
nəzərə
alınmalıdır. Məhz buna görə də kompleksin idarə edilməsində
əsas məsələ rasional informasiya şəbəkəsinin yaradılması ilə
114
bağlıdır. Bu məqsədlə kompleksdə informasiyaların şaquli
şəkildə qəbulu təmin edilməlidir. Bununla yanaşı, idarəetmədə
xarici firmaların, neft şirkətlərinin təcrübəsinin də öyrənilməsi
vacib məsələdir. Dövlət sektorunda fəaliyyət göstərən
Norveçin «Statoyl» neft şirkəti özünün 25 ildən çox
mövcudluğu dövründə neft sənayesinin
infrastrukturunda xarici
və daxili məhsul bazarının dəyişilməsi, yeni texniki və
texnologiya tətbiqi ilə əlaqədar bir neçə dəfə idarəetmə
şəbəkəsinin təkmilləşdirilməsini həyata keçirmişdir və
vəziyyətlə əlaqədar bu dəyişikliklər mütəmadi olaraq davam
etdirilir.
Aşağıda QNQÇİB-nin
səhmdar cəmiyyətə çevrildiyi
təqdirdə onun yeni strukturu təklif olunmuşdur.
115
Quruda neftqazçıxarma kompleksində və ümumiyyətlə
Azərbaycanın bütün neft sənayesində vəziyyəti yaxşılaşdırmaq,
sahədə bazar münasibətlərini bərqərar etmək üçün isə ilk əvvəl
«Neft haqqında» qanun işlənib hazırlanmalıdır. Müəssisələrin
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına sürət vermək məqsədi
ilə Respublika Nazirlər Kabinetində qısa
müddətə çevik
maliyyə və idarəetmə şəbəkəsi yaradılmışdır. Dövlət və
hökumət neft sənayesinin bütün qayğılarını və yükünü özünə
götürməli, sahə iqtisadiyyatının daim operativ tənzimləməsi
təmin etməlidir.
Yaxın gələcəkdə Yanacaq-energetika kompleksinin sürətli
inkişafını müəssisələrin müstəqilliyinin artması, onlara
yuxarıdan verilən tapşırıqların azalması, dövlət ilə müəssisələr
arasında münasibətlərin yeni prinsiplər əsasında qurulmasından
asılı olacaqdır. İctimai
mülkiyyət münasibətlərinə, inzibati-
amirlik metodlarına uyğunlaşdırılmış idarəetmə sistemi bazar
münasibətlərinin formalaşmaqda olduğu mövcud şəraitdə
özünü doğrulda bilməz və belə prosesi respublikada ümumi
iqtisadi islahatların aparılması bir əngəldir.
Təcrübə göstərir ki, iqtisadi transformasiya dövrünü
yaşayan bütün ölkələrdə bazar münasibətlərinin
formalaşdırılması istiqamətində görülən
işlər idarəetmə
sistemini əhatə edən çox ciddi problemlərlə müşayiət
olunmaqdadır. Belə ki, planlı təsərrüfat prinsipinə və inzibati-
amirlik üsullarına əsaslanan dövlət idarəetmə sistemi bazar
iqtisadiyyatına keçid şəraitində özünün ənənəvi funksiyalarını
yerinə yetirə bilmir. Belə bir vəziyyətdə isə heç şübhəsiz ki,
idarəetmənin səmərəliliyi aşağı düşür, bürokratik meyllər
güclənir və nəticədə bütün
bunlar siyasi, sosial-iqtisadi
vəzifələrin yerinə yetirilməsinə öz mənfi təsirini göstərir.
Bütün bunları nəzərə alaraq iqtisadiyyat və idarəetmə
sahəsində islahatlar ardıcıl və bir-birini tamamlayaraq həyata
keçirilməli, respublikada mütərəqqi idarəetmə
infrastrukturunun formalaşdırılması sürətləndirilməli və bu
117